Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Varlığın canlanması" başa çatdı

© Photo : AZƏRTACXorxe Marinin "Varlığın canlanması" sərgisi
Xorxe Marinin Varlığın canlanması sərgisi - Sputnik Azərbaycan
Abunə olmaq
Marinin işləri Avropa, Amerika və Asiya ölkələrinin muzey və qalereyalarında nümayiş olunub

BAKI, 20 sentyabr — Sputnik. Açılış mərasimi 28 oktyabr 2016-ci il tarixində Heydər Əliyev Mərkəzində baş tutan heykəltəraş Xorxe Marinin "Varlığın canlanması" sərgisi 15 sentyabr 2017-ci il tarixində başa çatıb. Təqdim olunan əsərlər vasitəsilə Xorxe Marin insan bədənini dünya ilə bağlayıcı vasitə kimi kəşf etməyə, ətrafı nəzərdən keçirməyə və yaddaşı yaratmağa dəvət edib. 

1963-cü ildə Meksikada dünyaya gələn Xorxe Marin ölkəsində müasir təsviri incəsənətin ən görkəmli nümayəndələrindən biridir. Karyerasının çox şahəli olması ustada fərqli sahələri əhatə etmək və müxtəlif materiallarla – keramika və qatranla — işləmək imkanını yaradıb. Buna baxmayaraq, uzun və müfəssəl bir axtarışın sonunda, heykəltəraş fərqliliyi üstün tutaraq bürünclə işləməyi seçib, bununla da, personajların əlləri və ayaqlarının, həmçinin parça, damar və lələk teksturasının canlı görünüşü əldə etməsi üçün ideal imkan yaradıb.

Xorxe Marinin sənəti həm milli, həm də beynəlxalq səviyyədə tanınıb. Ustad 25 illik sənəti ərzində 250-dən çox qarışıq və fərdi sərgilərdə iştirak etmişdir. Onun işləri Avropa, Amerika və Asiya ölkələrinin muzey və qalereyalarında nümayiş olunub.

Xəbər lenti
0