Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Böyük sənətkarımızla bağlı üzücü xəbər

© Photo : TrendХalq artisti Fuad Poladov
Хalq artisti Fuad Poladov - Sputnik Azərbaycan
Abunə olmaq
Fuad Poladov artıq bir müddətdir ki, danışa bilmir

BAKI, 19 sentyabr — Sputnik. Azərbaycanın xalq artisti Fuad Poladov xərçəng xəstəliyinə tutulub. APA-nın əldə etdiyi məlumata görə, tanınmış aktyor hazırda Milli Onkologiya Mərkəzində müalicə olunur.

Məlumata görə, səhhətində ciddi problemlər olan Fuad Poladov, bu səbəbdən Səməd Vurğun adına Rus Dram Teatrında yeni mövsümün açılışında iştirak edə bilməyib. Teatr yeni mövsümü Ejen İoneskonun "Mərasim" pyesi əsasında hazırlanmış tamaşa ilə açıb. Fuad Poladov həmin gün açılışa gəlməli olsa da, həkim icazə verməyib. Xalq artistinin qırtlaq xərçəngindən əziyyət çəkdiyi bildirilir. Fuad Poladov artıq bir müddətdir ki, danışa bilmir.

Fuad Poladov ağır xəstəliyi səbəbilə yanvar ayından səhnəyə çıxmır. Onun durumunun hansı ağırlıqda olduğu bəlli deyil. Xalq artistinin ciddi müalicəyə ehtiyacı olduğu bildirilir, bu müalicə üçün isə külli miqdarda vəsait tələb olunur.

Xəbər lenti
0