Kukuşka körpüsü

Qarabağlıların çoxdankı arzusu belə reallaşdı

341
(Yenilənib 10:06 29.08.2017)
Nuru Paşanın ordusunu qarşılamaq üçün, "Kukuşka" körpüsündən Tərtər məscidinə qədər xalılar düzülüb

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 29 avqust — Sputnik. 19-cü əsrdə Qarabağda pambıqçılıq və maldarlığın sürətli inkişafı bölgədə zəngin xammal ehtiyyatının toplanmasına səbəb olur. Pambığın əkini ilə yanaşı bölgədə yetərli qədər emal müəssiəsləri də qurulur.

Lakin o zaman nəqliyyat infrastrukturunun olmaması istehsal edilən məhsulun bazara, sənaye müəssisələrinə çatdırılmasında çətinlik yaradırdı. Yerli iş adamları xammalı 25-30 km məsafədə yerləşən dəmir yoluna çatdırmaq üçün at və qatırlara qoşulmuş arabalarından istifadə etmək məcburiyyətində qalırdılar.

Kukuşka körpüsü
© Sputnik / Ramil İbrahimov
"Kukuşka" körpüsü

Bu da həm zaman, həm də maddi baxımdan sərfəli deyildi. Dahi Üzeyir bəyin diliylə desək, Qarabağın pambıq bəyləri o zamanın ən sərfəli nəqliyyat xətti olan dəmir yolunun inşa edilməsi üçün çara müraciət edirlər. Lakin dəmir yolunun tikintisi üçün tələb olunan vəsaitin çoxluğu səbəb göstərilərək, dəfələrlə olunan müraciətlər rədd edilir.

Qarabağın pambıq bəylərinin bu müşkülünə isə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev çarə olur. Dəmir yolunun xərcini öz üzərinə götürən Hacı, çar hökümətindən müsbət cavab alır. Və 1914-cü ildə yolun tikintisinə başlanır. Bərdə və Tərtərdən keçərək Ağdama çatan dəmir yolu Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiti hesabına tikilir. Bu yol həm də Qarabağın ilk dəmir yolu kimi tarixə düşür.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin yerli sakinlərdən əldə etdiyi məlumata görə, tikinti işlərində ən vacib mərhələ isə Tərtər çayı üzərində körpünün inşası idi. Belə ki, yaz və payız daşqınları zamanı Tətrər çayı üzərində olan bütün hidrotexniki qurğular sıradan çıxarır, daşqınların davam etdiyi müddətcə, günlərlə çayı keçmək mümkün olmurdu. Buna görə də inşa olunacaq körpü daşqınlara davam gətirməli idi.

Aybəniz Məmməva
© Sputnik / Ramil İbrahimov
Tərtər rayon Tarix Diyarşünaslıq Muzeyinin rəhbəri Aybəniz Məmməva

Tərtər rayon Tarix Diyarşünaslıq Muzeyinin rəhbəri Aybəniz Məmməvanın Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, tikintidə yerli əhali də yaxından iştirak edib. Bölgənin nəqliyyat problemini həll edən vacib qurğuya yerli əhali "Kukuşka körpüsü" adını verir.

"1914-1916-cı illərdə tikilib bu körpü. Adının "Kukuşka" olması paravozun fit verməsi ilə əlaqədardır. Paravoz gələndə fit verərək gəlirmiş. İnsanlar o fitin səsinə çıxıb tamaşa edərlərmiş qatara. Həm də Tərtər çayı həmin vaxt o qədər gur gəlirmiş ki, əhali buradan keçid kimi də istifadə edirmiş" — A. Məmmədova danışır.

Tərtər rayon Tarix Diyarşünaslıq Muzeyinin rəhbəri onu da bildirir ki, körpünün inşasına lazım olan materiallar hazırda işğal altında olan ərazilərdə hazırlanıb: "Bu ağ daşlar indi mənfur qonşularımızda olan Hatex kəndindən çıxarılıb gətirilib. 1930-cu ilə qədər bu körpüdən istifadə edilib. 1918-ci ildə Nuru Paşa Türk ordusu ilə Qarabağa gələndə Tərtərdə də olub. O, buraya gələn ərəfədə, əslən Şuşadan olan Əliş bəy onu bu "Kukuşka" körpüsündən Tərtər məscidinə qədər xalılar düzdürərək qarşılayıb".

Kukuşka körpüsü
© Sputnik / Irade CELIL
"Kukuşka" körpüsü

İstifadəsi dayandıqdan sonra körpü uzun müddət baxımsız qalır. İllər ərzində baş verən daşqınlar körpünü və dirəklərinin bir neçəsini dağıdır. Hazırda "Kukuşka" körpüsünün qalıqları tarixi abidələr siyahısına salınaraq mühafizə edirlir.

© Sputnik / Ramil İbrahimov
Tarixi körpünün indiki halı
341
Teqlər:
Aybəniz Məmməva, Tərtər rayon Tarix Diyarşünaslıq Muzeyi, "Kukuşka körpüsü", pambıq, Hacı Zeynalabdin Tağıyev, Sputnik Azərbaycan, körpü, Qarabağ
Əlaqədar
Bu körpü dünya rekordu vurdu
"Sınıq Körpü"dən keçmək istərkən yaxalandılar
Paytaxtda "sirat körpüləri": camaatın canına qorxu düşüb
Balakəndə Alban katolikosluğuna aid unikal abidə aşkarlanıb
Sirli Cəlilabad: Açıq səma altındakı qədim abidə
Tərtərdəki tarixi abidə Ermənistanın hədəfində