Певец Эмин Агаларов с бывшей супругой Лейлой Алиевой во время международного музыкального фестиваля Жара в Баку

Leyla Əliyeva: Bu axşam sevgi ilə doludur

4597
(Yenilənib 22:23 29.07.2017)
Leyla Əliyeva "Jara" Beynəlxalq Musiqi Festivalının qırmızı xalısından keçərkən hər kəsə sevgi və məhəbbət arzulayıb

BAKI, 29 iyul — Sputnik. "Jara" Beynəlxalq Musiqi Festivalının qırmızı xalı üzərindən keçid mərasiminin aparıcıları musiqi bayramının fəxri qonaqları sırasında olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı mikrofon önünə dəvət ediblər.

Sputnik Azərbaycan Azərtac-a istinadla xəbər verir ki, Leyla Əliyeva festival iştirakçılarını, qonaqları salamlayıb və aparıcının hamının burada özünü evindəki kimi hiss etməsinin səbəbi barədə sualını cavablandıraraq deyib: Bura Bakıdır, həmişə olduğu kimi, hərarətli və mehriban, ən başlıcası isə xeyirxah insanlar. Əlbəttə, hamı birdir — burada yaşayanlar da, buraya qonaq gələnlər də. Bugünkü axşam sevgi ilə doludur. Buna görə çox sağ olun. Hamınıza təşəkkür edirəm, xoşbəxtlik, möhkəm cansağlığı, sevgi və məhəbbət arzulayıram. Çox sağ olun ki, bu gün burada bizimləsiniz.

EMİN: Bu gün çox möhtəşəm gecə olacaq

Filip Kirkorov qırmızı xalı üzərindən keçərkən aparıcılar ondan "Jara"ya niyə gec gəldiyinin səbəbini soruşublar. O, sualı belə cavablandırıb: "Diqqətimi festivalın əsas gecəsinə — Alla Puqaçovanın gecəsinə toplayırdım". Alla Puqaçovanı virtuoz sənətçi adlandıran Filip Kirkorov onun ifasının bənzərsizliyini, mahnılarının illər boyu sevilə-sevilə dinlənildiyini vurğulayıb.

Festivalın digər iştirakçısı Alessandro Safina Azərbaycan paytaxtına bir neçə dəfə gəldiyini, Bakının gözəl və füsunkar şəhər olduğunu, onu daim özünə cəlb etdiyini deyib.

Qırmızı xalı üzərindən son olaraq EMİN keçib. O, "Jara"da bu gün çox möhtəşəm gecə yaşanacağını, sürprizlərlə zəngin olan konsertin Alla Puqaçova sənətini sevənlərin yaddaşında silinməz izlər qoyacağını qeyd edib.

4597
Teqlər:
Alla Puqaçova, Filipp Kirkorov, Emin Ağalarov, "Jara" Beynəlxalq Musiqi Festivalı, Leyla Əliyeva, Azərbaycan, Bakı
Əlaqədar
"Jara" sayəsində Bakı open-air festivallarının top üçlüyündə yer alıb
Bərdədə vəziyyət

Dünyaca məşhur azərbaycanlılar Bərdədə baş verən terrora səssiz qalmayıblar

23
(Yenilənib 16:11 29.10.2020)
Məşhurlar oktabrın 27-də və 28-də Bərdə rayonunun raket atəşinə məruz qalması və dinc sakinlərin həlak olması barədə "Instagram" səhifələrində paylaşım ediblər

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. Xalq artisti Emin Ağalarov oktabrın 27-də və 28-də Azərbaycanın Bərdə rayonunun raket atəşinə məruz qalması və nəticədə dinc sakinlərin həlak olması barədə özünün "Instagram" səhifəsində #PrayforBarda həştəqi ilə paylaşım edib.

Bundan başqa, 2008-ci ildə Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynov da Bərdədə baş verən terrorla bağlı "Instagram" səhifəsində paylaşım edib.

Qeyd edək ki, 2020-ci il oktyabrın 27-də və 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 25 nəfər həlak olub, 80-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

23
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Möhkəm ol, Bərdə! Raket bombardmanından sonra şəhərdəki vəziyyət – video
Prezidentin köməkçisi: "Paşinyan, böyük səhv etdin"
Ermənistan terroru nəticəsində Bərdədə öldürülən şəxslərin adları açıqlanıb
Mərmi sanki yağış kimi yağdı… - Bərdə faciəsi xəsarət alanın dilindən - VİDEO
Ombudsman Bərdədə faktaraşdırıcı missiya həyata keçirir
Qoruyucu maskada olan müsəlman kişi cümə namazının başlamasını gözləyir, arxiv şəkli

Kərimov: "Bu, islam dünyası üçün bir təhqirdir"

27
(Yenilənib 18:59 28.10.2020)
Anar Kərimov hesab edir ki, Zəngilandakı məscidin tövlə kimi istifadə edilməsi beynəlxalq təşkilatlar tərəfindən lazımınca pislənəcək.

BAKI, 28 oktyabr — Sputnik. İşğal edilmiş ərazilərimizdəki tarixi abidələrin təyinatının dəyişdirilməsi haqqında faktlar var.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.

Onun sözlərinə görə, Zəngilandakı məscid tövlə kimi istifadə edilib:

"Zəngilandakı məscidlə bağlı ürəkağrıdıcı mənzərəni görmüsünüz. O, tövlə kimi istifadə edilib. Bu, beynəlxalq normaların pozulması ilə yanaşı, müsəlman, islam dünyası üçün bir təhqirdir. Bu, vandalizm aktıdır. Ümid edirik ki, beynəlxalq təşkilatlar tərəfindən bu fakt lazımınca pislənəcək və onlara dəyər veriləcək. Biz ümid edirik ki, beynəlxalq təşkilatlar Ermənistanı tarixi abidələri nişan alıb məhv etməsini dayandırmağa çağıracaq".

27
Müslüm Maqomayev

Moskvada Müslüm Maqomayevin abidəsi təhqir edildi

0
(Yenilənib 18:45 29.10.2020)
Moskvada iki naməlum şəxs Müslüm Maqomayevin Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının yaxınlığında yerləşən abidəsinə yaxınlaşaraq postamentə üzərində anti-Azərbaycan yönümlü mətn olan lövhəcik yerləşdiriblər və onu zəncirlə bərk-bərk bağlayıblar.

BAKI, 29 oktyabr - Sputnik. Moskvada iki naməlum şəxs Müslüm Maqomayevin Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının yaxınlığında yerləşən abidəsinə yaxınlaşaraq postamentə üzərində anti-Azərbaycan yönümlü mətn olan lövhəcik yerləşdiriblər və onu zəncirlə bərk-bərk bağlayıblar.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb. 

Qeyd olunub ki, lövhəcik aşkar edilən kimi dərhal sökülüb.

"Faktla bağlı səfirlik Moskvanın hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb və dərhal bütün lazımi tədbirlər görülüb. Bu təxribatı törədənlər müəyyənləşib və Rusiya qanunvericiliyi çərçivəsində ən sərt şəkildə cəzalandırılacaqlar", - bəyanatda deyilir.

0