Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sputnik Azərbaycan-ın əməkdaşı böyük uğura imza atdı

© Photo : STROrxan Bahadırsoy Almaniyada keçirilən "Next Stage Europe 3" festivalına qatılıb
Orxan Bahadırsoy Almaniyada keçirilən Next Stage Europe 3 festivalına qatılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Orxan Bahadırsoy festivala özünün "Saçını satan aktrisa"adlı dram əsəri ilə qatılmaq imkanı qazanıb

BAKI, 10 iyul — Sputnik. Sputnik Azərbaycan-ın əməkdaşı, yazıçı, şair, dramaturq Orxan Bahadırsoy Almaniyada keçirilən "Next Stage Europe 3" festivalına qatılıb.

Festivalda Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistandan olan dramaturqlar iştirak ediblər. Almaniyanın Höte adına İnstitutunun təyin etdiyi xüsusi münsif heyəti tərəfindən 400 namizəd arasından 12 dramaturq seçilib. Orxan Bahadırsoy festivala özünün "Saçını satan aktrisa"adlı dram əsəri ilə qatılmaq imkanı qazanıb.

Xüsusi münsif heyətinin seçdiyi dörd dramaturqun əsəri isə Potsdam şəhərində yerləşən Hans Otto teatrında səhnələşdirilib. Orxan Bahadırsoyun "Saçını satan aktrisa" pyesi iyul ayının 6-da həmin teatrın səhnəsində nümayiş olunub. Pyes Hans Otto teatrının repertuarına uzunmüddətli daxil edilib. 

© Photo : STR"Saçını satan aktrisa" tamaşasından sonra — Hans Otto Teatrı
Saçını satan aktrisa tamaşasından sonra — Hans Otto Teatrı - Sputnik Azərbaycan
"Saçını satan aktrisa" tamaşasından sonra — Hans Otto Teatrı

Festival çərçivəsində dramaturqlar Berlində yerləşən Maksim Qorki teatrında, Berlin İncəsənət Universitetində, Berlin Bertolt Brext teatrında, bir neçə muzeydə və tarixi məkanlarda olublar. Frankfurt (Oder) şəhərində Henrix von Kleistin ev muzeyini, Kleistin çalışdığı universiteti və 13-cü əsrdən qalma bir neçə tarixi abidəni ziyarət ediblər. Festivala qatılan dramaturqların Maksim Qorki teatrının dramaturqu Məzlum Nərgizlə, Berlin İncəsənət Universitetinin professoru, dramaturq Con fon Düffellə, Bertolt Brext və Hans Otto teatrlarının kollektivləri ilə, Almaniya Bundestaqının deputatı Martin Qorholtla görüşü keçirilib.

© Photo : STRGürcüstandan və Rusiyadan olan dramaturqlarla — Qarina Besolti, Nataşa Borenko, Lile Şengelia, İrakli Zadaia, Quram Mazonaşvili, Orxan Bahadırsoy
Gürcüstandan və Rusiyadan olan dramaturqlarla — Qarina Besolti, Nataşa Borenko, Lile Şengelia, İrakli Zadaia, Quram Mazonaşvili, Orxan Bahadırsoy - Sputnik Azərbaycan
Gürcüstandan və Rusiyadan olan dramaturqlarla — Qarina Besolti, Nataşa Borenko, Lile Şengelia, İrakli Zadaia, Quram Mazonaşvili, Orxan Bahadırsoy

Qeyd edək ki, Almaniyanın Höte adına İnstitutu tərəfindən keçirilən "Next Stage Europe 3" festivalına Azərbaycan ilk dəfə qatılmaq şansı əldə edib. Festivalda Orxan Bahadırsoy Azərbaycanı təmsil edən yeganə dramaturq olub. Bundan başqa, gənc dramaturqun əsəri sentyabr ayında Almaniyada çap olunacaq dramaturgiya almanaxına daxil edilib.

Orxan Bahadırsoy oktyabr ayında Sankt-Peterburq şəhərində keçiriləcək dramaturgiya seminarına da dəvət alıb.

Xəbər lenti
0