Jara festivalının pre-partisi

"Jara" sayəsində Bakı open-air festivallarının top üçlüyündə yer alıb

46
(Yenilənib 03:34 30.06.2017)
Builki "Jara"da Alla Puqaçova, Sofiya Rotaru, Qriqori Leps, Filipp Kirkorov, Emin, A"Studio, LOBODA, Valeri Meladze, Yeqor Krid və başqaları iştirak edəcək

BAKI, 29 iyun — Sputnik. "Jara" MDB məkanında yay mövsümündə açıq səma altında keçirilən musiqi festivallarının reytinq cədvəlində top-3-ə daxil olub.

TurStat analitik agentliyi MDB ölkələrində və Gürcüstanda 2017-ci ilin yay mövsümündə açıq səma altında keçirilən ən populyar musiqili festivalların reytinqini açıqlayıb.

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Rusiyalı turistlərin yaxın xaricdə üstünlük verdiyi open-air musiqili festivalının reytinq cədvəlinə Gürcüstan, Belarus, Azərbaycan, Qazaxıstan və Ermənistan başçılıq edir.

MDB-dəki ən populyar open-air festivallarının top beşliyinə GEM Fest (Anakliya), "Rok za Bobrov" (Minsk), "Jara" (Bakı), "FourЭ" (Almatı) və EPIC Rock Fest Armenia (Tsaxkadzor). Rusiyanın Tver şəhərində keçirilən "Naşestvie" rok festivalı isə Rusiyanın ən məşhur open-air musiqi festivalları arasında ilk onluğa başçılıq edir.

Reytinq həmin festivalların təşkilatçılarınını təqdim etdiyi göstəricilər əsasında hazırlanıb.

Qeyd edək ki, "Jara" musiqi festivalı 27-30 iyul tarixlərində Xəzər dənizinin sahilində — Bakıdakı Sea Breeze kurortunun ərazisində keçiriləcək. "Jara"da Alla Puqaçova, Sofiya Rotaru, Qriqori Leps, Filipp Kirkorov, Emin, A"Studio, LOBODA, Valeri Meladze, Yeqor Krid və başqa ifaçılar iştirak edəcək. Ötən il "Jara" festivalını 5 mindən yuxarı adam ziyarət edib. Bu il isə festivalın ziyarətçilərinin sayının 10 min nəfərə qədər yüksələcəyi gözlənilir.

46
 Barak Obama, arxiv şəkli

Obamanı canlandıracaq şəxs məlum oldu

3
(Yenilənib 15:29 30.11.2020)
B.Obama deyib: "Dreyk istedadlı insandır. Hər istədiyini edə biləcək adam təəssüratını bağışlayır. O, nə zaman istəsə bu filmdə mənim obrazımı canlandıra bilər"

BAKI, 30 noyabr — Sputnik. ABŞ-ın 44-cü prezidenti olan Barak Obamanın həyatını əks etdirən bioqrafik film ekranlaşdırılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, keçmiş prezident onun həyat yolundan bəhs ediləcək filmdə, baş qəhrəmanı-yəni özünün obrazını yaradacaq sənətçinin adını açıqlayıb.

Barak Obamanın sözlərinə görə, onun obrazını kanadalı rep ifaçısı Dreyk (Obri Dreyk Qrem) ifa edəcək.

B.Obama deyib: "Dreyk istedadlı insandır. Hər istədiyini edə biləcək adam təəssüratını bağışlayır. O, nə zaman istəsə bu filmdə mənim obrazımı canlandıra bilər".

Keçmiş prezidentin bəyəndiyi repçi Dreyk isə 2010-cu ildən Barak Obamanın surətini ekranda yaratmaq istədiyini açıqlayıb: "Çox istəyirəm ki, tezliklə belə bir film çəkilsin və mən Obama rolunu ifa edim. Onu nə zaman ekranda görsəm, kanalı dəyişmirəm, diqqətlə Obamanı dinləyir, səs tonuna fikir verirəm".

Qeyd edək ki, Dreyk 2001-ci ildə "Degrassi: The Next Generation" serialında 7 sezon boyunca "Jimmy Brooks" obrazını ifa edib.

3
Azərbaycanın əməkdar artisti Lalə Məmmədova

Lalə Məmmədova koronavirusa telekanalda yoluxub?

8
(Yenilənib 12:50 30.11.2020)
Müğənni: "Ancaq son yoluxma ehtimal olunan məkan - telekanallarımızın adını demədim. Günahı kiminsə üstünə yıxmaq mənlik deyil".

BAKI, 30 noyabr — Sputnik. "Nigarançılığınıza səbəb olduğum üçün hamınızdan üzr istəyirəm. Zəng edib soruşan, yazan, dua edən hər kəs sağ olsun. Virus ailəmizdən yan keçmədi. Bir ailənin kiçiyindən tutmuş böyüyünədək hamısının xəstələndiyini gözünüzün qabağına gətirsəniz səhnə sizə bəlli olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə yazıb. Koronavirusa yoluxan müğənni ailəsinin vəziyyətindən bəhs edib:

"7 yaşlı kiçik qızım belə iybilmə, dadbilməni itirib. Qorunun, yaşlıları qoruyun... Hər gün haldan hala düşən valideynlərimi görmək bilsəniz nə qədər ağrılıdır. Ağrılı və vicdan əzablı... Bu gün xəstəxananın əməkdaşı məndən xəstəliyin yoluxma səbəbini və ilkin şəxsin kim olduğunu soruşanda, ürək ağrısı ilə "mənəm" dedim.

Ancaq son yoluxma ehtimal olunan məkan - telekanallarımızın adını demədim. Günahı kiminsə üstünə yıxmaq mənlik deyil. "Efirimizə niyə gəlmirsiniz?" deyib, giley-güzar edən televiziya işçiləri, dostlarım, siz maska geyinsəniz də, biz maska taxıb çıxıb efirdə oxumuruq. Bu halda biz sənətçilərin yoluxma riski daha çoxdur. İnşallah, her şey yoluna düşər və biz yenə efirlərdə görünərik. Diqqətli olun... Bir adamın yoluxması 1 ailənin yoluxmasına səbəb olur".

8
Teqlər:
telekanal, Koronavirus, yoluxma
Baş Prokurorluq

Baş Prokurorluq əhaliyə müraciət etdi - səbirli olun

0
(Yenilənib 16:15 30.11.2020)
Prokurorluq işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir

BAKI, 30 noyabr — Sputnik. Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.

0
Teqlər:
Qarabag, Baş Prokurorluq, əhali, çağırış, təhlükə, mina, işğaldan azad edilmiş ərazilər