Həbsxana divarında tikanlı məftillər, arxiv şəkli

Repressiya qurbanları: məşhur aktyor haqqında yalan ifadələri kimlər verib?

484
(Yenilənib 20:06 22.06.2017)
Bu qərar oktyabr ayının 19-da verilsə də, noyabr ayının 16-da icra olunur

Birinci yazı: Abbas Mirzə Şərifzadə

BAKI, 6 iyun — Sputnik. 1937-ci il, iyul ayının 22-də Azərbaycan SSR XDİK-nın müavini Gerasimov, şöbə müdiri Sinmana belə bir müraciət ünvanlayır: "Yoldaş Sinman! Yadımdadır ki, Əli Kərimovun ifadələrində Şərifovun və Ülvinin adları çəkilir. Onlar təxirə salınmadan həbs edilməli və istintaqa cəlb olunmalıdırlar".

Qeyd edim ki, Gerasimovun müraciətindəki Əli Kərimov Azərbaycan Dövlət Dram Teatrının direktoru, Şərifov Azərbaycanın məşhur teatr aktyoru, teatr və kino rejissoru, Azərbaycan SSR Xalq Artisti Abbas Mirzə Şərifzadə, Ülvi isə məşhur teatr aktyoru Ülvi Rəcəb Şaşıqzadədir.

Maraqlısı odur ki, həmin illərin sənədlərində Əli Kərimovun belə bir ifadəsi yoxdur. 1937-ci il fevral ayının 19-u, 20-si, 21-i – üç gün ard-arda dindirilən Əli Kərimov öz ifadələrində əksinqilabi millətçi təşkilatına Əhməd Bədi Triniç tərəfindən qoşulduğunu bildirib. Həmin ilin iyul ayının 23-ü və 26-da keçirilən dindirmələrdə müstəntiqin "Artist Abbas Mirzə Şərifov əksinqilabi təşkilata daxil idimi?" sualına belə cavab verib: "Bunu rədd edirəm! Bir daha təkidlə deyirəm ki, Şərifov əksinqilabi millətçi təşkilata daxil olmayıb!"

1937-ci ilin iyul ayının 24-də dindirilən publisist, alim Ruhulla Axundov öz ifadəsində belə deyib: "Təşkilata cəlb olunan şəxslər öz növbələrində bura digər şəxsləri cəlb etməlidirlər. Mənim tərəfimdən cəlb olunmuş Əli Kərimov öz növbəsində Abbas Mirzə Şərifovu və Mirzə Ağa Əliyevi təşkilata cəlb etmişdi".

Həmin ilin oktyabr ayının 11-də baş verən dindirmədə Ruhulla Axundov bildirib: "Bakıdakı antisovet Müsavat təşkilatının rəhbər üzvləri aşağıdakılar idi: Dövlət Dumasının sabiq üzvü Məmməd Yusif Cəfərov, Yazıçılar İttifaqının üzvü Hüseyn Sadıq, şair Əhməd Cavad, yazıçı, Müsavatın İstanbuldakı konsulu Yusif Vəzirov (Yusif Vəzir Çəmənzəminli), məşhur pantürkist şair Hüseyn Cavid, bəstəkar Üzeyir Hacıbəyov, xalq artistləri Mirzə Ağa Əliyev və Abbas Mirzə Şərifzadə".

Daha bir qəribəlik də buradadır ki, Abbas Mirzə Şərifzadənin cinayət işində Ruhulla Axundovun adlarını çəkdiyi şəxslərdən heç birinin ifadəsi yoxdur.

Bütün bunlardan sonra, 1937-ci ilin dekabr ayının 3-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizliyi İdarəsi 3-cü bölməsinin rəis müavini baş leytenant Borisov belə bir arayış tərtib edir: "Əldə edilmiş məlumatlara görə Şərifov Abbas Mirzə Rəsul oğlu bir xarici dövlətin xeyrinə casusluqda ifşa olunur. Qeyd olunanlara əsasən, Şərifov Abbas Mirzə Rəsul oğlu həbsə salınıb Azərbaycan SSR CM-in 68-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir".

Elə həmin gün də aktyorun həbs olunması ilə bağlı qərar qəbul edilir. Dekabr ayının 4-də Abbas Mirzə Şərifzadə həbs olunur. Evində axtarış aparılır, bir teatr qılıncı və iki teatr tapançası müsadirə edilir.

Abbas Mirzə Şərifzadə
© Photo : PUBLIC DOMAIN
Abbas Mirzə Şərifzadə

1937-ci ilin dekabr ayının 9-da Abbas Mirzə Şərifzadə birinci dəfə dindirilir. Bu dindirmədə o, İran konsulu Vafi ilə gizli görüşməkdə ittiham olunur. Dekabrın 17-də baş verən ikinci dindirmədə Abbas Mirzə Şərifzadə belə deyir: "Mən tamamilə Sovet hökuməti və Kommunist Partiyasının tərəfdarıyam. Onların tapşırıqları mənim üçün qanundur".

Dekabr ayının 25-də üçüncü dəfə dindirilir. Bu sorğu zamanı o, Hüseyn Cavidlə görüşməkdə, konsertlərdə və radioda öz repertuarına Mikayıl Müşfiqin, Əhməd Cavadın, Hüseyn Cavidin əsərlərini salmaqda ittiham olunur. Lakin ifadəsinin sonunda qətiyyətlə vurğulayır: "Məni heç kəs heç bir təşkilata cəlb etməyib və belə təşkilatın olması ilə bağlı mənə heç bir şey bəlli deyil".

Repressiya illərində həbs olunan, dindirilən şəxslərin əksəriyyəti müstəntiqlərin ittihamlarını qəbul edib, üstəlik, onların sifarişlərinə uyğun digər şəxsləri də öz ifadələrində müqəssir elan ediblər. Abbas Mirzə Şərifzadə isə öz ifadələrində heç kəsin adını hər hansı antisovet təşkilatının üzvü kimi hallandırmır.

1937-ci ilin dekabr ayının 31-də dördüncü dəfə, 1938-ci ilin yanvar ayının 8-də beşinci dəfə, yanvar ayının 9-da altıncı dəfə dindirilir. Bu sorğuların hamısında Abbas Mirzə Şərifzadə ittihamları rədd edir və bütün işgəncələrə, hədə-qorxulara rəğmən, müstəntiqlər istədikləri nəticəni əldə edə bilmirlər.

Fevral ayının 16-da Abbas Mirzə Şərifzadə haqqında yeni ittiham irəli sürülür. O, əksinqilabi burjua-millətçi təşkilatın üzvü kimi məsuliyyətə cəlb olunur. Aprel ayının 28-də Abbas Mirzə Şərifzadə və Baş Repertuar Komissiyasının rəhbəri Mahmudov Mahmud Balaəmi oğlu üzləşdirilir.

Üzləşmədə Mahmud Mahmudov deyir ki, Abbas Mirzə onu Sovet İttifaqı ərazisində İran Kəşfiyyat Orqanları xeyrinə casusluğa cəlb edib. Abbas Mirzə Şərifzadə belə cavab verir: "Bəli, təsdiq edirəm. Mən Mahmudov Mahmudu İran kəşfiyyatı xeyrinə casusluğa cəlb etmişəm".

Lakin bu protokolda üzləşməni kimin apardığı qeyd olunmayıb. Üstəlik, iyun ayının 11-də qəzet satan Əli Həsən Abbas oğlu ilə Abbas Mirzə Şərifzadənin üzləşməsində qəzet satanın İran kəşfiyyatı xeyrinə casusluq ittihamlarını Abbas Mirzə qətiyyətlə rədd edir. Bu üzləşmədə Əli Həsən bildirir ki, Abbas Mirzə onun vasitəsi ilə İran konsulluğuna məktublar və kitablar göndərib.

Qəribədir ki, bu casusluq ittihamını aprelin 28-də qəbul edir, iyunun 11-də rədd edir. Protokolda üzləşməni aparan şəxsin adının qeyd olunmaması da şübhələr doğurur ki, bu sənəd saxtadır.

Bunlardan sonra, 1938-ci ilin oktyabr ayının 19-da Azərbaycan SSR XDİK Xüsusi Üçlüyün iclasında qərara alınır: "Şərifov Abbas Mirzə Rəsul oğlu casusluq fəaliyyətinə görə güllələnsin, əmlakı müsadirə olunsun".

Bu qərar oktyabr ayının 19-da verilsə də, noyabr ayının 16-da icra olunub və böyük teatr dühası noyabr ayının 16-da güllələnib.

Niyə qərarın icrası bir ay gecikib? Necə olub ki, Abbas Mirzə Şərifzadə güllələnəndən 17 il sonra bəraət qazanıb? Abbas Mirzə Şərifzadədən uzun müddət xəbər ala bilməyən övladlarına hansı məlumatlar verilib və onların aqibəti necə olub? – ikinci yazıda…

484
Teqlər:
Ruhulla Axundov, Abbas Mirzə Şərifzadə, Əli Kərimov, XDİK, SSR, 1937-ci il, ifadə, Hüseyn Cavid, teatr, müstəntiq, aktyor, cinayət işi, Azərbaycan
Əlaqədar
Repressiya aparatını "əridən" sevgi
Böyrəyi dəyişdirilən aktyor donorunun adını açıqladı
Məşhur aktyor prezidenti sərt tənqid etdi
Məşhur müğənni-aktyor təcili xəstəxanaya yerləşdirildi
Aktyor: “Bizim teatrda boş yer olmur”
Türkiyəli məşhur aktyor avtomobil qəzasına düşüb
Sinan Akçil

Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib

26
Sinan Akçıl və Səidə Quliyevanın "Daim yaşa, Azərbaycan" klipi artıq "Youtube" şəbəkəsində ön sıralardadır.

BAKI, 24 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan xəbər verir ki, son günlər davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər.

Müğənni-bəstəkar Sinan Akçıl Qarbağda baş verən hadisələrdən təsirlənərək "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib. Məşhur həmin mahnını azərbaycanlı müğənni Səidə Quliyeva ilə birlikdə oxuyub. Sinan Akçıl və Səidə Quliyevanın "Daim yaşa, Azərbaycan" klipi artıq "Youtube"da ön sıralardadır.

Qeyd edək ki, Sinan Akçıl Qarabağla və Gəncədə baş vermiş terror hadisəsi ilə bağlı dəfələrlə paylaşımlar edib.

26
İbrahim Tatlısəs, arxiv şəkli

İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"

24
(Yenilənib 16:50 23.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində Azərbaycana dəstək ifadə edən "İki millət, bir dövlət! Türk milləti olaraq ölənədək yanındayıq, AZƏRBAYCAN!" adlı video paylaşıb.

BAKI, 23 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan xəbər verir ki, son günlər davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər.

Посмотреть эту публикацию в Instagram

İki Millet TEK Devlet TÜRK Milleti Olarak Ölümüne Yanındayız AZERBAYCAN !

Публикация от İBRAHİM TATLISES (@ibrahimtatlises)

Bu dəfə türk musiqisinin imperatoru İbrahim Tatlısəs Azərbaycana dəstəyini nümayiş etdirib. Belə ki, Türkiyənin məşhur müğənnisi özünün "Instagram" səhifəsində Azərbaycana dəstək ifadə edən "İki millət, bir dövlət! Türk milləti olaraq ölənədək yanındayıq, AZƏRBAYCAN!" adlı video paylaşıb.

24
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: "Azərbaycandakı faciələrin arxasında Fransa dayanır

0
(Yenilənib 18:20 24.10.2020)
"Sadəcə, ermənilərə silah göndərirsiniz və ermənilərə göndərdiyiniz silahlarla sülh yaradacağınızı fikirləşirsiniz".

 

BAKI, 24 oktyabr — Sputnik. “Bu səhər İlham Əliyev ilə telefonla danışdım. Hazırda azərbaycanlı qardaşlarımız işğal altındakı ərazilərə doğru hərəkət edirlər. Geri almağa başlayıblar”.

Anadolu agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri çıxışında Fransanı da sərt tənqid edib.

“Hazırda Azərbaycandakı fəlakətlərin arxasında Fransa var”, - deyə o bildirib.

“Minsk qrupunda varsınız. Bu günədək nə etmisiniz? Azərbaycan ərazilərini işğaldan azad etmisiniz? Sadəcə, ermənilərə silah göndərirsiniz və ermənilərə göndərdiyiniz silahlarla sülh yaradacağınızı fikirləşirsiniz. Edə bilməzsiniz, çünki səmimi deyilsiniz”, - o qeyd edib.

0