Киев

Teatrın direktoru Kiyevdə işgüzar səfərdədir

17
(Yenilənib 16:33 24.05.2017)
Layihə çərçivəsində Kiyevdə seminarlar, ustad dərsləri və müzakirələrin keçirilməsi nəzərdə tutulur

BAKI, 24 may — Sputnik. Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov Ukraynanın paytaxtı Kiyevdə işgüzar səfərdədir. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmvətənimiz Avropa Birliyinin Şərqi Avropa ölkələrinin mədəniyyət üzrə əməkdaşlıq proqramı çərçivəsində keçiriləcək "Creativ Europe" proqramında iştirak etmək üçün dəvət alıb.

25-26 may tarixlərində gerçəkləşəcək layihə çərçivəsində Kiyevdə seminarlar, ustad dərsləri və müzakirələrin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərə məsləhətçi kimi dəvət olunan T.Rəsulov Ukraynadan təqdim edilmiş layihələrin seçilməsində və formalaşdırılmasında iştirak edib.

Qeyd edək ki, layihə çərçivəsində Yuğ teatrı ilə Ukrayna teatrları arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaranmasına yönəlmiş bir sıra görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

17
Tamer Karadağlı, arxiv şəkli

“Çocuklar duymasın”ın Haluku: “Azərbaycan üçün könüllü əsgərliyə gedərdim

965
"Bir millət, iki dövlətik. Əgər elə düşünürüksə, onun üçün gərəkli olanları da yerinə yetirməliyik" - Tamer Karadağlı

BAKI, 8 avqust — Sputnik. Azərbaycan əsilli məşhur türkiyəli aktyor Tamer Karadağlı maraqlı açıqlamalar verib. Karadağlı “Jülide Ateşle 40” verilişində qonaq olarkən Azərbaycanla bağlı maraqlı sualları da cavablandırıb.

“Azərbaycan mədəniyyəti üçün darıxırsınızmı?” sualına məşhur aktyor belə cavab verib:

“Xeyr, darıxmıram, çünki o mədəniyyəti yaşayıram. Bütün ailəmiz o mədəniyyəti yaşayırdı. Evimizdə həmişə Azərbaycan yeməkləri hazırlanırdı, xalalarım, əmilərim Azərbaycandaymış kimi danışırdılar. Hər nə qədər Azərbaycan əsilli olsam da, ilk dəfə iki il əvvəl getdim oraya və yeməkləri, insanları, danışıqları o qədər yaxın gəlmişdi ki mənə, izah edə bilmirəm”.

Aparıcının “Azərbaycan üçün könüllü əsgərliyə gedərsinizmi?” sualına cavab isə daha maraqlı olub: “Məni bu yaşdan sonra almazlar, amma əgər ehtiyac olsa, çağırsalar, niyə də olmasın? Bir millət, iki dövlətik. Əgər elə düşünürüksə, onun üçün gərəkli olanları da yerinə yetirməliyik”.

Qeyd edək ki, 53 yaşlı aktyor “Bir tutam baharat”, “Memlekette Demokrasi Var”,  “Şans Kapıyı Kırınca”, “Pamuk prens” və s. filmlərində rol alıb. Serial sahəsində daha çox tanınan Karadağlı Türkiyənin ən məşhur “Acayib hikayeler”,  “Doktorlar”, ”Fedai”, “Ah kalbim” və s. seriallarına çəkilib. Azərbaycan tamaşaçısı isə onu “Çocuklar duymasın”dakı Haluk obrazı ilə sevib.

965
Əlaqədar
Hollivud ulduzu Kemeron Diaz kinodan niyə getdiyini açıqlayıb
Gənc heykəltaraş bu dəfə polkovnikin xatirəsini əbədiləşdirib
Məşhur aktyor gizli şəkildə üçüncü dəfə evləndi
"Apple" və Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək
Hələ ki açıq-saçıq səhnələr təklif etməyiblər: azərbaycanlı qız Moskvanı necə fəth edəcək?
Bella Hadid, arxiv şəkli

Dünya şöhrətli model: "Özümü faydasız hiss edirəm"

530
(Yenilənib 20:16 06.08.2020)
Hamam dəsmalına bürünərək çəkdirdiyi şəkillərini "Instagram"-da paylaşan model "500 gündür" özünütəcriddə yaşadığını deyib, baxmayaraq ki, COVID-19 cəmi 8 aydır aşkarlanıb

 

BAKI, 6 avqust — Sputnik. Üz proporsiyasına görə dünyanın ən gözəl qadını sayılan 23 yaşlı model, fələstin əsilli Bella Hədid karantin dövründə çəkdirdiyi fotolarını paylaşıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, "Instagram" səhifəsində paylaşılan şəkillərdə üzündə qrim olan supermodel yataq otağında hamam dəsmalına bürünərək poza verib.

Model deyib ki, "500 gündür" özünü tamamilə faydasız hiss edir. Çünki pandemiya dövründə özünütəcrid rejiminə riayət etməyə və evdə qalmağa çalışıb. Karantin dövründə müxtəlif yeməklər hazırlayıb paylaşan model, eyni zamanda dülgərlik və təsərrüfatla məşğuldur. Bundan başqa, Hədid izləyicilərinə evdə oturarkən necə makiyaj etməyi öyrədib.

Ulduzun çəkdirdiyi şəklin fonundakı Odri Hepbernin portretləri izləyicilərin diqqətini cəlb edib. Bella aktrisanın şəkillərindən ilhamlandığını yazıb.

530
Əlaqədar
“Miss Azərbaycan”la tanış olmağın çox asan yolu varmış – zərfin içində...
Hollivud ulduzu Kemeron Diaz kinodan niyə getdiyini açıqlayıb
Hələ ki açıq-saçıq səhnələr təklif etməyiblər: azərbaycanlı qız Moskvanı necə fəth edəcək?
"Apple" və Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək
Azərbaycanın ən gözəl qızı karantinin pozduğu planını İstanbulda reallaşdırdı
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, arxiv şəkli

Baş Nazirdən sərt qərar - Məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək

4
(Yenilənib 19:22 08.08.2020)
Proses dövlət başçısı tərəfindən nəzarətdə saxlanılır. Hökumət vəziyyətə dair mütəmadi olaraq Prezidentə məruzə edəcək

BAKI, 8 avqust — Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminə nəzarətin gücləndirilməsinə dair məsələləri müzakirə edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Baş Nazir Əli Əsədovun sədrlik etdiyi videokonfransda Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilati məsələlər üzrə köməkçisi Zeynal Nağdəliyev, Baş Prokuror Kamran Əliyev, Daxili İşlər Naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Səhiyyə naziri Oqtay Şirəliyev, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in sədri Ramin Bayramlı, 68 şəhər və rayonun icra hakimiyyəti başçıları, şəhər və rayon prokurorları, daxili işlər və DTX şöbələrinin rəisləri, sanitar–epidemiologiya mərkəzlərinin, rayon mərkəzi xəstəxanaları və səhiyyə şöbələrinin rəhbərləri iştirak ediblər. 

Baş Nazir qeyd edib ki, Prezident İlham Əliyev avqustun 6-da  keçirdiyi videomüşavirədə hökumət və müxtəlif dövlət orqanları qarşısında nəzarətin gücləndirilməsi haqda ciddi tapşırıq verib.

Əli Əsədov bildirib  ki, Operativ Qərargah infeksiyaya yoluxmaların sayının azalmasını və iqtisadi fəallığın artırılması zərurətini nəzərə alaraq avqustun 10-dan bəzi istehsal, ticarət və xidmət sahələrində yumşalmaları elan edib. Tapşırıq ondan ibarətdir ki, sanitar qaydalara ciddi əməl olunmalı, nəzarət funksiyasını həyata keçirəcək orqanlar müəyyənləşməli, nəzarət funksiyası qüsursuz tətbiq edilməlidir.

Baş Nazir vurğulayıb ki, iqtisadi aktivlik ilə sanitar qaydalara əməl olunmasını sinxronlaşdırmaq lazımdır. Yenidən geriyə qayıtmamağımız üçün bu ən mühüm məsələdir.

Qəbul olunmuş qaydalara əməl olunmasına əsas məsuliyyət daşıyan orqanlar kimi şəhər və rayon İcra hakimiyyətləri, hüquq-mühafizə orqanları-Prokurorluq, DİN, DTX, səhiyyə strukturları və fəaliyyətinə icazə verilmiş sahələrdəki sahibkarlardır. Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək.

Xüsusi qeyd olunub ki, şəhər və rayonlarda yoluxma hallarının artması tendensiyası müşahidə olunduğu təqdirdə şəhər və rayon rəhbərliyi əlaqələndirici qurum olaraq nəzarət mexanizmlərini daha da gücləndirməlidir.

Proses dövlət başçısı tərəfindən nəzarətdə saxlanılır. Hökumət vəziyyətə dair mütəmadi olaraq Prezidentə məruzə edəcək.

Müşavirədə son bir ay ərzində bütün ölkə üzrə karantin qaydalarına əməl olunmasına nəzarətin vəziyyəti müzakirə olundu, nöqsanlar qeyd edildi, onların aradan qaldırılması haqda təkliflər səsləndirildi. Karantin qaydalarına riayət edilməsi üzərində nəzarətin texniki, inzibati və maarifləndirmə aspektləri müzakirə olundu.

4
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Əvvəl açıq havadakı restoranlar, sonra rayonlara gediş-gəliş açılacaq
Toya icazə verəcəklər, amma hər şey sahibkarlardan asılı olacaq
Bir manat da xərclənməyib - Şahmar Mövsümov bloklanmış kartlar barədə
Hökumət karantin rejiminin daha da yumşaldılması barədə qərar qəbul edib
Bundan sonra mehmanxanalar yeni QAYDAlarla işləyəcək