Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Parisdə böyük Azərbaycan şairinin xatirəsi anılacaq

© Photo : APAVaqif Səmədoğlu
Vaqif Səmədoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
"Bir gün təbəssüm olmuşdum" adlı kitab da fransız ictimaiyətinə təqdim olunacaq

BAKI, 24 may — Sputnik. Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirə gecəsi keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib.

Paris Azərbaycan Evinin və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə keçirilən xatirə gecəsində xalq şairinin fransız dilində çapdan çıxmış "Bir gün təbəssüm olmuşdum" adlı kitabı da fransız ictimaiyyətinə təqdim olunacaq. Tədbirin iyunun 6-da, saat 19.00-da Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, şair, dramaturq, publisist, Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, Milli Məclisinin deputatı (2000, 2005) Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də 76 yaşında dünyasını dəyişib.

© AfişaVaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək
Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək - Sputnik Azərbaycan
Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək

Xəbər lenti
0