Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Türk seriallarının ən parlaq simalarından biri vəfat etdi

© Photo : OnedioTürkiyənin tanınmış aktyoru Payidar Tüfekçioğlu
Türkiyənin tanınmış aktyoru Payidar Tüfekçioğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Qaraciyərində yaranan xəstəlikdən əziyyət çəkən aktyor müalicə aldığı xəstəxanada dünyasını dəyişib

BAKI, 18 may — Sputnik. Türkiyənin tanınmış aktyoru Payidar Tüfekçioğlu vəfat edib. Sputnik Azərbaycan Hurriyet-ə istinadla xəbər verir ki, qaraciyərində yaranan xəstəlikdən əziyyət çəkən aktyor, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

İbrahim Erkal - Sputnik Azərbaycan
SƏHİYYƏ
Məşhur müğənni-aktyor təcili xəstəxanaya yerləşdirildi

O, qaraciyər nəqli üçün bir müddətdir donor axtarışındaymış. İstanbul dövlət teatrlarının internet saytında "Dəyərli aktyorumuz, sevgili Payidar Tüfekçioğlunu itirdik, acımız sonsuzdur" mesajı paylaşılıb. Cümə günü keçiriləcək anma mərasimindən sonra Payidar Tüfekçioğlu Çengelköy məzarlığında dəfn ediləcək.

Sənətçi 1962-ci ildə İzmirdə dünyaya gəlib. Memar Sinan Gözəl Sənətlər Universitetindən məzun olan Tüfekçioğlu, konservatoriya təhsilindən sonra dövlət teatrlarında işə başlayıb. Teatr və kino işləri ilə yanaşı, dublyaj sahəsində də fəaliyyət göstərən Tüfekçioğlu "Hollywood" filmlərinin əhəmiyyətli oyunçularının türk dilində dublyajlarını edib.

O, "Hünkarın Bir Günü", "Kurtlar Vadisi Pusu", "Naciyeyi Kim Sevmez ", "Ölümsüz Aşk ", "Acayip Hikayeler", "Sudan Bıkmış Balıklar", "Yunus Emre Aşkın Yolculuğu " kimi seriallarda rol alıb.

Xəbər lenti
0