Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Gözəllik kraliçası” tamaşası

ADGT teatrı Oyunlar zamanı 7 tamaşa nümayiş etdirəcək

24
(Yenilənib 23:00 11.05.2017)
Həftəsonuna qədər teatrda 7 tamaşa nümayiş olunacaq

BAKI, 11 may — Sputnik. IV İslam Həmrəyliyi Oyunlarının açılışı günü və həftəsonu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bir-birindən maraqlı 7 müxtəlif tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, artıq dünəndən etibarən teatrın səhnəsində nümayiş edilən tamaşalar möhtəşəm idman bayramında iştirak edən və yarışları izləmək üçün şəhərimizə qonaq gələn əcnəbi turistlər üçün ingilis və rus dillərinə tərcümə edilərək subtitrlərlə təqdim edilir.

Həftəsonuna qədər teatrda nümayiş olunacaq M.MakDonaxın "Lineynin Trilogiyası"na daxil olan "Gözəllik kraliçası", "Konnemarada bir kəllə", "Yalqız Qərb", Ə.B.Haqverdiyevin "Pəri Cadu", L.Nurenin "Mən gəldim qızlar" ("Müharibə") tərcümə edilmiş tamaşalar siyahısına daxildir.

ADGTT-nın kollektivi heç şübhəsiz ki, kiçik yaşlı tamaşaçılarını da diqqətdən kənar qoymayıb. 2 gün müddətində uşaqlar üçün "Dəcəl keçi" və "Qırmızı papaq" tamaşaları ilə onların görüşünə gələn truppa 13 və 14 may tarixlərində saat 12.00 və 14.00-da sözügedən tamaşaları təqdim edəcək.

24
Rəssam, arxiv şəkli

Tələsin: Yeniyetmələr arasında rəsm müsabiqəsi start götürdü

4
Müsabiqənin şərtlərinə görə, rəsmlər A1 və ya A3 ölçülü vatman kağızlarda çəkilməlidir. Müsabiqəyə 1 və ya 2 rəsm əsəri təqdim oluna bilər. Rəsmlərin son qəbul tarixi noyabrın 27-də başa çatır.

BAKI, 29 oktyabr — Sputnik. F.Köçərli adına Respublika Uşaq Kitabxanası 10-17 yaş arası uşaq və yeniyetmələr arasında "Terrora yox deyək!" adlı rəsm müsabiqəsi elan edib.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd yeniyetmələrin diqqətini erməni terroruna cəlb etmək, onlara sülh mədəniyyəti, xalqlar və insanlar arasında qarşılıqlı anlaşma, dostluq münasibətlərinin əhəmiyyətini, milli dəyərlərimizi, tolerantlıq və multikulturalizm ənənələrini aşılamaq, habelə xüsusi istedadları aşkarlamaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

Müsabiqə vətənpərvərlik mövzusunda keçirilir. Müsabiqənin şərtlərinə görə, rəsmlər A1 və ya A3 ölçülü vatman kağızlarda çəkilməlidir. Müsabiqəyə 1 və ya 2 rəsm əsəri təqdim oluna bilər. Rəsmlərin son qəbul tarixi noyabrın 27-də başa çatır.

Yarışma başa çatdıqdan sonra münsiflər heyəti tərəfindən 3 qalib seçiləcək. Qalib və iştirakçılara həvəsləndirici diplom, fəxri fərman və kitablar hədiyyə olunacaq.

Əlavə məlumatı http://clb.az/yeniyetmlr-arasnda-terrora-yox-deyk-adl-rsm-msabiqsi_d3001.html ünvanından əldə etmək olar.

4
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, arxiv şəkli

Ən qədim teatrımız Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

12
Teatr Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı Ordumuza dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürüb.

BAKI, 29 oktyabr — Sputnik. Qüdrətli Azərbaycan Ordusunun işğalçı Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları bütün cəbhəboyu böyük uğurla davam edir. Əsgər və zabitlərimizin fədakarlığı, yenilməz döyüş əzmi və qazandığı qələbələri hər bir soydaşımızda böyük ruh yüksəkliyi yaradır. Azərbaycan Ordusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, əksər vətəndaşlar, o cümlədən müəssisə və təşkilatlar Orduya hərtərəfli dəstəyi özlərinə mənəvi borc hesab edir, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürüb.

12
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

0
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

0