Yazıçı Reyhan Şıxlinskaya

Azərbaycanlı yazıçının əsəri Ukraynanın elektron kitabxanasına daxil edilib

40
(Yenilənib 13:15 28.04.2017)
Kosmik gəminin qəzaya uğraması nəticəsində Yer planetinə düşən 12 yaşlı Leminin macəralarından bəhs edən kitab Ukraynada da uğur qazanıb

BAKI, 28 aprel — Sputnik. Azərbaycanlı qadın yazıçı Reyhan Yusifqızının kitabı, Ukraynada ən yaxşı kitablarla bağlı müsabiqədən keçərək bu ölkənin elektron kitabxanasına daxil edilib. Bu barədə Sputnik Azərbaycan-a yazıçı özü məlumat verib.

Moskvanın Strelbitski Multimedia Nəşriyyatı azərbaycanlı yazıçının "Yaşıl gözlü qız" kitabını rus dilində nəşr edib. Bu nəşr Ukrayna ədəbiyyatsevərlərinin və dövlətinin diqqətini cəlb edib. Nəticədə nəinki ölkəmizdə, eləcə də yaxın xaricdə populyar olan bu kitab Ukraynanın elektron kitabxanasına daxil edilib.

Qeyd edək ki, müəllifin uşaq fantastikası janrında olan bu əsəri 12+ yaş həddində olan uşaqlar üçün nəzərdə tutulub. "Yaşıl gözlü qız" kosmik gəminin qəzaya uğraması nəticəsində Yer planetinə düşən 12 yaşlı yadplanetli qız Leminin macəralarından bəhs edir. Lemi ilə tanış olan Yer planetindəki dostları onun köməyi ilə kainatın sirlərini açmağa çalışırlar.

Qeyd edək ki, sözügedən əsər Azərbaycanda orta məktəb dərsliklərinə daxil edilib. "Yaşıl gözlü qız" 2009-cu ildə Türkiyənin TMMOB nəşriyyatında türk dilində də çap olunub.

40
Teqlər:
nəşr, "Yaşıl gözlü qız", Reyhan Yusifqızı, kitab, Ukrayna, yazıçı, Azərbaycan
Əlaqədar
Xalq yazıçısının oğlu işdən çıxarıldı
Azərbaycanda dini mövzuda yazan yazıçıların birliyi yarandı
Əsərinə Hollivudda film çəkilmiş azərbaycanlı yazıçı
Dünya şöhrətli yazıçı ilə həmsöhbət olmaq fürsəti
Yazıçı: “Uşaq ədəbiyyatı sahəsində problemlərimiz var”
Şair və yazıçılar əsgərlərlə mütəmadi görüşlər keçirəcəklər