Kitab rəfi, arxiv şəkli

Tum qabı, tualet kağızı, yoxsa müqəddəs kitab?

301
(Yenilənib 14:08 28.04.2017)
Bir müddət sonra kitabın tum qabı, tualet kağızı kimi işlənməsi tarixdə barbarlıqdan aliliyə yüksəlişimizin nişanəsi kimi qalacaq...

BAKI, 25 aprel — Sputnik. Aprelin 23-də, "ADO Theatre Collective"nin binasında kitab festivalı keçirildi. Festival müstəqil ADO teatrının dəstəyi ilə, "451 Hərəkatı" tərəfindən "451 – Book Festival" adı ilə təşkil olunmuşdu. Hərəkatın rəhbəri və festivalın təşkilatçısı gənc yazar Kamal Akendir.

Əlbəttə, kitabsız adamları saya gəlməyən bir cəmiyyətin bu qara gününə yalnız kitabın özü işıq tuta bilər. Kitabın hava, su kimi gərəkli olduğu bir məkanda və zamanda kitab festivalı keçirmək təqdirəlayiq addımdır. Əslində, festivala çoxsaylı insanın qatılması kitaba olan marağın göstəricisi idi. İlk dəfə şahid olurdum ki, kitab üçün toplaşmağa məkan darısqallıq edirdi.

Lakin məsələ burasıdır ki, bizim üçün kitab festivalı keçirmək, kitaba diqqət və maraq görmək hələ də fövqəladə hadisə sayılır. Ümid edək ki, gün gələr, kitablar hamının gündəlik istifadə etdiyi mənəvi azuqəyə çevrilər və kitaba olan diqqəti qəhrəmanlıq hesab etmərik.

Bir neçə tanınmış yazıçı və şair də festivala qatılmışdı. Qismət Rüstəmov, Nərmin Kamal, Mirmehdi Ağaoğlu, Cəlil Cavanşir, Kamal Aken, Ayxan Ayvaz, Tural Şahtaxtinski, İsmayıl Rizvanoğlu, Ulucay Akif, Murad Məmmədov və başqa qələm sahibləri oxucularının kitablarını imzalayıb, festival haqqında fikirlərini bildirdilər.

Festivalın əvvəlində yazıçı Elxan Elatlını görsək də, daha sonra gözə dəymədi. Daha sonra ADO teatrının rəhbəri Elmin Bədəlov bildirdi ki, Elxan Elatlı ona xüsusi yer ayrılmadığına görə festivalı tərk edib. Nə etmək olar!? Əgər bir yazıçı ədəbiyyatı öz şəxsi təkəbbürünə qurban verə bilirsə, kitaba həsr olunan tədbiri eqosu üzündən asanlıqla tərk edirsə, bunu da onun şəxsi həyat tərzi, yaşam norması kimi qəbul edib tolerant yanaşmalıyıq. Onsuz da Qismət Rüstəmov kimi ədəbiyyat nəhənginin öz ziyası ilə işıqlandırdığı tədbirdə Elxan Elatlının özü də, çoxsaylı kitabları da bir o qədər diqqət çəkməyəcəkdi.

  • ADO Theatre Collectivenin binasında kitab festivalı keçirilib
    "ADO Theatre Collective"nin binasında kitab festivalı keçirilib
    © Photo : ADO Theatre Collective
  • ADO Theatre Collectivenin binasında kitab festivalı keçirilib
    "ADO Theatre Collective"nin binasında kitab festivalı keçirilib
    © Photo : ADO Theatre Collective
  • ADO Theatre Collectivenin binasında kitab festivalı keçirilib
    "ADO Theatre Collective"nin binasında kitab festivalı keçirilib
    © Photo : ADO Theatre Collective
  • ADO Theatre Collectivenin binasında kitab festivalı keçirilib
    "ADO Theatre Collective"nin binasında kitab festivalı keçirilib
    © Photo : ADO Theatre Collective
  • ADO Theatre Collectivenin binasında kitab festivalı keçirilib
    "ADO Theatre Collective"nin binasında kitab festivalı keçirilib
    © Photo : ADO Theatre Collective
  • ADO Theatre Collectivenin binasında kitab festivalı keçirilib
    "ADO Theatre Collective"nin binasında kitab festivalı keçirilib
    © Photo : ADO Theatre Collective
  • ADO Theatre Collectivenin binasında kitab festivalı keçirilib
    "ADO Theatre Collective"nin binasında kitab festivalı keçirilib
    © Photo : ADO Theatre Collective
  • ADO Theatre Collectivenin binasında kitab festivalı keçirilib
    "ADO Theatre Collective"nin binasında kitab festivalı keçirilib
    © Photo : ADO Theatre Collective
  • ADO Theatre Collectivenin binasında kitab festivalı keçirilib
    "ADO Theatre Collective"nin binasında kitab festivalı keçirilib
    © Photo : ADO Theatre Collective
  • ADO Theatre Collectivenin binasında kitab festivalı keçirilib
    "ADO Theatre Collective"nin binasında kitab festivalı keçirilib
    © Photo : ADO Theatre Collective
  • ADO Theatre Collectivenin binasında kitab festivalı keçirilib
    "ADO Theatre Collective"nin binasında kitab festivalı keçirilib
    © Photo : ADO Theatre Collective
  • ADO Theatre Collectivenin binasında kitab festivalı keçirilib
    "ADO Theatre Collective"nin binasında kitab festivalı keçirilib
    © Photo : ADO Theatre Collective
1 / 12
© Photo : ADO Theatre Collective
"ADO Theatre Collective"nin binasında kitab festivalı keçirilib

Bu kitab festivalının daha bir maraqlı addımı da ondan ibarət idi ki, ölkədə kitaba olan münasibət instalyasiyalar vasitəsi ilə nümayiş olunurdu. Teatrın foyesində kitab vərəqlərindən hazırlanmış tum qabı asılmışdı. Yəqin hamınız bu halla rastlaşmısınız: xüsusən mağar toylarında yaşlı qadınların qovrulmuş günəbaxan tumları ilə dolu kisəsinin yanında kitab vərəqlərindən hazırlanmış xüsusi qablar olurdu. Müştəriyə tumu bu kağız qablarda sunan ağbirçəklər, ağsaqqallar özləri də bilmədən elmin, ədəbiyyatın ölkədəki vəziyyətini nümayiş etdirirdilər. Bu faciə ölkədə hələ də davam etməkdədir.

Daha bir instalyasiya vasitəsi ilə kitab vərəqlərinin tualet kağızı kimi istifadə olunmasını əks etdirirdi. Bu hadisə ilə məşhur bir əhvalat yadıma düşdü. Deməli, Türkiyədə bir yazıçı öz dostuna yaxınlıqdakı bir evi göstərib belə deyir: "Buradakı adamın bahalı maşınları, evləri var. Onlar tualet kağızı işi ilə məşğuldurlar. Əslində, ikimiz də eyni sahədə çalışırıq, kağızlarla işləyirik. Mən kağızın üzərinə bir şeylər yazıb satıram, onlar boş kağız satır. Mənim aylardır işləməyən bir maşınım var, onun altı ədəd lüks maşını. İkimiz də eyni ölkədə, eyni şəhərdə, eyni küçədə, eyni sektordayıq. Amma mən beyinə xitab edirəm, o isə sağrıya. Buradan bunu anlamalıyam, dostum, bu ölkədə sağrı sayı beyin sayından çox olduqca, bu dövran düzəlməz".

Bu dəhşətli nümunənin özü də bizim vəziyyətimizin yanında yüngül qalır. Çünki o bəxtiqara yazıçının ölkəsində sağrı üçün sırf tualet kağızı işlədilməsinə rəğmən, bizdə yazı ilə dolu kitab vərəqləri işlədilir. Bu, ikiqat fəlakətdir.

Aprel ayı boyunca bir neçə kitab təqdimatında, tədbirdə, festivalda oldum. Yazıçı Ayxan Ayvazın "Buri" kitabının təqdimatı, daha sonra filoloq İradə xanım Musayevanın "XXI əsrdən baxış: ədəbi tənqid və bədii söz" kitabının təqdimatı zamanı, ADO teatrının açılış tədbiri və "451 – Book Festival" zamanı da kitaba, ədəbiyyata, teatra, sənətə olan marağın getdikcə artdığının şahidi oldum. Bütün bu ədəbiyyat və sənət işıqlarını yetişən gənc nəsil və onlara dəstək olan, gənclər kimi aydın düşünə bilən yaşlı nəslin nümayəndələri yandırır.

Belə davam edərsə, bir müddət sonra kitabın tum qabı, tualet kağızı kimi işlənməsi tarixdə barbarlıqdan aliliyə yüksəlişimizin nişanəsi kimi qalacaq. Ümid edək ki, belə də olacaq…

301
Teqlər:
tualet kağızı, tum qabı, tub qabı, ADO, ədəbiyyat, şair, kitab, yazıçı
Əlaqədar
Bakıda kitab festivalı keçiriləcək
İlham Əliyevin Sputnik-ə müsahibəsini əks etdirən albom Prezident Kitabxanasında
“Aprel atəşkəsi” kitabının təqdimatı keçirildi
Azərbaycanda yeni konsepsiyalı ilk kompleks-kitabxana açılıb
Natiq Məmmədlinin yeni kitabı nəşr olunub
Professor Əli Həsənovun kitablarının təqdimatı olub
Heydər Əliyev Sarayı, arxiv şəkli

Heydər Əliyev Sarayı "Tarixi səhnə" adlı yeni layihəyə start verib

9
Layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnəyə - Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşların da çəkilişi nəzərdə tutulub.

 

BAKI, 19 yanvar — Sputnik. Heydər Əliyev Sarayı "Tarixi səhnə" adlı yeni layihəyə start verib.

Sputnik Azərbaycan xəbər verir ki, "Tarixi səhnə" layihəsi 1972-ci ildən tamaşaçıların ixtiyarına verilən, paytaxtımızın memarlıq simasında xüsusi yeri olan, Azərbaycan mədəniyyəti və incəsənətinin uzun illər nümayiş olunduğu, möhtəşəmliyi ilə seçilən, ictimai-siyasi, mədəni kütləvi tədbirlərə ev sahibliyi edən, önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Sarayına həsr olunub.

Sarayın direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin hazırlanmasının əsas məqsədi Heydər Əliyev Sarayının Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığındakı xüsusi rolunu, müstəsna əhəmiyyətini və maraqlı xatirələrin geniş kütləyə çatdırılmasıdır.

Eyni zamanda, layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnəyə - Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşların da çəkilişi nəzərdə tutulub.

Qeyd edək ki, 2022-ci ildə Heydər Əliyev Sarayının fəaliyyətə başlamasının 50 illiyi tamam olacaq. Layihə cari il və gələn il ərzində davam etdiriləcək. Bundan əlavə, "Tarixi səhnə" adlı festivalın və "Tarixi səhnə" filminin çəkilməsi nəzərdə tutulub.

9
Təranə Qumral və Musa Musayev, arxiv şəkli

Müğənni izləyicilərini hədələdi - "Hünəriniz var, bir də..." - VİDEO

37
(Yenilənib 12:34 19.01.2021)
"Götürüb nəsə yazsam, deyəcəksiniz, Təranə Qumral izləyicisini təhqir etdi. Amma sizin məni hər cür təhqir etməyə haqqınız var? Qarğışlarınız öz canınıza tökülsün".

BAKI, 19 yanvar — Sputnik. Müğənni Təranə Qumral sosial şəbəkədə yayımladığı video ilə müzakirələrə səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçinin görüntüdə işlətdiyi qeyri-etik ifadələr bir yana, onun istifadə etdiyi effekt ələ salınıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Terane_Musa (@terane_musa)

Bir neçə gün əvvəl qızları ilə rəqs edən videosunu yayımlayan ifaçı ünvanına yazılan tənqidlərə cavab verib. O: "Bir ildir efirə çıxmıram, özümlə bağlı sosial şəbəkəyə video qoymuram. O gün bir video yayımladım, altına oturub nə qarğışlar, söyüşlər yazmısız. Öz başınıza tökülsün. Götürüb nəsə yazsam, deyəcəksiniz, Təranə Qumral izləyicisini təhqir etdi. Amma sizin məni hər cür təhqir etməyə haqqınız var? Qarğışlarınız öz canınıza tökülsün. Hünəriniz var, bir də qarğış yazasınız", - deyə bildirib.

Təranə daha sonra paylaşımındakı şərh bölümünü bağlayıb.

37
Teqlər:
hədə, video, Instagram, müğənni
 Rusiyada epdimioloji vəziyyət, arxiv şəkli

Rusiyada bir gündə çox sayda adam koronavirusdan öldü

4
(Yenilənib 15:43 20.01.2021)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96,1 milyonu keçib, 2,05 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 20 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 21152 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 597 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3633952-yə çatıb. Rusiyada pandemiya yayılandan 67220 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3027316-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96,1 milyonu keçib, 2,05 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

4
Teqlər:
Rusiya, Koronavirus, epidemiya, COVID-19