BAKI, 18 apr — Sputnik. Bred Pittlə boşanma Ancelina Colinin həyatında böyük dəyişikliyə səbəb olub.
Sputnik Azərbaycan Qərb mediasına istinadla xəbər verir ki, məşhur ulduz aktyor karyerasını başa vurmaq qərarına gəlib.
"Malefisenta" fantastik filminin ikinci hissəsindəki rolu onun sonuncu kino işi olacaq.
Məlumata görə, Coli vaxtının çox hissəsini ailə vəzifələrinə və altı uşağına həsr etmək niyyətindədir.
Bununla belə, Coli xeyriyyə layihələri ilə işə konsentrə olur. Bundan sonra o, səyahətə və dünyanın müxtəlif guşələrindəki qaçqınları ziyarət etməyə daha çox vaxt ayıracaq.
Ancelina özü, gələcək planları ilə bağlı hər hansı rəsmi açıqlama və ya şərh verməyib.
KİV-də yayılan məlumatlara görə, Pitt keçmiş həyat yoldaşı ilə yenidən qovuşmaq niyyətindədir. O, bu qərara 8 yaşlı qızı Vivyenin Londondakı Hayd-parkda dayəsi ilə birlikdə gəzərkən yıxılaraq başına möhkəm zərbə dəydiyi barədə informasiya aldıqdan sonra gəlib.
İnsident dayə qadın əkiz tayı olan qızı velosipeddə apararkən baş verib. Həmin vaxt Ancelina özü ümumiyyətlə ölkədə olmayıb. Bu xəbər Pitti özündən çıxarıb və indi o özü Colidən qisas almaq niyyətindədir. Pitt həmişə Colini uşaqlara lazımi diqqət və qayğı göstərməməkdə günahlandırır.
BAKI, 26 yanvar — Sputnik. Yanvarın 31-də Xalq artisti Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq.
Sputnik Azərbaycan xəbər verir ki, konsert Vətən müharibəsində canından keçən müqəddəs şəhidlərimizin ailələrinə və qəhrəman qazilərimizə dəstək məqsədi daşıyır. Konsert zamanı hər bir izləyici ianə edə biləcək və bu ianələr "YAŞAT" Fonduna köçürülərək birbaşa şəhid və qazi ailələrinə yönləndiriləcək.
Konsert "SS Production" şirkətinin və İctimai Televiziyanın birgə təşkilatçılığı ilə reallaşacaq.
View this post on Instagram
İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaq. Konsertin informasiya dəstəkçisi "Nargis" jurnalıdır.
Təşkilatçılar hər kəsi yanvarın 31-də saat 18:15-də yayımlanacaq konserti izləməyə və qələbəni bizə yaşadanlara dəstək olmağa çağırır!
BAKI, 26 yanvar — Sputnik. Rusiya şou-biznesinin kralı, Rusiyanın Xalq artisti Filipp Kirkorov Azərbaycanın Xalq artisi Aygün Kazımovanı ad günü münasibətilə təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya pop musiqisinin ulduzu özünün "Instagram" hesabında Kazımova ilə çəkdirdiyi fotoları paylaşaraq "Doğum günün mübarək!" yazıb.
Qeyd edək ki, Xalq artisti Aygün Kazımova və Rusiya pop musiqisinin ulduzu Filipp Kirkorov birlikdə dəfələrlə konsert və layihələrlə çıxış ediblər.
BAKI, 26 yanvar - Sputnik. Almaniyanın Güterslo şəhərindəki anbardan dəyəri 40 min avro olan on konteyner maska oğurlanıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə yerli polis məlumat yayıb. Məlumata görə, oğrular FFP2 tipli maskaların olduğu anbara girərək on konteyner maskanı oradan çıxarıblar.
Almaniyada yanvar ayından etibarən mağazalarda və ictimai nəqliyyatda FFP2, FFP3 və КN95/N95 maskalarının taxılması məcburi elan edilib. Evdə tikilən maskaları taxmaq isə qadağandır, çünki onlar koronavirusdan etibarlı şəkildə qorumur.