50Cent

Məşhur müğənni qadın pərəstişkarını yumruqladı

30
(Yenilənib 16:15 12.04.2017)
Fanatının onu qolundan çəkməsinə qəzəblənən reper, onu yumruqlamağa başlayıb

BAKI, 12 apr — Sputnik. Məşhur amerikalı reper 50 Cent, qadın fanatına yumruq atıb. Sputnik Azərbaycan Fox-a istinadən xəbər verir ki, ABŞ-ın Baltimor şəhərində konsert əsnasında qadın fanatının onu qolundan çəkməsinə qəzəblənən reper, onu yumruqlamağa başlayıb.

Konsertdə ön sıralardakı tamaşaçılarla salamlaşarkən bir qadın pərəstişkarı onu əlindən tutub səhnədən çəkmək istəyib. Qadının bu hərəkəti reperin xoşuna gəlməyib. Nəticədə 41 yaşlı 50 Cent gənc qadının sinəsini yumruqlayıb. Hadisədən peşmanlıq duyan reper, fanatını səhnəyə dəvət edərək onunla rəqs edib.

30
Teqlər:
yumruq, 50 Cent, amerikalı reper, fanat, qadın
Əlaqədar
Reperlərin konsertində qan düşdü
Reper Orxan Zeynallı “Dərində” adlı yeni klipini təqdim etdi
Məşhur reper Twitter-ə başçılıq etmək istəyir
Amitabx Baççan, arxiv şəkli

Azərbaycanlıların da sevimlisi olan hind aktyoru koronavirusa yoluxdu

76
(Yenilənib 00:04 12.07.2020)
"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

BAKI, 12 iyul – Sputnik. Əfsanəvi hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb.

"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

​Aktyor həmçinin son 10 gündə onunla yaxın təmasda olanlardan koronavirus testindən keçmələrini xahiş edib.

Baççan Hindistanın bir çox filmlərdə çəkilmiş ən məşhur aktyorlarından biridir. O, ayrı-ayrı filmlərdə yaratdığı uğurlu obrazlara və rollara görə dəfələrlə yüksək mükafatlara layiq görülüb.

Amitabx Baççan oynadığı rollarla Azərbaycanda da məşhurdur və sevilir.

76
Maksim Fadeyev və Emin Ağalarov, arxiv şəkli

Çox sağ ol, müəllimim! Emin yeni mahnıya görə Fadeyevə təşəkkür edib

21
(Yenilənib 17:32 11.07.2020)
Azərbaycanın xalq artisti yeni kompozisiyanı təqdim edib və onun pərəstişkarların ürəyincə olacağına əmindir.

BAKI, 11 iyul — Sputnik, Kəmalə Əliyeva. Rusiyalı bəstəkar, müğənni və prodüser Maksim Fadeyev Azərbaycanın xalq artisti Emin Ağalarov üçün mahnı yazıb. Mahnının adı qeyri-adidir – "MMM".

Bu barədə Ağalarov "Instagram" səhifəsində məlumat verib və ümidvar olduğunu bildirib ki, kompozisiya onun pərəstişkarlarının xoşuna gələcək.

"Mahnımızın çoxdan gözlənilən relizi. Maksim, mənim üçün etdiyin hər şeyə görə sənə təşəkkür etməkdən yorulmayacağam. Bu cür ruh və emosiyalar ilə. Və bu da sənin növbəti şah əsərindir. Çox sağ ol, müəllimim", - Ağalarov yazıb.

Maksim Fadeyev Azərbaycanın xalq artistinin bir çox hitlərinin, o cümlədən "Azərbaycan", "Gəl bir-birimizi tapaq" kimi mahnıların müəllifidir.

Ağalarov "World Music Awards", "Azərbaycandan Ən Yaxşı İfaçı", "Qızıl Qrammofon", "MUZ-TV Mükafatı" və s. kimi beynəlxalq mükafatların laureatıdır. O, dünyanın müxtəlif ölkələrində konsertlərlə çıxış edir. Müğənninin musiqi xəzinəsində doqquz ingilis dilli albom, "Warner Music" və "Sony ATV Music Publishing" aparıcı musiqi şirkətləri ilə müqavilələr var.

21
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

0
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

0