Qəbələdə İslam Həmrəyliyi ilinə və İslamiadaya həsr edilən rəsm və əl işləri sərgisi keçirilib

İslam həmrəyliyinə sevgisini belə izhar etdi

130
Qəbələdə sülhü, islam birliyini, barışığı, təbiəti tərənnüm edən əl işlərini nümayiş olunub

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 8 apr — Sputnik. Qəbələdə İslam Həmrəyliyi İlinə və İslamiadaya həsr edilən rəsm və əl işləri sərgisi təşkil olunub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ Mədəniyyət Mərkəzində təşkil edilən sərginin açılış mərasimində ölkənin tanınmış ziyalıları, Qəbələ Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri, təhsil və mədəniyyət işçiləri, gənclər iştirak ediblər.

Sərgidə ixtisasca müəllim olan Dilbər Tahirovanın hazırladığı əl işləri nümayiş olunub. Qonaqlar sərgidə sülhü, islam birliyini, barışığı, təbiəti tərənnüm edən əl işlərini yüksək qiymətləndiriblər. Qeyd edilib ki, bir neçə gündən sonra ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarına start veriləcək.

  • Qəbələdə İslam Həmrəyliyi ilinə və İslamiadaya həsr edilən rəsm və əl işləri sərgisi keçirilib
    Qəbələdə İslam Həmrəyliyi ilinə və İslamiadaya həsr edilən rəsm və əl işləri sərgisi keçirilib
    © Sputnik / İlham Ahmadov

    © Photo : İlham Ahmadov

1 / 12
© Sputnik / İlham Ahmadov
Qəbələdə İslam Həmrəyliyi ilinə və İslamiadaya həsr edilən rəsm və əl işləri sərgisi keçirilib

Sərgidə rəngkarlıq, tikmə, oyma, kətan üzərində rəsm əsərləri, dekorativ tətbiqi sənət nümunələri nümayiş olunub. Təhsil Nazirliyinin təyinatı ilə İsmayıllı rayonu Vəng kənd orta məktəbində biologiya müəllimi işləyən Dilbər Tahirova çıxış edərək bildirib ki, uşaq yaşlarından rəsm çəkməklə, toxuma əl işləri və müxtəlif suvenir əşyalar hazırlamaqla məşğuldur. O, İslam Həmrəyliyi ili və gələn ay ölkəmizdə keçiriləcək mühüm beynəlxalq tədbir — IV İslam Həmrəyliyi Oyunları ilə bağlı fərdi sərgisini təşkil etmək qərarına gəldiyini və buna görə çox sevindiyini bildirib.

D. Tahirova sərgidə 70-ə yaxın rəsm əsəri və digər maraqlı əl işlərinin təqdim olunduğunu qeyd edib. "Bu, mənim ilk fərdi sərgimdir. İndiyədək mənim əl işlərim rayonda keçirilən bir çox sərgilərdə nümayiş olunub. Fərdi sərgimə xeyli vaxtdır ki, hazırlaşırdım. Ümid edirəm ki, əl işlərim hamının marağına səbəb olacaq".

130
Teqlər:
Dilbər Tahirova, əl işləri, İslamiada, İslam Həmrəyliyi İli, açılış, Qəbələ, sərgi
Mövzu:
IV İslam Həmrəyliyi Oyunları (21)
Əlaqədar
İslam Həmrəyliyi Oyunlarının su səyahətinə start verilib
İslam Həmrəyliyi Oyunlarının yeni tərəfdaşı məlum oldu
IV İslam Həmrəyliyi Oyunlarının ilk biletləri təqdim olundu
İslam Həmrəyliyi Oyunları belə təşkil olunacaq
İslam Oyunlarının maskotları təqdim olundu
İslam Oyunlarının səfirləri məlum oldu
Emil Qədirov, arxiv şəkli

Dünyanın hər yerində yaşayan azərbaycanlılar Moskvada keçiriləcək müsabiqəyə dəvət edilir

238
Gənc azərbaycanlı müğənnilər çəkilişlərinə sentyabrda Moskvada start veriləcək beynəlxalq layihənin iştirakçısı ola bilərlər. Münsiflərdən biri Emil Qədirovdur.

BAKI, 2 iyul — Sputnik, Kəmalə Əliyeva. Azərbaycan əsilli rusiyalı ifaçı Emil Qədirov münsiflər heyətinin üzvü olduğu “Vo ves qolos” (Bütün səsi ilə) Beynəlxalq musiqi layihəsində iştirak etmək üçün gənc istedadlı həmyerlilərinin axtarışına çıxıb. Bu barədə Sputnik Azərbaycan-a müğənninin özü məlumat verib.

Müsabiqənin təşkilatçıları qismində "Uşaqlar uşaqlara kömək edir" regional ictimai xeyriyyə fondu, Müstəqil Dövlətlər Birliyinin işləri üzrə Federal Agentliyi yanında “Otrajeniye” Mədəniyyətin İnkişafı Fondu və xaricdə yaşayan həmvətənlər çıxış edir. Müsabiqədə doqquz ölkədən - Azərbaycan, Rusiya, Qazaxıstan, Moldova, Ermənistan, Belarus, Tacikistan, Almaniya və İsraildən gənc ifaçılar iştirak edirlər.

Kadırov bu layihənin yarandığı ilk gündən münsiflər heyətinin tərkibinə daxildir. Müsabiqənin dördüncü mövsümü üçün kastinqlər artıq başlayıb. Buna görə də müğənni gənc həmkarlarının axtarışındadır.

"Bu layihədə 12 yaşdan 17 yaşadək olan həmvətənlərim iştirak edə bilərlər. Fərqi yoxdur, onlar Azərbaycanda, Rusiyada, yaxud başqa ölkədə yaşayırlar. İştirak etmək istəyənlər video yaza və özləri haqqında məlumatlarla birlikdə mənə məktub şəklində gadirov-music@mail.ru ünvanına göndərə bilərlər. Mən özüm onların arasından ən istedadlıları seçəcəyəm", - Kadırov qeyd edib.

Layihənin çəkilişləri 2020-ci ilin sentyabr ayına planlaşdırılır.

Xatırladaq ki, "Vo ves qolos" 2017-ci ildən Moskvada keçirilir. Müsabiqə səkkiz konsertdən ibarət olacaq. Layihə boyunca tamaşaçılar həm xalq musiqilərini, həm də öz qəyyumların öz yetirmələrinə səhnədə ifa üçün seçəcəyi estrada hitlərini eşidəcəklər.

238
Səbinə Zülalova, arxiv şəkli

Azərbaycanlı qız “COVID Ulduzu” oldu

20
(Yenilənib 00:20 02.07.2020)
Beynəlxalq təşkilat Səbinə Zülalovanın koronavirus pandemiyası zamanı insanları dəstəkləməyə yönəlmiş layihələrini yüksək qiymətləndirib. Qalibləri onlayn rejimdə təltif ediblər

BAKI, 2 iyul — Sputnik, Kəmalə Əliyeva. Mədəniyyət xadimi, dizayner, bir sıra biznes layihələrinin yaradıcısı Səbinə Zülalova beynəlxalq “100 COVID Ulduzu” mükafatına layiq görülüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, World Humanultural Drive (WHD) İngiltərə təşkilatı S.Zülalovanı “Texnologiya vı innovasiya” kateqoriyasında dəyərləndirib.

Mükafat 35 ölkədən olan 100 müxtəlif peşə sahibinə çətin dövrdə bəşəriyyətə koronavirus pandemiyası ilə mübarizə aparmaqda kömək etdiklərinə görə verilib.

Bu barədə Sputnik Azərbaycan-a Səbinə Zülalova özü danışıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от sabinazulalova.com (@sabina_zulalova_art)

World Humanultural Drive (WHD)  – Londonda yerləşən xeyriyyə təşkilatıdır. Onun əsasını Abdul Basit Sayed qoyub. Zülalova təşkilatın nümayəndələri ilə 2019-cu ildə Berlində, Azərbaycanı təmsil etdiyi beynəlxalq konqresdə tanış olub. Həmin vaxtdan da Zülalova təşkilatın nümayəndələri ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlayır.

Təşkilatın ilk layihəsi COVID-19-la mübarizəyə şeir həsr edən şairləri əhatə edirdi. Zülalova da daxil olmaqla hər bir iştirakçını yazdıqları şeirə görə diplomla təltif ediblər. O, həmçinin WHD-nin növbəti layihəsi "100 COVID Ulduzu"nda da iştirak edib. Bu layihə pandemiya dövründə insanları dəstəkləməkdə fəallıq göstərən müxtəlif sahənin mütəxəssislərini, eləcə də dünyada tanınmış şirkətləri əhatə edirdi. Layihədə 12 kateqaoriya vardı. Mükafat alanlar sırasında jurnalistlər, siyasətçilər, könüllülər, sahibkarlar, ictimai xadimlər və digər peşələrin sahibləri olub. Layihə çərçivəsində həmçinin təşkilatın banisinin yazdığı “100 COVID Ulduzu” və “Xoşbəxtliyin yaradılması” kitabları da dərc olunub.

Zülalovanın sözlərinə görə, layihənin əsas məqsədi insanlara COVID-19 zamanı kömək edən könüllülərə təşəkkür etmək idi.

“Bu layihədə Azərbaycanı tək mən təmsil edirdim. Hesab edirəm ki, bu bizim ölkəmiz üçün çox dəyərlidir. Anlayıram, bəlkə də mənim köməyimin miqyası Azərbaycan hüdudlarında elə də böyük deyildi, amma mən əlimdən gələni etdim. Təşkilat mənim bütün layihələrimi izləyirdi”, - Zülalova qeyd edib. 

Dizayner birdən-birə bir neçə layihə təqdim edib. Bunlardan biri – müxtəlif naxışlı maskaların hazırlanması idi. Zülalova həmçinin mədəni irs abidələrinin – Qara Qarayev muzeyi, Qız qalası və “Bəylər” məscidinin - 3D skanlaşdırılması üzrə startap təşkil edib. Onun spzlərinə görə, bu proses zamanı obyektin real ölçüləri rəqəmsallaşdırılır. 

O, bu işini davam etdirmək və Azərbaycanın daha bir neçə tanınmış məkanlarını 3D-də həkk etmək arzusundadır. Dizayner bu obyektlərə virtual turlar təşkil edərək fərqli ölkələrdə yaşayan insanlara onları onlayn rejimdə “gəzmək” imkanı yaradıb. Onun sözlərinə görə, ürəyi istəyən şəxslər nəinki şəkillərə baxa, eləcə də bu yerlərdə virtual səyahət edə bilərlər.

“Digər mükafatçıların işi ilə ancaq onlayn tanışam, ancaq hesab edirəm ki, onların hər biri vacib və maraqlıdır, çünki pandemiya dövründə insanlara yardım etmək məqsədilə yaradılıb”, - Zülalova qeyd edib.

"100 COVID Ulduzu" qaliblərinə sertifikat və medallar verilib. Mükafatlandırma mərasimi onlayn rejimdə və müxtəlif ölkələrdən olan tanınmış ictimai xadimlərin iştirakı ilə keçib.

WHD-nin banisi sentyabrın 2-də bu mükafatın bütün qaliblərini toplayaraq sertifikatları onlara şəxsən təqdim etməyi planlaşdırır. Zülalova ümid edir ki, həmin vaxt sərhədlər açıq olacaq və o, mükafatlandırma mərasiminə qatıla biləcək.

20
Teqlər:
pandemiya, mükafat, layihə, dizayner
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Azərbaycanlı model ABŞ-ın ən “ulduzlu” evinə köçməyə hazırlaşır
Böyük öndəri ağ-qara dünyadan rəngliyə çıxaran gənc
Azərbaycanlı kiberpank yaradıb və orada Bakının gələcəyini nümayiş etdirib
Zəmanənin ən populyar aksessuarı – Dəbli maskalar
Qarabağ xanının nəslindən olan rəssam qeyri-adi əsər yaradıb
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalar tələb edirlər

0
İstər Moskvada, istərsə də Donald Tramp administrasiyasında Rusiyanın "Talibanla sözləşməsi" iddialarını rədd edirlər.

BAKI, 2 iyul — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi "Talibanla sözləşdiyinə görə" Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, Pelosi bunu MSNBC telekanalına müsahibəsində deyib. 

"Biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməliyik, özü də indi", – spiker bildirib.

İstər Moskvada, istərsə də Donald Tramp administrasiyasında Rusiyanın "Talibanla sözləşməsi" iddialarını rədd edirlər.

Əsassız iddialar

"The New York Times" dərc etdiyi məqaləsində iddia edib ki, Rusiya hərbi kəşfiyyatı Əfqanıstanda ABŞ əsgərlərinə hücumlara görə Talibanla əlaqəli olan yaraqlıları mükafatlandırır və ABŞ prezidentinə bu barədə məlumat verilib. Lakin bu iddiaya heç bir dəlil verilməyib.

Rusiyanın ABŞ-dakı səfirliyi isə ölkə rəhbərliyindən bu cür xəbərlərə görə diplomatlara edilən təhdidlərə adekvat cavab verməyi tələb edib. Xarici İşlər Nazirliyi mətbuatda yayılan xəbərləri saxta, Tramp isə sifariş adlandırıb. Ağ Ev, Pentaqon və ABŞ kəşfiyyatı bu hesabatların təsdiqlənmədiyini və Trampa "təhdidlər" barədə məlumat verilmədiyini deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Talibanla "sözləşməsi" barədə iddianı şərh edərkən bunun yalan olduğunu deyib.

0