Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Hicablı müğənnilər dünyanı fəth edirlər

© Photo : Zeynab Aslanova"İntizar" qrupu
İntizar qrupu - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda artıq 13 ildir ki, müxtəlif tədbirlərdə dini mahnılar ifa edən qadın vokal qrupu çıxış edir

BAKI, 25 mart — Sputnik. Bakılı qadın yalnız qadın tədbirlərində çıxış edən və dinin tələblərinə riayət edən vokal qrupu toplaya bilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu ideya uzun illər Azərbaycan telekanallarının birində çalışmış Zeynəb Aslanovaya məxsusdur.

İndi bu qrupun adı "İntizar" ilahi nəğmələr qrupudur. Qrup artıq 13 ildir fəaliyyət göstərir və müsəlman qadınlar arasında çox populyardır. Bir çox qadınlar qrupun sosial şəbəkələrdəki səhifələrinə abunə olublar və öz geyimlərini qrup üzvlərinin geyimlərinə uyğunlaşdırırlar. 

Kitab mağazasında alıcı - Sputnik Azərbaycan
Azərbaycanda dini mövzuda yazan yazıçıların birliyi yarandı

Qrupun həm də solisti olan Zeynəb Aslanova qrupu yaratmaq ideyasının necə əmələ gəldiyini danışır: "Mən azərbaycanlı qadınların özlərini tədbirlərdə rahat hiss edə bilmələri üçün bu qrupu yaratdım. Məsələn, toyda həm kişilər, həm də qadınlar olur. Bu toya bəzənib getməlisən. Mən toyda yad kişilərin əhatəsində, həm də bəzənmiş halda özümü pis hiss edirəm. Mən yalnız qadınların olduğu məclislərdə özümü rahat hiss edirəm. Məhz ona görə elə məclislərdə çıxış edə biləcək mömin qadınlardan ibarət bu qrupu topladım". 

Sözügedən qrup yalnız qadın məclislərində çıxış edir. Bu tədbirlərdə hətta xidmət göstərən personal qadınlardan ibarət olur. 

"Biz İslamın müqəddəs şəxslərinin anım tədbirlərində, toylarda, el şənliklərində, xınayaxdılarda çısış edirik" — Aslanova bildirir.

Yeri gəlmişkən, mahnıların sözlərini Aslanova özü yazır. Hərdən başqa şairlərin əsərlərinə də müraciət edir. Hicablı müğənniləri yalnız Azərbaycanda tanımırlar. Onlar dəfələrlə Rusiya, Gürcüstan və İranda qastrollarda olublar.

Qrup qocalar evlərində, internatlarda, uşaq evlərində xeyriyyə konsertləri də verir. Tezliklə Bərdə və Cəlilabad rayonlarına səfərlər gözlənilir. 

Şahin Mirzəyev - Sputnik Azərbaycan
TƏHLİL
Şahin Mirzəyevin "pozulan dini hüquqları"

Yaxın aylarda isə qrupun Bakıda konserti planlaşdırılıb. Aslanovanın bildirdiyinə görə, konsert milli irsə dəstək mövuzusunda olacaq.

"İnşallah "Sarı gəlin" mahnısını ifa edəcəyik. Qonşularımız bu mahnını oğurlamaq istədikləri üçün biz milli irsimizi qoruyub dirçəltməliyik" — Aslanova bildirib.

Xəbər lenti
0