Payız, arxiv şəkli

Gənc yaşda ölən dahilər: 20 yaş, 23 yaş...

1169
(Yenilənib 13:46 22.03.2017)
Dahi olmaq üçün qocalmağı və ya ölməyi gözləməyin. Bir şeylər yaratdıqdan sonra hər yaşda dahi ola bilərsiniz.

BAKI, 22 mart — Sputnik. Dahi dedikdə ağlımıza bizə köhnə şəkillərdən baxan, saçı, saqqalı ağarmış, üz-gözü qırışmış adamlar gəlir. Etiraf edək ki, çoxumuz belə düşünürük. Müəyyən bir zamana qədər mən də belə düşünmüşəm. Beş-on il əvvəl hansısa parkda siqaret çəkən bir gənci mənə göstərib desəydilər, "bu adam dahi yazıçıdır" ya da "bu adam dahi fizikdir", çox güman ki, gülərdim.

Zaman-zaman öyrəndim ki, dahi olmaq üçün ölmək, ya da qocalmaq lazım deyilmiş. Gənc və ya uşaq yaşlarında da dahi ola bilərmiş insan. Yetər ki, dünyanın taleyini dəyişə bilən, bəşərə xidmət edən inqilabi ixtiraları, önəmli əsərləri olsun. Bu yazını da həmin gənc dahilərə həsr etməyi qərara aldım.

Evarist Qalua — 25 oktaybr 1811-ci ildə, Paris yaxınlığında doğulmuşdu. Başı çoxlu bəlalər çəkən bu dahi öz dövründə əyyaş və səfil kimi tanınmış, onu Politexnik məktəbə belə qəbul etməmişdilər. İki dəfə həbs olunmuş və uzun müddət səfil həyatı sürmüşdü. 1832-ci ilin may ayında, cəmi 20 yaşında qarnından güllələnərək öldürülmüşdü. Güllələnmə səbəbi haqqında müxtəlif fərziyyələr olsa da, heç biri sübuta yetirilməmişdi. Əsas olan isə odur ki, Evarist Qalua özündən az qala bir əsr sonra yaranacaq olan televiziyanın inkişafına xidmət etmişdi. Onun nəzəriyyələri öz dövründə anlaşılmamış, hətta dövrün böyük riyaziyyatçıları tərəfindən yetərsiz qəbul edilmişdi. Amma bu gün Evarist Qaluanın nəzəriyyələri sayəsində rəqəmsal televiziya kanalllarını rahatlıqla izləyirik.

Nils Abel də 26 il ömür sürən, gənc yaşda vəfat edən dahilərdəndir. Elliptik funksiyalardan, beşinci dərəcəli tənliklərə qədər bir çox sahələrdə kəşfləri olan bu gənc dahi tarixdə başqa bir fərqliliyi ilə də yer tutur. Ölümünə qədər yazılarını müxtəlif ünvanlara göndərən, iş axtaran bu dahiyə heç kəs qapı açmır. Nils Abel 1829-cu ilin 6 aprelində yoxsulluq içində vərəm xəstəliyindən həyatını itirir. Həmin ilin 8 aprelində — ölümündən cəmi iki gün sonra Berlin Universitetindən gələn məktubda ona iş təklif olunur. Beləcə, Nils Abel ölümündən sonra qədri ən tez bilinən dahi kimi tarixdə yerini tutur.

Haqqında tez-tez yazsam da, bu yazıda yazmağı da özümə borc bildiyim daha bir gənc dahi Karl Büxnerdir. 1813-cü ilin 17 oktyabrında doğulub, 1837-ci ilin 19 fevralında — cəmi 23 yaşında vəfat edən Karl Büxner alman teatrının təməllərini atmış dramaturq, klassik romantizmin tam əksinə, ictimai, tarixi, psixoloji dramları ilə ədəbiyyat və teatr tarixində inqilab etmiş ədibdir. Büxner əməyi istismar olunan kəndlilərə haqlarını müdafiə etmələri üçün şüarlar yazdığına görə təqib olunmuş və qısa müddət sonra tifo xəstəliyindən vəfat etmişdi.

Eyi xəstəlik səbəbi ilə vəfat edən başqa bir dahi də Henri Evenepoeldir. Cəmi 27 yaşında vəfat etmiş bu rəssam tam boy portretləri ilə tanınmış və 19-cu əsrin bədii ənənələrinə qarşı çıxan fovizm cərəyanının nümayəndəsi olmuşdu.

Əlbəttə, Azərbaycanın da gənc yaşda vəfat edən dahiləri az deyil. Amma bunların ən gənci Asəf Zeynallıdır. Azərbaycan musiqisi tarixində ilk romansların müəllifi və "Uşaq süitası" əsəri ilə uşaq musiqisinin əsasını qoymuş bəstəkarın "Ölkəm", "Sual", "Çadra", "Seyran" kimi romansları məşhurdur. İnsan zəkasının ən üst mərtəbəsidir ki, Tofiq Quliyev, Qara Qarayev kimi nəhənglər də bu 23 yaşlı dahi bəstəkarın tələbələri olmuşdu. 1909-cu ilin 5 aprelində doğulan Asəf Zeynallı özü isə Üzeyir Hacıbəyovun tələbəsi olmuş, ilk Türk Musiqi Məktəbində təhsil almış, daha sonralar "İbtidai Not Savadı" kitabının müəlliflərindən biri olmuşdu.

1932-ci ildə xalq mahnılarını nota almaq üçün Bülbül ilə birlikdə Qarabağa yola düşmüş, səfər zamanı qarın yatalağı xəstəliyinə yoluxmuşdu. Tariximizin müəmmalarından biri də odur ki, həmin dövrdə bu xəstəliyin müalicəsi olduğu halda Asəf Zeynallı qısa müddət sonra vəfat edir.

Xəstəxanada yatdığı müddətdə divara bir şeylər yazmış və ölüm ayağında ikən qardaşına "Bu, mənim simfoniyamdır. Qoymayın divarda qalsın" demişdi. Güman edilir ki, xəstəxana divarına yazılan o simfoniya Asəf Zeynallının yazmağı planlaşdırdığı "Bakı" simfoniyası olmuşdu. Lakin simfoniya elə divarda qalmış və qısa müddət sonra silinmişdi.

Dahi olmaq üçün qocalmağı və ya ölməyi gözləməyin. Bir şeylər yaratdıqdan sonra hər yaşda dahi ola bilərsiniz. Bu dahilər kimi…!

1169
Teqlər:
yaş, dahi, fizik, rəssam, gənc, yazıçı
Əlaqədar
Öz "dahi" əsəri ilə dünyanı barmağına dolamış rəssam
Sonadək iddiasından əl çəkməyən dahi
Yaponiyaya milyardlar qazandıran azərbaycanlı dahi
39 yaşlı dahi azərbaycanlı
Müasir Azərbaycan peşəkar musiqisinin banisi – dahi Üzeyir bəy
Amerikalılar Leninin dahiliyinin sirrini tapıblar
Öz dahilərinə qənim kəsilənlər
Aida Mahmudovanın PASTPRESENTFUTURE sərgisi

Azərbaycanlı rəssamın ABŞ-da ikinci fərdi sərgisi açılıb

8
(Yenilənib 21:11 15.01.2021)
Fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

BAKI, 15 yanvar — Sputnik. Tanınmış azərbaycanlı rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

"Sapar Contemporary" inkubatoru varlığın fraqmentar təbiətini zamanla və landşaftda təhrif olunmuş xatirələr vasitəsilə tədqiq edən yeni "Aida Mahmudova: PASTPRESENTFUTURE" seriyasını təqdim edib. Qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində fasiləsiz səyləri çərçivəsində təşkil edilən "PASTPRESENTFUTURE" rəssamın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisidir.

Rəssam yeni əsərində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və məfhumları çılpaq şəkildə göstərən güclü əsərlər yaradılır.

Ot və quru bitkilərdən istifadə edilərək və rəssamın impressionist toxunuşları nəticəsində ərsəyə gələn "Roots" (2020) kimi əsərlər rəssamın vətəni Azərbaycanda rast gəlinən landşaftın canlandırıcı detallarını üzə çıxarır. Yer kürəsinin səthi ilə bağlı reallıqlara baş vuran Aida Mahmudovanın təsvir etdiyi bu proses təbiəti xatirələri oyadan nostalji hissi ilə doldurur. Təbəqələrin yaradılması və ya onların bir-birindən ayrılması, habelə quru bitkilər, keramika, mis də daxil olmaqla müxtəlif materialların qarışdırılması prosesi rəssam üçün fiziki olaraq böyümə və emosional şəfa tapma məqsədilə edilən məşğələyə çevrilir.

Azərbaycanın paytaxtı Bakıda yaşayıb fəaliyyət göstərən Aida Mahmudovanın rəsm əsərləri onun seçdiyi materialların fiziki təbiəti və üstünlük verdiyi dünyəvi palitrası ilə ahəngdar şəkildə uzlaşır. Onun olduqca intuitiv xarakter daşıyan axtarışları xarici sədlərdən yan keçən sevgi, itki, yaddaş və istək kimi universal insan hisslərinin bütün spektri üzrə inkişaf etməyə davam edir. Rəssamın sözlərinə görə, "cəmiyyətin bir hissəsi olaraq, biz varlığın təbiətini, başqaları ilə qarşılıqlı münasibətlərimizi müəyyən dərəcədə məhdudlaşdırırıq və bununla da ibtidai ünsiyyət kanallarını itiririk. Mənim üçün incəsənətin heç bir sərhədi yoxdur - o, ünsiyyətin istənilən forması üçün açıqdır, yaradıcılıq prosesi isə insan tərəfindən yaradılmış və buna görə də olduqca kövrək olan fundamental prinsipləri bu və ya digər dərəcədə məhv edir".

8
Leyla Məcnun serialı

"Netflix" ilk dəfə Azərbaycanda film çəkdi - VİDEO

34
(Yenilənib 14:17 15.01.2021)
"Netflix Indonesia" tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub. Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıblar.

BAKI, 15 yanvar — Sputnik. Dünyaca məşhur "Netflix" platforması ilk dəfə Azərbaycanla bağlı film çəkib.

Sputnik Azərbaycan xəbər verir ki, ekran işi məşhur yazıçımız Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması əsasında ərsəyə gətirilib.

"Netflix Indonesia" tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub. Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıblar.

"Layla və Majnun"un premyerası fevralın 11-də baş tutacaq.

 

34
Teqlər:
Netflix şirkəti
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0