Çak Berri

Əfsanəvi musiqiçi vəfat etdi

16
(Yenilənib 09:27 19.03.2017)
Azərbaycan tamaşaçısına yaxşı tanış olan "Kriminal qiraət" filmindəki Uma Turman və Con Travoltanın rəqs etdikləri "You never can tell" mahnısını məhz Çak Berri ifa edir

BAKI, 19 mart — Sputnik. Əfsanəvi amerikalı rok-n-roll ifaçısı Çak Berri 91 yaşında ABŞ-da vəfat edib.

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, musiqiçi Missuri ştatındakı evində huşunu itirib. Həkimlərin səyinə baxmayaraq, Berrini xilas etmək mümkün olmayıb.

Məşhur müğənni yerli vaxtla 13.26-da keçinib. 

Azərbaycan tamaşaçısına yaxşı tanış olan "Kriminal qiraət" filmindəki Uma Turman və Con Travoltanın rəqs etdikləri "You never can tell" mahnısını məhz Çak Berri ifa edir. Bundan əlavə "Geriyə gələcəyə" filmində Marti Makflayın keçmişdə gitarada ifa etdiyi "Johnny B. Goode" mahnısı da Çak Berriyə məxsusdur.

16