Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ulduzlar “Sən supersən” müsabiqəsinin iştirakçılarına dəstək verir

© Photo : PR НТВХошгедем Мехтиева на сцене Ты супер!
Хошгедем Мехтиева на сцене Ты супер! - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın şou-biznes ulduzları “Sən supersən” müsabiqəsinin iştirakçılarına dəstək verib

BAKI, 17 mart — Sputnik. Sputnik Azərbaycan-ın “Sən supersən!” müsabiqəsinin iştirakçıları Xoşqədəm Mehdiyeva və Pərvanə Alcanovaya dəstək olmaq üçün başladığı video layihədə iştirak edən Azərbaycan ulduzlarının sayı artır. Bu dəfə qızlara ünvanlanan dəstək sözlərinə və xoş arzulara “Avroviziya-2011” müsabiqəsinin qalibi, müğənni Eldar Qasımov, tanınmış bəstəkar və teleaparıcı Murad Arif və əfsanəvi “Bakılı oğlanlar” KVN komandasının üzvü, aktrisa Yana Nikitina qoşulub. Bundan öncə isə Sputnik-in bu layihəsində məşhur şoumen və prodüser Murad Dadaşov və populyar müğənni, “Avroviziya-2014” müsabiqəsinin iştirakçısı Dilarə Kazımova iştirak ediblər. 

Pərvanə artıq “Sən supersən!”in ikinci turuna uğurla vəsiqə qazanıb. “Sən Supersən!” müsabiqəsinin Azərbaycandan olan növbəti iştirakçısı Xoşqədəm Mehdiyevanın çıxışı martın 18-də Bakı vaxtı ilə saat 21:00-da olacaq. Şounun birbaşa yayımı Sputnik Azərbaycan portalında da yayımlanacaq. 

Sən supersən!-in azərbaycanlı iştirakçıları Sputnik-in oxucularına müraciət etdilər - Sputnik Azərbaycan
VİDEO
"Sən supersən!"in azərbaycanlı iştirakçıları Sputnik-in oxucularına müraciət etdilər

Eldar Qasımov: “Əzizlərimiz Pərvanə və Xoşqədəm, mən sizi böyük səhnədəki ilk uğurlarınız münasibətilə təbrik edirəm. Həmçinin sizə gələcək cıxışlarınızda uğurlar arzulayıram! Afərin sizə! Biz sizinləyik, bütün Azərbaycan sizinlədir! Siz əlasınız!”

Murad Arif: "Bizim əziz qızlarımız Xoşqədəm və Pərvanə. Siz gözəl, gənc və çox istedadlısınız. Biz hamımız sizə azarkeşlik edirik, məmnuniyyətlə çıxışlarınıza baxırıq. Sizə uğurlar arzulayırıq! Nə olur olsun, özünüzə inamı itirməyin və bilin ki, biz sizi sevirik".

Yana Nikitina: "Hamını “Sən supersən!” layihəsinin iştirakçısı, Gəncədən olan qızımıza, gözəl səsli Xoşqədəm Mehdiyevaya dəstək olmağa çağırıram. Gəlin həmyerlilərimizi dəstəkləyək. Axı müsabiqə iştirakçılarına, xüsusilə də doğma vətəndən kənarda necə çətin olduğunu bilirsiniz. Bizim üçün bu qızlar artıq qalibdirlər".

Парвана Алджанова прошла во второй тур вокального проекта Ты супер! - Sputnik Azərbaycan
VİDEO
"Sən supersən!"in azərbaycanlı iştirakçısının çıxışdan sonrakı emosiyaları

Qeyd edək ki, hər bir kəs Sputnik Azərbaycan portalında başlayan onlayn səsvermədə ölkəmizi Moskvada keçirilən bu müsabiqədə təmsil edən qızlara səs verə bilər. Bu səsvermənin nəticəsində MDB və Baltikyanı ölkələrdən üç ən çox səs toplamış iştirakçı Sputnik radiosunun efirində çıxış etmək, ən sevimli mahnısını orada ifa etmək imkanı qazanacaq. 

Pərvanə və Xoşqədəmin uğuralarını, onların çıxışlara hazırlıqlarını Sputnik Azərbaycan saytlarında xüsusi bölmələrdə və sosial şəbəkələrdə izləmək olar.

Rusiyanın NTV telekanalı və “Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun “Sən supersən!” layihəsi valideyin himayəsindən məhrum olmuş istedadlı uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. "Sən supersən!" layihəsində MDB ölkələrindən, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna, Estoniyadan 92 uşaq iştirak edir. 

Sən supersən!in azərbaycanlı iştirakçısı hamıya salam göndərir - Sputnik Azərbaycan
VİDEO
"Sən supersən!"-in azərbaycanlı iştirakçısı hamıya salam göndərir

NTV – Rusiyanın bütün ərazisində yayım həyata keçırən ən böyük qeyri-dövlət teleşirkətidir. 1993-cü ilin oktyabrından efirə çıxan NTV daimi olaraq yerli televiziya məkanının ilk üçlüyündə yer alır. NTV Rusiya Federasiyasının bütün subyektlərində yayımlanaraq, ölkə əhalisinin 99,2%-ni əhatə edir. NTV Rusiyadan kənarda – yaxın xaric, Avropa, Yaxın Şərq, Şimalı Amerika və Avstraliyadakı rusdilli tamaşıcılar üçün iki beynəlxalq versiya — NTV-Dünya (НТВ-Мир) və NTV-Amerika (НТВ-Америка) istehsal edir. NTV yarandığı gündən əsas televiziya janrlarında məhsullar yaradır və inkişaf etdirir. Telekanalın verilişləri arasında jurnalist araşdırmaları, ictimai dəyəri olan mövzular haqda diskussiyalar, ilk növbədə isə NTV-nin yayımının əsasını təşkil edən xəbərlər və analitik materiallar liderlik edir. Telekanal kollektivinin peşəkarlığı Rusiya və dünyada qəbul edilib. NTV-nin aparıcıları və müxbirləri hər il dövlət və jurnalist mükafatlarına layiq görülürlər. Kanalın əyləncə layihələri dəfələrlə müxtəlif nüfuzlu mükafatlara sahib olub. 

Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimediya mərkəzi daxildir. Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0