Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanda ilk qorxu filmi nümayiş olunacaq

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidКинозал, фото из архива
Кинозал, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Filmdə baş rollarda Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Hikmət Rəhimov, Zarina Qurbanova və Zemfira Əbdülsəmədova çəkiliblər

BAKI, 14 mart — Sputnik. Azərbaycan istehsalı olan "Xənnas" adlı mistik trillerin təqdimatı keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, filmin ideya müəllifi və rejissoru Elvin Abdullayevdir. Baş prodüser və quruluşçu rejissor missiyasını Elvin Abdullayev öz üzərinə götürüb. 

Filmdə baş rollarda Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Hikmət Rəhimov, Zarina Qurbanova və Zemfira Əbdülsəmədova çəkiliblər. 

Filmin məzmununa gəlincə, uzun müddətdir eyni yuxunu görən İlkin, öz dostları və həyat yoldaşı ilə ad günündən qayıdarkən, ailəsinə məxsus olan evə baş çəkmək qərarına gəlir. Sovet vaxtlarından bunker kimi istifadə olunan və ilk baxışdan atılmış bir ev təəssüratı yaradan məkan get-gedə çağırılmayan qonaqları öz qaranlıq tarixinə aparır. İllər öncə babasının etdiyi günahlara görə evin lənətli olduğunu bilən İlkin, onu bura xənnasın gətirdiyini anlayır. Onun bir çıxış yolu var…

Qeyd edək ki, film may ayında tamaşaçılara təqdim olunacaq.

Xəbər lenti
0