Soldan sağa: Ceremi Kleyner, Adel Romanski və Barri Cenkins Ən yaxşı film nominasiyasında aldıqları Oskar mükafatı ilə

"Oskar"ı bu film aldı

98
(Yenilənib 10:21 27.02.2017)
"Ən yaxşı aktyor" nominasiyasında "Dənizin kənarında Mançester" filmində baş rol ifaçısı Keysi Afflek qalib gəlib

BAKI, 27 fev — Sputnik. Rejissor Barri Cenkinsin çəkdiyi "Ay işığı" filmi "Ən yaxşı film" nominasiyasında "Oskar" mükafatını alıb.

Maraqlıdır ki, təşkilatçılar öncə qalib kimi Demien Şazellin çəkdiyi "La-La Lend" filmini təqdim ediblər. Lakin bir neçə dəqiqədən sonra səhvə görə üzr istəyərək əsl qalibi təqdim ediblər.

Ən yaxşı aktrisa nominasiyasının qalibi Emma Stoun
© REUTERS / Lucy Nicholson
"Ən yaxşı aktrisa" nominasiyasının qalibi Emma Stoun

"Ən yaxşı aktrisa" nominasiyasının qalibi "La-La Lend"də çəkilmiş Emma Stoun olub.

Keysi Afflek
© REUTERS / Lucas Jackson
"Ən yaxşı aktyor" Keysi Afflek

"Ən yaxşı aktyor" isə "Dənizin kənarındakı Mançester" filmində baş rol ifaçısı Keysi Afflek olub.

98
Corc Kluni, arxiv şəkli

Corc Kluni şeytandır?

18
(Yenilənib 10:51 25.11.2020)
"Qəzetlər yazırdı: Şeytan! Corc Kulini şeytandır!"- deyən aktyor bildirib ki, o, bundan sonra Bred Pittdən qisasını alıb.

BAKI, 25 noyabr — Sputnik. Amerikalı aktyor Corc Kluni GQ jurnalına müsahibəsi zamanı "Ouşenin 12 dostu" filminin çəkilişləri zamanı baş verən kuryoz hadisədən danışıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, filmin bəzi hissələri aktyorun bir neçə il yaşadığı İtaliyada, Komoda çəkilib. Onun sözlərinə görə, filmdə rol alan Bred Pitt şəhərə Kluni ilə "xüsusi" davranmağa çağıran vərəqələr yerləşdirərək, yerli sakinlərə mesaj verib.

"Xahiş edirəm, Corc Kluni ilə filmdəki Denni Ouşen kimi davranın və onun gözlərinə baxmayın", - divara yapışdırılmış məktublarda yazılıb.

Bu zaman həmin mesaja yerli KİV xüsusi reaksiya göstərib.

"Qəzetlər yazırdı: Şeytan! Corc Kluni şeytandır!"- deyən aktyor bildirib ki, o, bundan sonra Bred Pittdən qisasını alıb.

Xatırladaq ki, rejissor Stiven Soderberqin çəkdiyi "Ouşenin 12 dostu" filmi 2004-cü illərdə ekranlaşdırılıb.

Filmdə Corc Kluni və Bred Pittlə yanaşı, Mett Deymon, Ketrin Zeta-Cons, Culya Roberts, Vensan Kassel rol alıblar.

18
Teqlər:
çəkiliş, film, Bred Pitt, amerikalı aktyor Corc Kluni
Aşpaz, arxiv şəkli

Məşhur "Master Chef" yarışında Azərbaycan mətbəxi günü elan edilib

36
(Yenilənib 22:02 24.11.2020)
Yarışın ötən gün yayımlanan bölümündə iştirakçılara "Dovğa", "Şah plov", "Gürzə", "Sazan ləvəngi", "Şəkərbura" bişirmələri tapşırılıb.

BAKI, 24 noyabr — Sputnik. Türkiyənin məşhur "Master Chef" yarışında Azərbaycan mətbəxi günü elan edilib.

Sputnik Azərbaycan xəbər verir ki, yarışın ötən gün yayımlanan bölümündə iştirakçılara "Dovğa", "Şah plov", "Gürzə", "Sazan ləvəngi", "Şəkərbura" bişirmələri tapşırılıb.

"Bu həftə mətbəxinə müraciət etdiyimiz ölkə qəlbimizə yaxındır. Qardaş ölkə Azərbaycan mətbəxinə müraciət edəcəyik", - deyə münsiflərdən Somer Sivrioğlu söyləyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от MasterChef Türkiye (@masterchefturkiye)

Digər münsif Mehmet Yalçınkaya isə: "Qardaşlarımızın qələbəsini təbrik edirik. Haqlı bir qələbə qazandılar. Ən sonunda haqları olanı geri aldılar. Oradakı şəhidlərimizi sevgi və sayqıyla anırıq. Mübarizələri davam edir, uğurlar diləyirik", - sözlərini deyib.

36
Teqlər:
Azərbaycan mətbəxi, "Master Chef", tv, Azərbaycan, Türkiyə

Dünya futbolunun əfsanəsi FOTOlarda

0
(Yenilənib 09:02 26.11.2020)
Dieqo Maradonanın oyunu dedikdə yəqin ki, öncə göz önünə onun sinəsini qabağa verərək rəqib oyunçuları aldadaraq bütün meydançanı keçməsi göz önünə gələcək.

Xəbər verildiyi kimi, dünya futbolunun əfsanəsi argentinalı Dieqo Armando Maradona dünyasını dəyişib. Maradona 60 yaşında infarktdan həyatını itirib. 

Əfsanəvi hücumçu azarkeşlərin yadında yalnız fenomenal oyunu ilə deyil, həm də qalmaqallarla yadda qalıb. 

Məsələn, 1986-cı ildə Argentina yığmasının qızıl medal qazandığı dünya çempionatında Maradonanın 1/4 finalda İngiltərə yığmasının qapısından əl ilə keçirdiyi top uzun müddət müzakirə mövzusu olub. Səbəbkarın özü hakimin hesaba aldığı topu "tanrının əli" vasitəsilə qapıdan keçirdiyini bildirib.

1991-ci ildə isə İtaliya çempionatının oyunundan sonra dopinq-testdən keçən Maradonanın kokain qəbul etdiyi aşkarlanıb.

Bütün bunlara baxmayaraq, futbolla maraqlanan hər kəs Dieqo Maradonanı futbol dahisi, təkbaşına oyunun taleyini həll edə bilən oyunçu kimi xatırlayacaq.

Sputnik Azərbaycan əfsanənin müxtəlif görüntülərini təqdim edir. 

 

0
  • © REUTERS / Carlos Barria

    Argentinalı futbolçu Dieqo Maradona müsahibə zamanı, 2010-cu il.

  • © REUTERS / Action Images / Juha Tamminen

    Argentinanın hücumçusu Maradona DÇ-1986-nın dörddəbir final matçında İngiltərə yığmasına qarşı oyunda.

  • © AP Photo / Carlo Fumagalli, file

    Dieqo Armando Maradona DÇ-1986-ın finalında AFR üzərində qələbədən sonra kuboku başı üzərinə qaldırır.

  • © REUTERS / Stringer

    Dieqo Maradona həyat yoldaşı Klaudiya və anası ilə toyda, 1989-cu il.

  • © Sputnik / Vladimir Rodionov

    İtaliyanın "Napoli" klubunun futbolçusu Dieqo Maradona Moskvanın "Spartak" komandası ilə oyundan sonra, 1990-cı il.

  • © AFP 2020 / Daniel Garcia

    Argentina millisinin kapitanı Dieqo Maradona DÇ-1994-də Yunanıstan komandasının qapısına vurduğu qolu qeyd edir.

  • © REUTERS / Stringer

    Futbol əfsanəsi Dieqo Maradona və Kuba lideri Fidel Kastro, 2001-ci il.

  • © REUTERS / Marcos Brindicci

    Maradona Kuba siqarı və Çe Qevaranın tatusu ilə, 2006-cı il.

  • © AFP 2020 / Stringer

    Futbol əfsanəsi Dieqo Maradona kolumbiyalı futbolçu Karlos Valderamanın karyerasını başa vurması ilə əlaqədar təşkil olunan şənlikdə rəqs edir, 2004-cü il.

  • © AP Photo / Matt Sayles

    Futbol əfsanəsi Dieqo Maradona Kannda özünə dair sənədli filmin nümayişi zamanı, 2008-ci il.

  • © AFP 2020 / Valery Hache

    Dieqo Maradona qızları ilə birgə 61-ci Kann kinofestivalında "Maradona" sənədli filminin premyerasından əvvəl, 2008-ci il.

  • © REUTERS / Eddie Keogh


    Məşqçi Maradona komandasının DÇ-2010-da Nigeriya millisinə vurduğu qolu qeyd edir.

  • © Sputnik / Sergey Guneev

    Rusiya Prezidenti Vladimir Putin, braziliyalı futbolçular Pele və Dieqo Maradona FİFA-2018 futbol üzrə dünya çempionatının püşkatmasından əvvəl.

  • © REUTERS / Marcos Brindicci

    Argentinalı futbol ulduzu Dieqo Maradona sevgilisi ilə, 2017-ci il.

  • © REUTERS / Grigory Dukor

    Futbol əfsanəsi Dieqo Maradona Kremldə, 2017-ci il.

Teqlər:
Argentina, braziliyalı futbolçu Pele, futbol, Dieqo Maradona