Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Dəhliz” təqdim edildi

© Photo"Dəhliz" filminin təqdimatı keçirilib
Dəhliz filminin təqdimatı keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, "Dəhliz" şahidlərin dili ilə Xocalı faciəsini yenidən bizlərə xatırladıb

BAKI, 21 fev — Sputnik. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində rejissor Elmar Məlikovun ərsəyə gətirdiyi "Dəhliz" filminin təqdimatı keçirilib. Qeyd edək ki, Xocalı soyqırımının 25-ci il dönümünə həsr olunan filmin redaktoru jurnalist Ceyhun Əsgərov, baş məsləhətçisi Vüsalə Məmmədovadır. “Dəhliz” CBC telekanalının dəstəyi ilə hazırlanıb

Sputnik Azərbaycan xəbər verir ki, təqdimetmə mərasimində Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Səs"qəzetinin baş redaktoru Bəhruz Quliyev, "CBC" televiziyasının rəhbəri Azər Xəlilov, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digərləri iştirak ediblər. 

Tədbir Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edilməsi ilə başlayıb. Nümayişdən əvvəl çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, "Dəhliz" şahidlərin dili ilə Xocalı faciəsini yenidən bizlərə xatırladıb: "Şahidlər başlarına gələnləri nəql edərək, erməni vəhşiliyini bir daha ortaya qoyurlar. Gələcəkdə bu faktlar bizə lazım olacaq".

Daha sonra film nümayiş etdirilib.

© Photo"Dəhliz" filminin təqdimatı keçirilib
Dəhliz filminin təqdimatı keçirilib - Sputnik Azərbaycan
1/4
"Dəhliz" filminin təqdimatı keçirilib
© Photo"Dəhliz" filminin təqdimatı keçirilib
Dəhliz filminin təqdimatı keçirilib - Sputnik Azərbaycan
2/4
"Dəhliz" filminin təqdimatı keçirilib
© Photo"Dəhliz" filminin təqdimatı keçirilib
Dəhliz filminin təqdimatı keçirilib - Sputnik Azərbaycan
3/4
"Dəhliz" filminin təqdimatı keçirilib
© Photo"Dəhliz" filminin təqdimatı keçirilib
Dəhliz filminin təqdimatı keçirilib - Sputnik Azərbaycan
4/4
"Dəhliz" filminin təqdimatı keçirilib
1/4
"Dəhliz" filminin təqdimatı keçirilib
2/4
"Dəhliz" filminin təqdimatı keçirilib
3/4
"Dəhliz" filminin təqdimatı keçirilib
4/4
"Dəhliz" filminin təqdimatı keçirilib

Filmin nümayişindən sonra çıxış edən Sona Vəliyeva filmi çəkənlərə təşəkkür edib və bu kimi filmlərin daha çox çəkilməsinin vacibliyini vurğulayıb. O, bildirib ki, ermənilər hətta Xocalı faciəsinin qurbanlarının şəkillərinin belə özününküləşdirirlər: "Xocalı ilə bağlı şəkilləri götürərək, bunu onların başına gələn faciə kimi qələmə verir, Azərbaycana qarşı nifrət hissi yaratmağa cəhd edirlər. Çox təəssüf ki, dünya yalanlara inanır. Filmin ingilis, fransız dilində tərcümə edilməsi bu həqiqətlərin dünyaya çatdırımasında mühüm rol oynaya bilər. Biz qalibiyyətə gedən yolu özümüzdə axtarmalı, bu həqiqətləri uşaqlarımıza körpəlikdən aşılamalıyıq. Xocalı çox böyük faciədir. Biz ilk növbədə həmrəy olub, milli yaddaşımıza sahib çıxmalıyıq. İnşaallah bir gün biz həmin torpaqlara qayıdacağıq".

Xəbər lenti
0