Müdafiə Nazirliyi

Şair yazıçılar əsgərlərlə mütəmadi görüşlər keçirəcəklər

17
Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında illik tədbirlər planı imzalanıb

BAKI, 14 fev — Sputnik. Müdafiə Nazirliyi (MN) ilə Azərbaycan Yazıçılar Birliyi (AYB) arasında 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb. MN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, sənədə əsasən keçiriləcək tədbirlərin yeri, icra müddəti, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.

İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə, təhsil və tədris müəssisələrində şair, yazıçı və elm xadimlərinin iştirakı ilə görüşlər, "dəyirmi masa"lar keçiriləcək. Bundan əlavə, vətənpərvərlik mövzusunda müsabiqələrin, şeir saatlarının, müharibəyə dair əsərlərin oxucu müzakirələrinin təşkili və digər fəaliyyətlər də nəzərdə tutulub.

17
Teqlər:
MN, Azərbaycan Yazıçılar Birliyi, şair, Müdafiə Nazirliyi, yazıçı
Əlaqədar
Qadınlar əsgərliyə getməlidirlərmi?
Nazirdən bəyanat: "Əsgərlər kazarmalara qayıtmalıdır"
Nalbandyan Azərbaycan əsgərinin meyitini niyə vermədiklərindən danışdı
Həmsədrlər Ermənistanı Azərbaycan əsgərinin cəsədini qaytarmağa çağırıblar
Əsgərlər arasındakı əlbəyaxa davanın videosu yayıldı
Könül Kərimova

Azərbaycanlı müğənni Rusiyada biznes qurdu - VİDEO

9
(Yenilənib 12:58 21.04.2021)
Orada toylara gedən K.Kərimova özünə kiçik iş də qurub. Belə ki, Kərimova xına evi açıb. O, təkcə toy və xına aparıcılığı ilə yox, məclislərin dekorasiyası ilə də məşğul olacaq.

BAKI, 21 aprel — Sputnik. Əməkdar artist Könül Kərimova Rusiyada biznes qurub.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni Azərbaycanda toyların keçirilməsinə müvəqqəti qadağa qoyulduğu üçün uzun müddətdir Rusiyada yaşayır və çalışır.

Orada toylara gedən K.Kərimova özünə kiçik iş də qurub. Belə ki, Kərimova xına evi açıb. O, təkcə toy və xına aparıcılığı ilə yox, məclislərin dekorasiyası ilə də məşğul olacaq.

9
Oleksandr Yakimets

Müslümlə Rəşiddən ilhamlanan ukraynalı müğənni Bakını ziyarət etmək arzusundadır - VİDEO

1843
(Yenilənib 21:16 20.04.2021)
Ukraynalı müğənni Oleksandr Yakimets nəinki yaşlı nəsil Azərbaycan müğənnilərinin, həmçinin gənc müğənnilərimizin də mahnılarını ifa edir.

BAKI, 20 aprel — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın əfsanəvi müğənniləri olan Rəşid Behbudov və Müslüm Maqomayev müxtəlif ölkələrdən olan ifaçılar üçün nümunə olaraq qalır. Onlardan biri də ukraynalı müğənni, bir çox beynəlxalq müsabiqələrin qalibi Oleksandr Yakimets nəinki korifey sənətkarların repertuarından mahnıları ifa edir, həmçinin görkəmli Azərbaycan vokalçılarının xatirəsinə həsr olunmuş tədbirlər də keçirir.

Əslən Ukraynanın Dnepropetrovsk vilayətindən olan Oleksandr Yakimets Qlinka adına Dnepr musiqi məktəbinin "Akademik ifaçılıq" fakültəsini bitirərək əvvəlcə kiçik mütəxəssis, daha sonra bakalavr və magistr diplomuna yiyələnib. Dnepr Estrada Teatrının bədii rəhbəri olan Yakimets həm də şəhər 1 saylı musiqi məktəbində gənc nəslin yetişdirilməsi ilə məşğuldur.

Öz doğma şəhərində tez-tez Müslüm Maqomayev və Rəşid Behbudovun xatirəsinə konsertlər təşkil edən müğənni nə vaxtsa Bakını ziyarət etmək arzusundadır.

"Öz peşəsinin vurğunu olan bir insan kimi mənim üçün yeni-yeni musiqi yaradıcılıqlarını, xüsusilə də vokal yaradıcılığını kəşf etmək maraqlıdır. Bununla əlaqədar olaraq mən bir çox azərbaycanlı ifaçıların – Müslüm Maqomayev, Bülbül, Sona Aslanova və Rəşid Behbudovun yaradıcılığı ilə maraqlanmışam. Onların hər biri böyük şəxsiyyətdir", - deyə Yakimets Sputnik Azərbaycan-a müsahibəsində bildirib.

Müğənninin sözlərinə görə, Azərbaycanın musiqi irsi çox zəngindir. İfaçı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 1913-cü ildə qələmə aldığı "Arşın mal alan" operettasını çox sevir. Belə ki, hələ tələbəlik illərində Yakimets operettaya dəfələrlə tamaşa edib və təkcə musiqiyə, yumora deyil, həmçinin operettada baş rolu ifa edən Rəşid Behbudovun səsinə də valeh olub.

"Bir tenor kimi mən Rəşid Behbudovun unikal, lirik səsinin gözəlliyini, yüngüllüyünü qiymətləndirməyə bilməzdim. Mən o zaman heç düşünməzdim ki, vaxt gələcək və 2016-cı ildə, elə bu məşhur müğənninin yüz illiyində onun və Müslüm Maqomayevin xatirəsinə Dnepr şəhərində konsert keçirəcəyəm. Həmin tədbir çox yüksək səviyyədə keçdi. Maqomayevi bütün dünya tanıyır. Rəşid Behbudov isə haqsızcasına yaddan çıxarılıb. Lakin "İlk sevgi mahnısı", "Sevgilim", "Dağ yolları ilə", "Qeyri-adi gözlər" kompozisiyalarını unutmaq mümkün deyil. Buna görə də ideya və imkan yaranan kimi biz Dnepr estrada teatrının kollektivi ilə birlikdə maksimum gücümüzü səfərbər edərək Dnepr şəhər sakinlərinə bu cür möhtəşəm musiqidən gözəl təəssürat əldə etmək imkanı yaratdıq", - deyə Yakimets bildirib.

Müğənni qeyd edib ki, öz konsertlərində nəinki "Sevgilim", "Qeyri-adi gözlər", "Bir qıza rast gəldim" kompozisiyalarını tez-tez ifa edir, həm də teatrda qoyulan musiqili səhnəciklərdə də onlardan istifadə edir.

Əfsanəvi Azərbaycan müğənnilərindən başqa, Yakimets cavan nəslin mümayəndələri, məsələn, Əzizə Mustafazadə, Emin Ağalarov, Samir Cavadzadə, Səbinə Babayevanın da yaradıcılığı ilə tanışdır.

"Mən zamanla ayaqlaşan insanam. Lakin mənə elə gəlir ki, əvvəlki estrada indikindən bir addım irəlidə olub. Mən nümunə gətirib müasir estrada müğənnilərini müqayisə etməyəcəyəm. Əlbəttə, yaxşı mahnılar var. Amma XX əsrin estradası əbədi yaşayacaq. Onda hər şey - poeziya, ahəngdarlıq, ruh, melodiya və digər başqa müsbət cəhətlər var. Hər bir mahnı öz-özlüyündə bir şedevrdir. Hər bir kompozisiya bir mini-tamaşadır və möhtəşəm özünüifadə tərzidir", - deyə Yakimets bildirib.

Müğənni hələ ki, Bakıda olmadığını bildirib. Onun sözlərinə görə, uzaq 2016-cı ildə öz həmkarı ilə birlikdə R.Behbudov və M.Maqomayevin xatirəsinə həsr olunmuş konserti "Bakı, şəhərim mənim" mahnısı ilə başlayıb və hesab edir ki, məhz bu kompozisiya Azərbaycan paytaxtını tam tərənnüm edir.

Oleksandr Bakını ziyarət etmək və buradakı dostları ilə görüşmək arzusundadır.

1843
Teqlər:
musiqi, Azərbaycan, video, səfər, Bakı, tenor, Müslüm Maqomayev, Rəşid Behbudov, Ukrayna, müğənni
Məhkəmə zalı, arxiv şəkli

Seren Serengil verdiyi reklam vədinə əməl etmədi: Təzminat işi açıldı

0
(Yenilənib 22:59 21.04.2021)
Razılaşmaya əsasən, aparıcıya ödənişsiz olaraq saç, qaş əkmə və üz baxımı kimi prossedurlar tətbiq edilib. Bunun qarşılığında isə Serengil bunları və şirkətin adını sosial şəbəkə hesabında paylaşmalı idi.

BAKI, 21 aprel — Sputnik. Aparıcı Seren Serengil məhkəməyə verilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl Seren "Hairworld İstanbul" adlı sağlamlıq şirkəti ilə müqavilə imzalayıb.

Razılaşmaya əsasən, aparıcıya ödənişsiz olaraq saç, qaş əkmə və üz baxımı kimi prossedurlar tətbiq edilib. Bunun qarşılığında isə Serengil bunları və şirkətin adını sosial şəbəkə hesabında paylaşmalı idi. Lakin aparıcı müqavilənin şərtlərinə əməl etməyib.

Buna görə də sözügedən şirkət Sereni məhkəməyə verərək ondan 11 min avro (22 min 490 manat) təzminat tələb edib.

0