Akademik Milli Dram Teatrı

Bakı teatrının kollektivi cənub bölgəsinə qastrol səfərinə yollanır

22
Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən tamaşa Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvarda teatrsevərlər üçün nümayiş olunacaq

BAKI, 13 fev — Sputnik. Fevralın 14-də Akademik Milli Dram Teatrının kollektivi “Vəsiyyət” tamaşası ilə cənub bölgəsinə qastrol səfərinə yollanacaq.

Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, millət vəkili, YAP Xətai rayon təşkilatının sədri, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən tamaşa Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvarda teatrsevərlər üçün nümayiş olunacaq.

İkihissəli qara komediyanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur. 

Səhnə əsərində əməkdar artistlər Abbas Qəhrəmanov (Dövran) və Münəvvər Əliyeva, aktrisa Ləman İmanova (Röya), əməkdar artist Mirzə Ağabəyli və aktyor Rövşən Kərimduxt (Bayram), əməkdar arstistlər Almaz Amanova (Zəhra), Sevinc Əliyeva (Ceyran), aktyorlar Rüstəm Rüstəmov (Pirim), Elçin Əfəndi (Samir), əməkdar artist Kazım Həsənquliyev (Elman), İlahə Həsənova və Fəridə Şahbazova (Delisay) əməkdar artist Aslan Şirin və aktyor Ramin Şıxəliyev (Timur) çıxış edirlər.

Qeyd edək ki, tamaşa Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyəti əsasında qurulub. Tamaşa insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir.

22
Teqlər:
Vəsiyyət” tamaşası, Axirətdən gələn zəng” pyesi, Qastrol səfəri, YAP Xətai rayon təşkilatı, Akademik Milli Dram Teatrı, Kamil İsmayılov, Firudin Məhərrəmov, Əlif Cahangirli, Nazim Bəykişiyev, Hüseynbala Mirələmov, Almaz Amanova, Mirzə Ağabəyli, Rüstəm Rüstəmov, Aslan Şirin, Ləman İmanova, Münəvvər Əliyeva, Abbas Qəhrəmanov, Rövşən Kərimduxt, Elçin Əfəndi, Kazım Həsənquliyev, İlahə Həsənova, Fəridə Şahbazova, Ramin Şıxəliyev, Sevinc Əliyeva, Biləsuvar, Masallı, Cəlilabad, Lənkəran, Astara
Əlaqədar
Sankt-Peterburq teatrının nümayəndə heyəti Bakıdadır
Opera və Balet Teatrından bəyanat
Dram Teatrında Hüseynbala Mirələmovun "Vəsiyyət"i olacaq
Qax rayonundakı Kürmük məbədi

Müsəlmanlarla xristianların birgə ibadət etdikləri məkan - VİDEO

20
(Yenilənib 15:24 29.11.2020)
Məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir

BAKI, 29 noyabr — Sputnik. Kürmük məbədi Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsrlərdə) qalıqları üzərində XIX əsrdə inşa edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Kürmük məbədi haqqında qısa videoçarx hazırlayıb.

Məlumat üçün bildirək ki, sözügedən məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir.

Burada maraqlı cəhətlərdən biri də odur ki, "Kürmük oba" bayramında xristian zəvvarlar da İslam dininin haram buyurduğu donuz ətindən imtina edirlər.

20
Teqlər:
ibadətgah, ibadət, xristianlar, müsəlmanlar, "Kürmük oba" bayramı, Kürmük məbədi, Qax, Azərbaycan
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri
Dart Veyder, Ulduz müharibələri filmindən, arxiv şəkli

"Dart Veyder" Yer planetini tərk elədi

17
Prouz Corc Lukasın orijinal "Ulduz müharibələri" trilogiyasındakı (1977-1983) Dart Veyderin rolu ilə məşhurlaşmışdı

BAKI, 29 noyabr - Sputnik. Britaniyalı aktyor, klassik "Ulduz müharibələri" trilogiyasında Dart Veyder rolunun ifaçısı Devid Prouz dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə onu təmsil edən Bowington Management agentliyi məlumat yayıb.

Aktyorun agenti Tomas Bouinqton bildirib ki, 85 yaşlı aktyr xəstəlikdən ölüb.

"Bizim və dünyadakı milyonlarla pərəstişkarı üçün dərin peşmançılıq və ürəkağrıdıcı kədər hissi ilə müştərimiz David Prouzun 85 yaşında vəfat etdiyini elan edirik", - agentliyin Twitter hesabında qeyd olunub.

​​Prouz Corc Lukasın orijinal "Ulduz müharibələri" trilogiyasındakı (1977-1983) Dart Veyderin rolu ilə məşhurlaşmışdı. Prouzun filmdəki səsi isə amerikalı aktyor Ceyms Erli Cons idi. Dart Veyderədək Prouz Böyük Britaniyada Green Cross Code yol hərəkətinin təhlükəsizliyi hərəkatının kampaniya çarxlarında oynayan ilk aktyor kimi tanınırdı. Aktyor "Qurulan portağal"da epizodik rol alıb, həmçinin "Frankenşteyn və cəhənnəmdən gələn monstr", "Frankenşteyn dəhşəti" filmlərində də çəkilib.

Devid Prouz ağır atletika ilə də məşğul olub, aktyor Kristofer Rivi Supermen rolu üçün hazırlayıb.

17
Teqlər:
Böyük Britaniya, "Ulduz müharibələri", film, vəfat, aktyor
Fransa polisi

"Demokratiyanın beşiyi"ndə iğtişaşlar: qanun layihəsi 133 min insanı özündən çıxardı

0
(Yenilənib 17:51 29.11.2020)
Polislərin foto və videolarının çəkilməsini qadağan edən qanun layihəsi Fransada 133 min insanı hiddətləndirib. Onlar küçələrə axışaraq polislərə "hədlərini bildirməyi" özlərinə borc biliblər

BAKI, 29 noyabr - Sputnik. Fransada şənbə günü, noyabrın 28-də keçirilən "Qlobal təhlükəsizlik haqda" qanun layihəsinə qarşı etiraz aksiyalarında ən azı 62 polis əməkdaşı xəsarət alıb.

Sputnik Azərbaycan xarici KİV-ə istinadən bildirir ki, 23 polis işçisi Parisdə, 39-u isə əyalətlərdəki aksiyalarda yaralanıb.

Həmçinin bildirilir ki, iki nəfər etirazçı Baş Polis Müfəttlişliyinə hüquq-mühafizə orqanları tərəfindən zorakılığa məruz qaldıqları barədə şikayət edib.

Etiraz aksiyası zamanı suriyalı fotoqraf Əmir Əl-Həlbi başından yaralanıb. "Sərhədsiz reportyorlar"ın baş katibi Kristof Deluar fotoqrafa qarşı "polis tərəfindən yolverilməz zorakılığı" qınayıb.

Ölkə üzrə 80 etirazçı həbs edilib.

Noyabrın 28-də Fransanın 70 şəhərində "Qlobal təhlükəsizlik haqda" qanun layihəsinə qarşı etiraz aksiyaları keçirilib. Bu layihə faktiki olaraq polis və jandarmeriya əməkdaşlarının foto və videolarını çəkməyi qadağan edir. Etiraz aksiyalarında "Siz silahları endirin, biz də kameraları" şüarları səsləndirilib. Aksiyalarda 133 min nəfər iştirak edib.

0
Teqlər:
qanun layihəsi, xəsarət alanlar, polis, etiraz aksiyaları, iğtişaş, Fransa