Sən supersən! teleşousunun iştirakçıları

Sputnik Azərbaycan "Sən supersən!" Rusiya teleşousunu canlı göstərəcək

40
"Sən supersən!" şousunun iştirakçılarını Rusiyanın tanınmış musiqiçiləri və prodüsserlərindən ibarət münsiflər heyəti qiymətləndirəcək

BAKI, 10 fev – Sputnik. Sputnik Azərbaycan İnformasiya Agentliyi və Radiosu Rusiyanın NTV telekanalının "Sən supersən!" beynəlxalq uşaq vokal müsabiqəsini öz resurslarında canlı yayımlayacaq. Canlı yayım hər həftə olmaqla 11 fevral saat 21.00-da MDB və Baltikyanı bölgəsinin 10 ölkəsində başlayacaq. Şounun Avrasiya məkanından olan ilk iştirakçıları Qazaxıstan, Ermənistan və Moldovanı təmsil edəcəklər.

İştirakçıların necə yaşadıqlarını və müsabiqəyə necə hazırlaşdıqlarını Sputnik saytlarında və sosial şəbəkələrdəki səhifələrində izləmək olar. 

Sputnik-in sosial şəbəkələrdəki səhifələrində istifadəçilər şou iştirakçılarına dəstək ola, öz arzularını bildirə bilərlər. Uşaqlar ölkəyə qayıtdıqdan sonra onlar iştirakçılara çatdırılacaq. 

"Sən supersən!" şousunun iştirakçılarını Rusiyanın tanınmış musiqiçiləri və prodüsserlərindən ibarət münsiflər heyəti qiymətləndirəcək. Telelayihənin aparıcısı Rusiyanın məşhur teleaparıcısı Vadim Takmenyov olacaq. "Sən supersən!" müsabiqəsi Rusiyanın Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir.

Rusiyanın NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun “Sən supersən!” layihəsi valideyin himayəsindən məhrum olmuş istedadlı uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. "Sən supersən!" layihəsində MDB ölkələrindən, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna, Estoniyadan 92 uşaq iştirak edir.

"Sən supersən!" müsabiqəsi Rusiyanın Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir.

“Sən supersən!” uşaq vokal müsabiqəsinin premyerası 11 fevral tarixində NTV telekanalında baş tutacaq. Şounun yeniliklərini Sputnik Azərbaycan resurslarında izləmək olar. 

NTV – Rusiyanın bütün ərazisində yayım həyata keçırən ən böyük qeyri-dövlət teleşirkətidir. 1993-cü ilin oktyabrından efirə çıxan NTV daimi olaraq yerli televiziya məkanının ilk üçlüyündə yer alır. NTV Rusiya Federasiyasının bütün subyektlərində yayımlanaraq, ölkə əhalisinin 99,2%-ni əhatə edir. NTV-nin Rusiyadan kənarda – yaxın xaric, Avropa, Yaxın Şərq, Şimalı Amerika və Avstraliyadakı rusdilli tamaşıcılar üçün iki beynəlxalq versiyası — NTV-Dünya (НТВ-Мир) və NTV-Amerika (НТВ-Америка) mövcuddur. NTV yarandığı gündən əsas televiziya janrlarında məhsullar yaradır və inkişaf etdirir. Telekanalın verilişləri arasında jurnalist araşdırmaları, ictimai dəyəri olan mövzular haqda diskussiyalar, ilk növbədə isə NTV-nin yayımının əsasını təşkil edən xəbərlər və analitik materiallar liderlik edir.

Telekanalın kollektivinin peşəkarlığı Rusiya və dünyada qəbul edilib. NTV-nin aparıcıları və müxbirləri hər il dövlət və jurnalist mükafatlarına layiq görülürlər. Kanalın əyləncə layihələri dəfələrlə müxtəlif mükafatlara sahib olub. 

Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimedia mərkəzi daxildir.

Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

"Sən supersən!" layihəsini tamaşaçılar NTV telekanalında da 11 fevral Bakı vaxtı ilə saat 21.00-da canlı olaraq izləyə biləcəklər.

40
Teqlər:
"Sən supersən!" müsabiqəsi, Rusiyanın Elm və Təhsil Nazirliyi, NTV telekanalı, Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu, Vadim Takmenyov, Estoniya, MDB, Moldova, Belarus, Ukrayna, Şimali Amerika, Avstraliya, Yaxın Şərq, Gürcüstan, Ermənistan, Rusiya, Qırğızıstan, Qazaxıstan, Avropa
Məktub, arxiv şəkli

UNESCO-ya müraciət etmiş rusiyalı mədəniyyət xadimlərinə məktub göndərilib

18
(Yenilənib 20:24 02.12.2020)
UNESCO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb

BAKI, 2 dekabr — Sputnik. Məlum olduğu kimi, Rusiya Federasiyasının bir qrup mədəniyyət xadimi Qarabağda yerləşən xristian irsinin qorunmasına və bu irsin UNESCO-nun Dünya irsi siyahısına salınmasına köməklik göstərilməsi ilə bağlı UNESCO-ya müraciət edib.

Dağlıq Qarabağda və ətraf rayonlarda erməni işğalı zamanı çoxsaylı müsəlman irsi abidələrinin dağıdılmasına baxmayaraq, müraciətdə yalnız xristian irsi haqqında bəhs edilməsi, eləcə də Azərbaycan ərazisindəki bütün tarixi, mədəni, dini irsin heç bir ayrı-seçkilik qoyulmadan dövlət tərəfindən qorunması və hökumətin bu məsələyə çox ciddi yanaşması nəzərə alınmayaraq, müraciətin birbaşa UNESCO-ya ünvanlanması onun qərəzli və məqsədli şəkildə hazırlandığını və ölkəmizə qarşı qarayaxma kampaniyasının bir hissəsi olduğunu göstərir.

Sputnik Azərbaycan xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov tərəfindən müraciəti imzalayan mədəniyyət xadimlərinə məktub göndərilib.

Məktubda öncə Ermənistan tərəfindən uzun müddət işğal altında saxlanılmış Azərbaycan ərazilərində mədəni irsimizin dağıdılması, əksər hallarda həm müsəlman, həm də xristian irsinin məhv edilməsi haqqında məlumatlar əks olunub. Eyni zamanda Azərbaycanın müxtəlif şəhərlərində yerləşən həm dini (müsəlman, xristian, yəhudi), həm də mədəni irsin dövlət tərəfindən qorunması ilə bağlı faktlar diqqətə çatdırılıb.

Bundan əlavə, rusiyalı mədəniyyət xadimlərinə qeyd etdikləri narahatçılıqla bağlı Azərbaycan Hökumətinə deyil, birbaşa UNESCO-ya müraciət ünvanlamalarına görə irad bildirilib və onlara erməni təbliğatının qurbanı olmamaq tövsiyə edilib.

Məktubun sonunda müraciəti imzalamış mədəniyyət xadimləri işğaldan azad olunmuş ərazilərdə 30 ilə yaxın davam etmiş dağıdıcılıq və talançılığın nəticələrini, həmçinin ölkəmizdə mədəni irsə necə qayğı göstərildiyini görmək üçün Azərbaycana dəvət olunublar.

Qeyd etmək lazımdır ki, UNESCO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb.

18
Teqlər:
irs, mədəniyyət xadimləri, Rusiya, Dağlıq Qarabağ, UNESCO
Qərənfil

İranın məşhur aktyoru vəfat edib

15
(Yenilənib 12:54 02.12.2020)
İranlı aktyor 98 yaşında dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, Əli Əsgər ürək tutmasından həyatını itirib.

BAKI, 2 dekabr — Sputnik. İranlı aktyor Əli Əsgər Şahbazi vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, Əli Şahbazi İranın "Oskar" qazanan "Ayrılıq" filmindəki Nadir obrazı ilə tamaşaçıların böyük rəğbətini qazanmışdı.

Ə.Əsgər Şahbazi 1922-ci ildə Tehranda anadan olub. Karyerası boyunca bir çox ekran işində rol alıb. Məşhurlaşdığı "Ayrılıq" filmi orta sinif cütlüyünün ayrılmasından bəhs edir, 2011-ci ildə lentə alınıb. Əsgər Ferhadinin rejissorluğu ilə çəkilən film bütün dünyada səs-küy yaratdı və film festivallarında onlarla mükafat qazandı. Şahbazi 61-ci Berlin Beynəlxalq Film Festivalında "ən yaxşı aktyor" nominantlarına verilən "Gümüş Ayı" mükafatını qazanıb.

15
Teqlər:
Oskar, İran, vəfat, aktyor
Вышка командно-диспетчерского пункта аэродрома аэропорта в населённом пункте Ходжалы, фото из архива

Xankəndi limanı: Sülhməramlıdan mülki təyinatadək

0
Üçtərəfli razılaşma imzalandıqdan və Rusiyanın sülhməramlı əməliyyatı başladıqdan sonra bölgədəki vəziyyət kökündən dəyişib.

 

BAKI, 3 dekabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatı mürəkkəb logistikası ilə fərqlənir. Xankəndindəki aerodromun bərpası və modernləşdirilməsi Rusiya HKQ-nin hərbi-nəqliyyat təyyarələrini qəbul etməyə imkan verəcək, yeni əməliyyat imkanları yaradacaq, qoşun birləşməsinin təchizatının bir çox problemlərini həll edəcək.

Qarabağı Ermənistan ilə yalnız eni 5 kilometr olan Laçın dəhlizi birləşdirir. Yola Ruisya sülhməramlıları nəzarət edirlər, amma yenə də bu yol bölgədə mümkün gərginləşmə halında ciddi təhlükə altında olacaq. Perspektivdə yeni yolun (dəhlizin) tikintisi və Laçın şəhərinin Azərbaycana təhvil verilməsi var. Lakin insanların və yüklərin operativ daşınmasına artıq bu gün ehtiyac var.

Xankəndindən Yerevana (Erebuni aviabazası, Zvartnos hava limanı) avtomobil yolu 320 km-dir. Əməliyyatın ilk günlərində sülhməramlılar Xankəndinə bu marşrutla gedirdilər. Sonra (noyabrın 28-dən) yeni marşrut ortaya çıxdı: Rusiyadan gələn yük və texnika dolu vaqonlar Azərbaycanın Bərdə dəmiryolu stansiyasına gəlir və buradan avtomobillərlə təxminən 100 km-lik Bərdə-Ağdam-Xankəndi marşrutunu qət edir. Bu marşrutla da məsafə uzaqdır.

Dağlıq Qarabağın şəraitində bölmələrin, yüklərin və texnikanın operativ şəkildə yüz kilometrlərlə məsafəyə çatdırılması mürəkkəb qoşun əməliyyatına çevrilir. İldə iki dəfə sülhməramlı qruplaşmanın şəxsi heyəti rotasiya edilməlidir. Bölgədə vəziyyətin gərginləşməsi əlavə qüvvə və vəsait tələb edə bilər. Xankəndi şəhərinin 9 kilometrliyində hava limanı var və o nəzəri olaraq ağır hərbi-nəqliyyat aviasiyasını qəbul edə bilər. Burada uçuşlar 1990-cı illərin əvvəllərində hərbi əməliyyatlara görə dayandırılıb. Hava limanının infrastrukturu 2020-ci ilin sentyabr və oktyabrında Azərbaycanın raket zərbələri nəticəsində zərər görüb, lakin uçuş-enmə zolağının (UEZ) uzunluğu 2200 metrdir. Yerli relyef lazım gələrsə, zolağın uzunluğunu 1 000 metr artırmağa və yanında ikincisini tikməyə imkan verir. Xankəndi yaxınlığındakı hava limanının bərpası və modernləşdirilməsinin qiyməti yaxından baxdıqda uzun illik uzaq məsafəyə uçuşlardan, nəhəng vaxt və qüvvə xərclərindən baha olmaya bilər. Hava limanı həmçinin mülki yüklərin daşınması üçün logistik mərkəz və perspektivdə Dağlıq Qarabağın iqtisadi inkişafının vacib tərkib hissəsi ola bilər.

Uzaq və təhlükəli yol

Rusiyalı sülhməramlılar 23 müşahidə postunda 24 saat Dağlıq Qarabağdakı atəşkəs rejiminə nəzarət edirlər, Laçın dəhlizi ilə əhalinin və avtonəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin edirlər. Noyabrın 14-dən 30 minədək qaçqın öz evinə qayıdıb. Bölgədə fəal şəkildə rusiyalı istehkamçılar, hərbi həkimlər, FHN əməkdaşları işləyirlər.

Sülhməramlı qüvvələrin həll olunması daimi mobillik tələb edir. Qarabağ müharibəsinin dayandırılması barədə üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan razılaşmasının əsasında Moskvayla Bakı arasında imzalanmış xüsusi protokol Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyaların açılmasını nəzərdə tutur. Aydındır ki, bu sənəd nəinki yerdəki, həm də səmadakı qadağaları da götürür. Söhbət Xankəndi hava limanına uçuşlardan gedir. Rusiyadan birbaşa reys bir çox logistika və təchizat problemlərini aradan qaldırardı, 15-ci sülhməramlı briqadanın qoşun birləşməsi üçün yeni əməliyyat imkanları yaradardı.

Daha əvvəl Gürcüstan Azərbaycan və Ermənistanın xahişi ilə öz hava məkanını Yerevana uçuş həyata keçirən Rusiya hərbi-nəqliyyat aviasiyası üçün açmışdı. Oradan yüklər quru uzaq yolla Xankəndinə daşınırdı. İndi bölgənin səmasını tam açmağın əsl vaxtıdır. Bu, Azərbaycandan Naxçıvan Muxtar Respublikasına yol çəkilməsi layihəsinə də fayda verə bilər.

Bağlı səma

Xankəndi hava limanı 2012-ci ildə artıq təmir olunmuşdu və təyyarələri qəbul etməyə hazır idi. Lakin bu, Bakının əks-reaksiyasına görə baş vermədi. Lakin üçtərəfli razılaşma imzalandıqdan və Rusiyanın sülhməramlı əməliyyatı başladıqdan sonra bölgədəki vəziyyət kökündən dəyişib. Uçuşların təhlükəsizliyinə yenidən baxmaq və qadağaları götürmək vaxtıdır. Həm də Ermənistanla Azərbaycan bu məsələdə bir-birilərinə borclu qalmırlar: Bakıdan Naxçıvana reyslər Ermənistan üzərindəki beynəlxalq dəhlizlərdən keçir və erməni aviaşirkətləri də Azərbaycan səmasındakı beynəlxalq səviyyədə qorunan hava koridorlarından istifadə edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev son çıxışında deyib: "Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər və mütləq oraya qayıdacaq azərbaycanlılar gün gələcək yenə yaxşı qonşuluq şəraitində yaşayacaqlar. Burada logistik məsələlər var, nəqliyyat məsələləri var, enerji təhlükəsizliyi var. Biz bütün bu məsələləri nəzərdən keçirəcəyik".

Bu sözlər ümid verir. Əgər bu yüksək dağlıq ərazidəki hava limanı tezliklə işə başlasa, bu regional sülhə və təhlükəsizliyə fayda verəcək.

0
Teqlər:
Rusiya, sülhməramlılar, Dağlıq Qarabağ, hava limanı, Xankəndi