Antonio Banderas

Məşhur Hollivud aktyoru infarkt keçirdi

5235
(Yenilənib 17:25 30.01.2017)
İdmanla məşğul olduğu ərəfədə anidən sinəsində ağrılar hiss edən aktyor təcili xəstəxanaya yerləşdirilib

BAKI, 30 yan — Sputnik. Dünyaca məşhur amerikalı aktyor Antonio Banderas infarkt keçirib. İdmanla məşğul olduğu ərəfədə anidən sinəsində ağrılar hiss edən aktyor təcili xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan Sözcü-yə istinadən xəbər verir ki, onun infarkt keçirməsi öncə mediadan gizlədilib. Banderas xəstəxanadan evə buraxılandan sonra bu haqda ailəsi medianı məlumatlandırıb. Bildirilir ki, hazırda onun səhhətində heç bir ciddi problem yoxdur.

5235
Teqlər:
Antonio Banderas, səhhət, infarkt, aktyor, xəstəxana
Əlaqədar
Tanınmış aktyor vəfat etdi
Uğurlu satıcı olmadı, yaxşı aktyor və rejissor oldu
Ukraynalı aktyorlar Bakıya gələcəklər
Tanınmış aktyorun övladları ata mirasından imtina etdilər
Türk aktyoru ölkələrində görən ərəblər şok oldu
Məşhur türk aktyor avtomobil qəzasında dünyasını dəyişdi
Türkiyədə teatr aktyoru 3000 manatadək maaş alır
Manizha, arxiv şəkli

Rusiyanın "Avroviziya"dakı təmsilçisi tənqidlərə cavab verdi

20
(Yenilənib 14:10 11.04.2021)
Manija vurğulayıb ki, mahnının mətninə gəldikdə isə, o yumorla yazılıb və rus qadınının həyatından bəzi stereotipləri əks etdirir. 

BAKI, 11 aprel - Sputnik. Rusiyanı Avroviziya-2021 müsabiqəsində "Russian Woman" (Rus qadını - red.) mahnısı ilə təmsil edəcək müğənni Manija özünü niyə rus qadını saydığını izah edib. 

Müğənni bildirib ki, son vaxtlar mahnının məzmunu və mənşəyi ilə bağlı tənqidlə rastlaşır: öncə o, bu tənqidə görə stress də keçirib, lakin gənc fanatlarının köməyilə bu problemin öhdəsindən gəlib.

"Mənim müəyyən müraciətim var və mən onu mahnımın köməyi ilə sonadək çatdırmalıyam. Fanatlar bilməlidirlər ki, siz öz prinsiplərinizdən geri çəkilməmisiniz və satılmamısınız", - o deyib.

Manija vurğulayıb ki, mahnının mətninə gəldikdə isə, o yumorla yazılıb və rus qadınının həyatından bəzi stereotipləri əks etdirir. 

"Mən özümü havayıdan rus qadını adlandırmıram. Mənim buna haqqım var", - Manija deyib.

Manija Sangin əslən Tacikistandan olan rusiyalı müğənnidir. O, 2020-ci ilin dekabrında BMT-nin qaçqınların işi üzrə xoş məramlı səfiri olub.

Bir müddət əvvəl "Veteranskiye vesti" nəşrinin redaksiyası Rusiya İstintaq Komitəsinə müraciət edib. Redaksiya Manijanın səhnə nömrəsini rus qadınları üçün təhqiramiz və milli birliyi pozan kimi dəyərləndirib. Mahnını Federasiya Şurasında və patriarxatda da tənqid ediblər. Federasiya Şurasının sədri Valentina Matviyenko köməkçilərinə Birinci kanaldan nüfuzlu beynəlxalq müsabiqədə ölkənin təmsilçisinin necə seçildiyini aydınlaşdırmağı tapşırıb.

2020-ci ildə koronavirus pandemiyasına görə təxirə salınmış Avroviziya bu il mayın 18-22-də Niderlandın Rotterdam şəhərinin Ahoy arenasında baş tutacaq.

20
Çəkiliş, arxiv şəkli

Kinostudiya əvvəlki dövrünə qayıdır

9
(Yenilənib 22:14 10.04.2021)
30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq bu baza yenidən qurulub. Eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar var.

BAKI, 10 aprel — Sputnik. Filmlərin bir qismi istehsalda, bir çoxu çəkilişdə, bir hissəsi hazırlıq mərhələsindədir. İnanırıq ki, pandemiya tezliklə həyatımızdan çıxacaq və biz daha kütləvi səhnələri olan filmlərin istehsalı ilə məşğul olacağıq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov deyib.

Əhmədovun sözlərinə görə, "Azərbaycanfilm" ölkənin ən böyük kino istehsalçısıdır və istehsal prosesinin getməyi o deməkdir ki, yüzlərlə insan öz yaradıcılığı ilə məşğuldur. O bildirib ki, 30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq kinostudiyanın texniki bazası yenidən qurulub. Orada eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar mövcuddur.

9
Teqlər:
baza, texniki, avadanlıq, "Azərbaycanfilm" kinostudiyası, kinostudiya
Советский летчик-космонавт, Герой Советского Союза Юрий Алексеевич Гагарин. Репродукция.

Bəşəriyyət tarixinin ən vacib günlərindən biri

0
(Yenilənib 23:53 11.04.2021)
1961-ci il aprelin 12-də sovet kosmonavtı Yuri Qaqarin, “Baykonur” kosmodromundan start götürərək, “Vostok-1” kosmik gəmisində kosmosa ilk uçuşu həyata keçirib.

BAKI, 12 aprel - Sputnik. 12 aprel - Dünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. "Vostok" kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və Rusiyanın Saratov vilayəti ərazisində uğurla yerə enib. Keçmiş SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli Qərarı ilə 12 aprel - Dünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda bu gün bir çox ölkələr tərəfindən qeyd olunur.

Yuri Qaqarin dünyanın bir çox ölkəsinin fəxri vətəndaşıdır. “Vostok” eniş etdikdən sonra Qaqarin dərhal bir anda SSRİ-nin ən məşhur insanı oldu.

Məhz bu uçuşdan sonra kosmosun fəth olunması üzrə 250-dən çox proqram həyata keçirilib, orbitdə 32 ölkədən bir neçə yüz kosmonavt və astronavt olub. Kosmosda hamıdan çox qalan da rusiyalı kosmonavt Sergey Avdeyevdir. O, 747 sutka, 17 saat açıq fəzada olub. Bir uçuşun davamiyyətinə görə isə lider ixtisasca həkim olan Valeri Polyakovdur. O, "Mir" stansiyasında bir ildən çox - 437 sutka 17 saat uçuş keçirib. 

0