Aktrisa Emmanuel Riva

Dünya şöhrətli aktrisa vəfat etdi

67
Onun böyük uğurlara imza atdığı filmlər arasında "Xirosima Sevgilim" xüsusi yer tutur

BAKI, 29 yan — Sputnik. 1959-cu ildə çəkilmiş məşhur "Xirosima Sevgilim" ("Hiroshima Mon Amour") filmindəki Elle rolu ilə tanınan aktrisa Emmanuel Riva 89 yaşında həyatla vidalaşıb. Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Fransanın Vosges bölgəsində 27 aprel 1927-ci ildə doğulan Riva kino həyatına 1950-ci illərdə başlayıb.

Rivanın aktyorluq həyatında böyük uğurlara imza atdığı filmlər arasında "Xirosima Sevgilim" və 2012-ci ildə çəkilmiş "Məhəbbət" ("Amour") filmləri xüsusi yer tutur. Alen Resnaisin rejissorluq etdiyi "Xirosima Sevgilim"-də Riva Yaponiyaya Xirosima ilə bağlı film çəkilişlərinə gələn aktrisa Elle rolu ilə yaddaşlara həkk olundu. Filmdə Rivanın tərəf müqabili yapon memarı rolunu ifa edən Eiji Okada idi.

Məhəbbət, müharibə, əzab və işgəncədən bəhs olunan filmdə, Xirosimanın atom bombası atıldıqdan sonrakı halı təsvir olunur.

67
Teqlər:
Emmanuel Riva, Elle, "Hiroshima Mon Amour", "Xirosima Sevgilim", aktrisa, film
Əlaqədar
Rusiyanın bu ölkədəki səfiri vəfat etdi
Tanınmış aktyor vəfat etdi
İranın keçmiş prezidenti Rəfsəncani vəfat edib
Keçmiş səfir Əliyar Səfərli vəfat edib
Tanınmış jurnalist Namiq İbrahimov vəfat edib
Direktor müavini vəfat edib
Şair İlyas Tapdıq vəfat edib
Bu rayonun polis rəisi vəfat etdi
Fidel Kastro vəfat edib