Mikayıl Müşfiq

Mikayıl Müşfiqin yaradıcılıq gecəsi keçiriləcək

76
(Yenilənib 13:07 26.01.2017)
Gecədə görkəmli şairin şeirləri sənətçilərin ifasında səslənəcək

BAKI, 26 yan — Sputnik. Yanvarın 27-də Yuğ Dövlət Teatrında, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin yaradıcılıq gecəsi keçiriləcək. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

"Söz" Ədəbi Layihəsinin və Yuğ Dövlət Teatrının birgə işi olan gecədə Mikayıl Müşfiqin şeirləri teatrın sənətçilərinin ifasında səslənəcək. Tədbir saat 19.00-da Azərbaycan Dövlət Kukla Teatrının binasında baş tutacaq.

76
Teqlər:
yaradıcılıq gecəsi, Mikayıl Müşfiq, Yuğ Dövlət Teatrı, ədəbiyyat, şeir
Əlaqədar
Şair İlyas Tapdıq vəfat edib
Bakı küləyini özünə təxəllüs etmiş şairimiz
Əsərlərini azərbaycanca yazan erməni şair
Xalq şairinin 110 illik yubileyi İstanbul və Ankarada qeyd olunacaq
Xalq şairinin 90 illik yubileyi qeyd ediləcək
Şairlə müğənninin təhqiri arasındakı fərq
Azərbaycan bayrağı

Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi

3
(Yenilənib 12:02 21.10.2020)
Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir.

BAKI, 21 oktyabr — Sputnik. Son günlər Azərbaycan Ordusunun aparığı uğurlu əməliyyatları nəticəsində Cəbrayıl, Fizuli və Zəngilan şəhərləri və bir sıra kəndlərimizin işğaldan azad olunması xəbəri Azərbaycan xalqı ilə yanaşı, qardaş Türkiyə xalqını da sevindirib. Azərbaycana dəstək məqsədilə Türkiyənin ən məşhur bölgələri Azərbaycan bayrağına bürünüb.

Bundan başqa qardaş ölkənin sənət adamları da ölkəmizə dəstək olublar. Bu dəfə bu axına Türkiyənin məşhur saz ifaçısı, müğənni Əsəd Kabaklı da qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, məşhur ozan Qarabağda davam edən vətən savaşı üçün mahnı ifa edib. Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir. Sözügedən mahnının sözləri İntiqam Yaşar, musiqisi isə Əziz Əlibəyliyə məxsusdur.

3
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Ceyla Seyidova, arxiv şəkli

"Sarı gəlin"dən xəbər var

254
(Yenilənib 11:49 19.10.2020)
Musiqini gənc skripka ifaçısı Ceyla Seyidova səsləndirir, rəqsi isə Nigar Əliyeva ifa edir. "Sarı Gəlin" musiqisinin ilk balet versiyasının klipi "ALOV Club"un "Instagram" səhifəsində yayımlanıb.

BAKI, 19 oktyabr — Sputnik. Ermənilərin uzun illər özününkiləşdirmək istədiyi Azərbaycanın xalq mahnısı "Sarı gəlin" yeni balet versiyasında təqdim olunub.

Посмотреть эту публикацию в Instagram

Публикация от ALOV Club (@alovclub)

Musiqini gənc skripka ifaçısı Ceyla Seyidova səsləndirir, rəqsi isə Nigar Əliyeva ifa edir. "Sarı Gəlin" musiqisinin ilk balet versiyasının klipi "ALOV Club"un "Instagram" səhifəsində yayımlanıb: "Müstəqillik günü münasibətilə xalqımızı təbrik edirik! Ölkə üçün çətin bir zamanda ruhdan düşməməyinizi diləyirik".

https://www.instagram.com/p/CGejOZhjSyT/?utm_source=ig_web_copy_link

254
Əlaqədar
Azərbaycanlı aşıq "Sarı gəlin"i niyə ermənilərlə birlikdə oxuduğuna aydınlıq gətirdi
Bakıda “Sarı gəlin” oxuyan italiyalı əfsanəvi müğənni
Eyfel qülləsində "Sarı gəlin" səsləndirildi
Moldovanın Xalq artistinin ifasında “Sarı Gəlin”
Misirlilər azərbaycanlı qızın ifasında "Sarı gəlin"ə valeh oldu