Loalva Braz

"Lambada"nın əfsanəvi ifaçısı yandırıldı

57
(Yenilənib 20:15 19.01.2017)
90-cı illərin populyar hiti "Lambada"nın ifaçısının Rio-de-Janeyroda meyiti tapılıb

BAKI, 19 yan — Sputnik. 63 yaşlı məşhur Braziliya müğənnisi Loalva Braz Rio-de-Janeyroda ölü tapılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Musika.uol internet informasiya portalı xəbər verib.

Müğənninin cəsədi öz maşınında yanmış şəkildə tapılıb. 1989-cu ildə "Lambada" hitinin ifasından sonra məşhurluq qazanan Loalva Brazın meyiti Rio-de-Janeyrodakı Sakuarema yaşayış məntəqəsində aşkarlanıb.

Hüquq-mühafizə orqanları qətlin versiyaları üzərində işləyirlər. Polisin əldə etdiyi məlumatlara görə, müğənninin evində onun ölümündən bir qədər əvvəl iki naməlum şəxs olub.

Loalva Braz 1953-cü ildə Rio-de-Janeyroda anadan olub. Amma o, əsl şöhrətini Fransaya köçəndən sonra qazanıb. Fransada Fransa-Braziliya pop qrupu olan Kaomanın solisti olub. 1989-cu ildə kollektiv bir çox ölkələrin hit-paradında birinci yerdə duran "Lambada" mahnısını yazıb.

57
Teqlər:
meyit, Fransa, Braziliya, müğənni, ölü, Loalva Braz, 'Lambada'
Əlaqədar
Məşhur müğənni boşanmaqdan imtina etdi
Məşhur müğənni sərvətini itirə bilər
Məşhur müğənni kameralara, görün necə düşdü
Məşhur müğənni infarkt keçirdi
Məşhur müğənni Türkiyəni birdəfəlik tərk edəcək
"Əsl aktrisalar qalır kənarda, müğənniləri filmə çəkirlər"
Əfsanəvi müğənni həyatını itirdi
Əjdər İbrahimov, arxiv şəkli

Azərbaycanda, eləcə dünyanın bir çox ölkələrində çalışan rejissorun anım günüdür

11
(Yenilənib 12:54 20.09.2021)
Əjdər İbrahimov sonralar "Mosfilm"də rejissor kimi öz fəaliyyətini davam etdirir. Onun "Ürək əhvalatları", "Məhəbbətim mənim, kədərim mənim" filmləri rejissorun şöhrətini daha da artırır.

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan kinosu tarixinə adını yazdıran, istedadı, əməyi örnək olan, rejissor işində məktəb yaradan böyük sənətkarlardan biri də Xalq artisti, Azərbaycanın və Türkmənistanın Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, ssenarist və aktyor Əjdər İbrahimovdur.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün Azərbaycan kinosunun inkişafında böyük xidməti olan Əjdər İbrahimovun vəfatından 28 il ötür.

Əjdər İbrahimov Aşqabadda dünyaya göz açıb. 1940-cı ildə Aşqabad Teatr Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil alıb. İkinci Dünya müharibəsinin iştirakçısı olub. 1952-ci ildə yenidən Aşqabada - "Türkmənfilm"ə qayıdıb. Burada "Firuzə", "Xəzərin şərqində" və s. filmlərə quruluş verib. 1954-1959-cu illərdə Bakı kinostudiyasında işləyib.

1954-cü ildə Lətif Səfərovun quruluş verdiyi "Bəxtiyar" və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi "Görüş" filmlərində ikinci rejissor işləyib. Bakı kinostudiyasında quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və "Mosfilm"lə bu studiyanın birgə ekranlaşdırdığı "Bir məhəlləli iki oğlan" filminə İlya Qurinlə birlikdə quruluş verib. 1958-ci ildə "Onun böyük ürəyi" filmini çəkib. Bu filmin ssenarisini yazıçı İmran Qasımov qələmə alıb. Film Sumqayıt haqqında, burada gedən quruculuq işləri barədə idi. Süjetdə Böyük Vətən müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əhatə edilib. Burada rejissor özü də Rəsulov rolunda çəkilib.

Bu filmə tamaşa edən Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarına müraciətlərində rejissorun Vyetnam kinematoqrafiyasının formalaşdırılmasına yardım üçün onların ölkəsinə göndərilməsini xahiş ediblər. Hanoyda açılan kino məktəbinə minlərlə vyetnamlı ərizə vermişdi. O zaman Vyetnamda kino sənəti təzəcə ayaq açmağa başlamışdı. Bir neçə sənədli film çəkilmişdi. Burada ancaq Yaponiya və Fransanın filmləri göstərilirdi.

Ancaq indi Vyetnamın öz kinosu yaradılırdı. Əjdər İbrahimov Vyetnamın əksər rayonlarını gəzib. Bu xalqı, onun adət-ənənələrini öyrənib. Kino məktəbi üçün uşaqlar toplayıb. Təhsildən sonra onların hamısına - Vyetnamın ilk peşəkar kinoaktyor və rejissorlarına diplomlar verilib. Beləliklə, 1959-1962-ci illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. Əjdər İbrahimovun bədii rəhbərliyi ilə "İki əsgər", "Acgöz quş", "Bir payız günündə" filmləri yaradılıb.

Bakıya qayıtdıqdan sonra o, burada "İyirmialtılar" filmini ekranlaşdırıb. Yazıçı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi bu film sovet kinosunun ən qiymətli əsərlərindən hesab olunurdu. Bu film Moskvada keçirilən Ümumittifaq festivalında "Qızıl budaq" mükafatına layiq görülüb. Az sonra Əjdər İbrahimov həmin filmin davamı kimi "Ulduzlar sönmür" tarixi kino əsərini yaradıb. Bu film Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirir.

Ə.İbrahimov sonralar "Mosfilm"də rejissor kimi öz fəaliyyətini davam etdirir. Onun "Ürək əhvalatları", "Məhəbbətim mənim, kədərim mənim" filmləri rejissorun şöhrətini daha da artırır.

Müxtəlif ölkələrdə çalışır, kino sənətinin inkişaf tapmasında əvəzsiz xidmətlər göstərir. Ancaq heç zaman Azərbaycanı, doğma torpağını unutmur.

Rejissor, eyni zamanda, "Vyetnamda gördüklərim", "Günəş ağlayır", "Döyüşən Vyetnamın kino sənəti" və s. kitabların müəllifidir.

Böyük sənətkar 1993-cü il sentyabrın 20-də dünyasını dəyişib.

Allah rəhmət eləsin!

11
 Müğənni Samirə Əfəndi, arxiv şəkli

Samirə Əfəndi ölkəni profilini dəyişir: Türkiyədə parlamaq istəyir

28
"Mtv Azərbaycan" kanalında yayımlanan "10-da görüşək" verilişində qonaq olan məşhur bildirib ki, onun məqsədi aktrisa olmaqdır. Bunun üçün o, Türkiyədə agentliklərə müraciət edəcək.

BAKI, 20 sentyabr — Sputnik. Son dövrlər xarici ölkələrə köçən müğənnilərin sırasına "Avroviziya" mahnı müsabiqəsində ölkəmizi təmsil edən Samirə Əfəndi də qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, o, İstanbula köçəcəyini söyləyib: "Mənim ailəmlə birlikdə çoxdan Türkiyəyə köçmək planım var. Bizim orada evimiz, hər bir şəraitimiz var. Ona görə də ailəmiz ora köçür".

"Mtv Azərbaycan" kanalında yayımlanan "10-da görüşək" verilişində qonaq olan məşhur bildirib ki, onun məqsədi aktrisa olmaqdır. Bunun üçün o, Türkiyədə agentliklərə müraciət edəcək: "Orada məni özləri istəyir. Biri var gedib özün harasa müraciət edəsən, biri də var sənə hər şey edirlər. Deyirlər ki, ayağına hər şeyi səririk. Bütün radio proqramlar, kimlə istəsən duet, verilişlər olacaq. Məqsədim isə aktrisa olmaqdır. Orada agentliklərə müraciət edəcəm".

Müğənni Samirə Əfəndi görünüşündə dəyişiklik edib. Sənətçi saçlarını qısa kəsdirib, onları saraldıb. İfaçı depressiyada olduğu üçün belə addım atması xəbərlərinə son qoyub. Samirə "Qadınlar saç kəsəndə sevgilisindən ayrılıb, depressiyaya düşüb deyirlər. Depressiyadasan?" sualına "Onun üçün bu addımı atmağım çox olar. Depressiyada deyiləm, dəyişikliyi sevirəm" cavabını verib.

Əfəndi "Avroviziya" müsabiqəsində ona sevgi etirafı edən Norveç təmsilçisi "TİX"la (Andres Haukeland) olan münasibətlərinə toxunub:

"Ona Azərbaycanla bağlı o qədər danışmışam ki, bura gəlmək istəyir. Amma bilmirəm, o, gələndə mən Bakıda, yoxsa İstanbulda olacağam. Düşünürəm ki, onunla İstanbulda görüşəcəyik".

Müğənni iddialı açıqlama verib. O bildirib ki, toy yiyələri onu yox, o, toy yiyəsini seçir: "Bizdə belə olur ki, toy yiyəsi müğənnini seçir. Məndə isə belə deyil, mən və mənim komandam toyu seçir. Harada ki, mən özümü rahat hiss edəcəm, mənim mahnılarımı anlayacaqlar, o toya gedirəm".

Qeyd edək ki, Samira Əfəndi "Yeni Ulduz", "Böyük Səhnə" və "Səs Azərbaycan" mahnı müsabiqələrində iştirak edib.

2017-ci ildə Qazaxıstanın Almatı şəhərində keçirilmiş "Silk Way Star" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edib və üçüncü yerə layiq görülüb. Samirə Əfəndi 2019-cu ildə Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən "Nur-Sultanın səsi" festivalının da iştirakçısı olub.

Azərbaycanı "Eurovision 2021"-in finalında "Mata Hari" mahnısı ilə təmsil edən Samira Əfəndi 65 xal toplayıb və 20-ci yerdə qərarlaşıb.

28
Azərbaycan hərbi təyyarələri, arxiv şəkli

Türkiyə Azərbaycan hərbi təyyarələri İstanbul səmasında salamlama uçuşu keçiriblər

0
(Yenilənib 14:57 20.09.2021)
Atatürk Hava Limanından havaya qalxan təyyarələr Yenikapı-Eminönü xətti üzrə İstanbul boğazını keçib və yenidən Atatürk Hava Limanına eniş edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri bu gün saat 11:00-11:30 arası (Bakı vaxtı ilə 12:00-12:30 arası) İstanbul boğazı üzərində salamlama uçuşu həyata keçiriblər.

Sputnik Azərbaycan Türkiyə səfirliyinin Twitter səhifəsinə istinadla xəbər verir ki, uçuşa 15 təyyarə qatılıb.

Uçuşda Türkiyə Hərbi Hava Qüvvələri donanmasından F-16, F-4, Azərbaycan Hərbi Hava Qüvvələrinə aid MİQ-29 təyyarələri iştirak edib.

Atatürk Hava Limanından havaya qalxan təyyarələr Yenikapı-Eminönü xətti üzrə İstanbul boğazını keçib və yenidən Atatürk Hava Limanına eniş edib.

Bu salamlama uçuşu "Teknofest" texnologiya festivalı çərçivəsində baş tutub.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr "Teknofest" texnologiya festivalında iştirak etmək üçün İstanbuldadır.

0