AMEA

"O, sərvətini təkcə bina tikintisinə həsr etməyib"

46
(Yenilənib 16:55 18.01.2017)
Tarix İnstitutunda Ağa Musa Nağıyevə həsr olunmuş kitabın təqdimat mərasimi olub

BAKI, 18 yan — Sputnik. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda, azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevə həsr olunmuş "Zamanın sorağında" (rusca) kitabının təqdimat mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, kitabın müəllifi Ağa Musa Nağıyevin nəvəsi və tədqiqatçısı Dilarə Ağamusa Nağıyevadır. Nəşrin elmi redaktoru isə akademik Arif Həşimovdur.

Təqdimat mərasimini giriş sözü ilə açan Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, Ağa Musa Nağıyev kapitalını ancaq bina tikintisinə deyil, həm də o dövrdə cəhalət girdabında boğulan xalqın maariflənməsinə, onun dünyagörüşünün və ümumi mədəni səviyyəsinin yüksəldilməsi istiqamətinə sərf edib.

Təqdimat mərasimində çıxış edən AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Milli Məclisin deputatları Qənirə Paşayeva, Jalə Əliyeva, Dilarə Cəbrayılova və başqaları Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyətindən söz açıblar.

Dilarə Nağıyevanın “Zamanın sorağında”  kitabı
© Photo : STR
Dilarə Nağıyevanın “Zamanın sorağında” kitabı

Tədbirdə Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənovun "Ağamusa Nağıyev: Azərbaycanın böyük sənayeçisi", Tarix İnstitutunun aparıcı elmi işçisi Sevinc Mustafayevanın "Məşhur xeyriyyəçi Ağamusa Nağıyev" adlı məruzələri dinlənilib. Xatırladaq ki, hazırda Ağa Musa Nağıyevin tikdirdiyi "İsmailiyyə" binasında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir.

46
Teqlər:
Ağa Musa Nağıyev, xeyriyyəçi, milyonçu, AMEA, tarix, neft
Əlaqədar
Bu kənddə hər kəs milyonçudur
Milyonçunun arvadı dilənərək öldü
"Müsəlman taksi sürücüsünün oğlu milyonçu ingilis üzərində qələbə çalırsa..."
Dünyanın milyonçu heyvanları