Şahan Gökbakar- Recep İvedik

Türkiyəli məşhur komediya ustası azərbaycanlılara səsləndi

5173
(Yenilənib 18:08 17.01.2017)
"Boks səhnəsindəki görüntüləri başqa tərəfə çəkməyə çalışmasınlar"

BAKI, 17 yan — Sputnik. Türkiyəli məşhur komediya ustası, aktyor Şahan Gökbakar, "Rəcəb İvedik 5" filminin video-çarxında yer alan və Azərbaycanın təhqir olunduğu iddia edilən boks səhnəsi haqda danışıb. Sputnik-in xəbərinə görə, Instagram hesabından filmin o səhnəsinin geniş hissəsini paylaşan Gökbakar, videonun altına bu cümlələri yazıb: 

"Biz insanları incitmək üçün yox, güldürmək üçün varıq. Bizdə qardaş ölkəyə qarşı səhv hərəkət olmaz. Boks səhnəsindəki görüntüləri başqa tərəfə çəkməyə çalışanlar olmasın deyə, filmdəki o səhnənin daha geniş formasını paylaşıram. Azərbaycandakı sevənlərimizlə qovuşmağa can atıram. Hamınızı sevirəm" — aktyor bildirib.

Qeyd edək ki, "Recep İvedik 5" filminin yayımlanan rəsmi fraqmentində azərbaycanlı rəqibi ilə rinqdə qarşılaşan Recep obrazının işlətdiyi bəzi cümlələr söz-söhbətə səbəb olmuşdu. Buna ilk reaksiyanı da Türkiyənin Giresun Universitetinin azərbaycanlı alimi Aygün Attar göstərmişdi. Attar Şahan Gökbaharın filmdə işlətdiyi ifadənin doğru olmadığını iddia etmişdi.

"Video-çarxda Türkiyə-Azərbaycan əlaqələri adına xoşagəlməz səhnələrə yer verilir. Belə ki, boks yarışmasında Azərbaycanı təmsil edən idmançı ilə Türkiyədən olan rəqibi qarşılaşır. Azərbaycan bayrağını sinəsində daşıyan adam "mən səninlə vuruşmağa gəlmişəm" deyərək yaxasında ay ulduzlu şanlı bayrağımız olan türkiyəli idmançıya nifrətlə baxaraq hücum edir və türk idmançı da (Rəcəb İvedik) "mən də sənin ağzını burnunu qırmağa gəlmişəm" deyərək tam Azərbaycan bayrağının üstünə elə bir yumruq atır ki, Azərbaycan türkü iki metr kənara uçaraq yerə sərilir. Heç kim bu səhnənin sadə bir komediya olduğunu və insanları güldürmək üçün edildiyini izah eləməsin" — deyə Aygün Attar bildirib.

5173
Teqlər:
"Rəcəb İvedik 5", Şahan Gökbakar, qardaş, komediya, Türkiyə, aktyor, Azərbaycan
Əlaqədar
Məşhur komediyanın növbəti bölümü çəkilib
Məşhur komediya ustasının sirri ortaya çıxdı
Düşündürücü komediyalar müəllifi
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

12
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

12
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Astarada həsir toxuyanlar

Qədimdən gələn ənənə: bir həsir, bir Məmmədnəsir olsaq da... - FOTO

23
(Yenilənib 20:42 16.01.2021)
Əvvəllər soyuducu olmayanda insanlar bütün qidalarını həsir zənbildə saxlayırdılar. Zənbil bütün qidaları keyfiyyətini pozmadan saxlaya bilir. İndi isə həsir başqa bir ehtiyaca görə mazata minib

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda bu ildən polietilen torbaların satışı qadağan edilir.

Yenidən dədə-babalarımızın daim istifadə etdiyi, qiyməti ucuz, keyfiyyəti yüksək, qamışdan hazırlanmış həsir zənbillər dəbə düşəcək.

  • Astarada həsir toxuyanlar
    © Sputnik / Irade JELIL
  • Astarada həsir toxuyanlar
    © Sputnik / Irade JELIL
  • Qamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev
    © Sputnik / Irade JELIL
1 / 3
© Sputnik / Irade JELIL
Astarada həsir toxuyanlar

Yadıma gəlir, hələ uşaq olanda Bakı kəndlərində bir çox evlərdə bu zənbillərdən istifadə edilirdi.

Evin kişisi bazarlığa gedəndə zənbili əlinə alıb, yola düşərdi.

Həsir zənbillərin istifadəsinə "Şərikli çörək", "Bizim Cəbiş müəllim" kimi filmlərdə də rast gəlmişik.

Ancaq müasirləşən dünyada həsir zənbillər tarixə qovuşmuşdu. Hamı onun sağlamlıq üçün təhlükəsiz, istifadə üçün uzunömürlü olduğunu belə unutmuşdu.

Həsir zənbillərin müxtəlif formalarından sadəcə dəb üçün istifadə edilirdi.

© Sputnik / Irade JELIL
Qamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev

Azərbaycanda həsir zənbillər cənub bölgəsində, xüsusilə də Astara rayonunda toxunsa da, alıcıları az idi. Düzdür, ABAD bu sənətkralara bacardığı qədər şərait yaratsa da, qeyd etdiyimiz kimi onların işinə o qədər də dəyər verən yox idi.

Sputnik Azərbaycan həsir zənbil toxuyan sənətkarla görüşmək üçün Astara rayonunun Kakalos kəndinə üz tutub.

Qamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev Kakalos kənd Mədəniyyət evində metodist vəzifəsində çalışır. Bakıdan gələcəyimizi bilib, havanın yağışlı olmasına baxmayaraq, bizi həyətdə gözləyən, mehriban, səmimi, ürəkləri sözlə dolu olan sənətkarlarla görüşüb, işləri ilə tanış oluruq.

İlk həmsöhbətimiz, Kakalos kəndinin canlı tarixi Fərbiyə Şabanova olur (onun haqqında digər yazıda ətraflı danışacağıq). F.Şabanova bizə kəndin tarixindən danışır. Tarix muzeyi ilə, gördüyü işlərlə tanış edir.

© Sputnik / Irade JELIL
Həsir

Həsir və zənbillərin ustası Rüfət Rzayev isə bizə bu sənət haqqında məlumat verir. Onun sözlərinə görə, müasir dünya həsir zənbilləri qəbul etməsə də, bu sənətlə də maraqlananlar az olmayıb.

R.Rzayev özü 1995-ci ildən bu işlə məşğul olur. Deyir ki, iş çətin olsa da, gətirdiyi gəlir o qədər də çox olmur:

"Əvvəllər soyuducu olmayanda insanlar bütün qidalarını zənbildə saxlayırdılar. Yəni zənbillər bütün qidaları keyfiyyətini pozmadan saxlaya bilir. Zənbillər qamışdan hörülür. Qamış isə iki cür olur. Onlar "lığ" və "püzə" adlanır. Əsasən onları may ayında toplayırıq. Sonra quruduruq və həsir, zənbil, asılqan, süfrə, ayaqaltı və s. hörürük".

R.Rzayevin sözlərinə görə, zənbillər ölçülərinə görə müxtəlif qiymətlərə satılır. Kiçik ölçülü zənbillər 3, böyüklər isə 10-15 manata satılır.

Həsir zənbil ustası deyir ki, cənub bölgəsi qış aylarında nəmişlik, rütubət olduğu üçün xüsusi qamışdan hazırlanmış həsir döşəməyə salınır. Bu isə rütubətin qarşısını alır.

"Zənbil keşidən toxunur. Televizora baxa-baxa keşini toxuyuram. 5-6 metr hazırlayıram. Sonra zənbili toxumaq asan olur. Məsələn, bir balaca zənbili bir saata toxuya bilirəm. Böyük zənbillər isə bir günə hazır olur", - deyən R Rzayev bildirir ki, gənclər qamış toxuculuğuna maraq göstərirlər, amma qazanclı olmadığı üçün çoxu bu işlə məşğul olmur.

© Sputnik / Irade JELIL
Qamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev

Ustanın sözlərinə görə, həsir palazların toxunması bir qədər çox zaman alır. Məsələn 1,5 metrlik həsirlər 2-3 günə başa gəlir və müxtəlif qiymətlərə satılır.

Rüfət Rzayev, demək olar ki, bu sənətin ustadıdır. O, mədəniyyət evində təkcə həsirçiliklə məşğul olmur, bəzən tamaşalarda da rol alır. Dediyinə görə, onun tamaşaları əsasən talış dilində olur və bu tamaşalara talışlar çox maraqla baxırlar.

Ömrünün 68-ci ilini yaşayan Rüfət Rzayev bundan sonra yaşayacağı həyatı öz sənətinə həsr edəcəyini deyir.

23
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət