Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

185 illik "Sevgi şərbəti"

© Sputnik / Murad OrujovAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı vokalçı Azərbaycan səhnəsində çıxış edəcək

BAKI, 12 yan — Sputnik. Yanvarın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qaetano Donisettinin "Sevgi şərbəti" operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, dünya opera sənətinin ən dəyərli nümunələrindən biri olan "Sevgi şərbəti" operasının ilk tamaşası 1832-ci ildə Milanda baş tutub və 185 ildir ki, bu opera dünyanın ən qabaqcıl teatrlarının repertuarını bəzəyir.

Vaqif Səmədoğlunun “Generalın son əmri” tamaşası - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
“Generalın son əmri” tamaşası oynanılıb

2013-cü ildə bu opera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulub. Həmin vaxtdan repertuara daxil edilən opera yanvarın 21-də növbəti dəfə səhnələşdiriləcək.

Tamaşada əsas rollarda teatrın aparıcı solistləri — Azərbaycanın əməkdar artistləri Fərid Əliyev (Nemorino), İnarə Babayeva (Adina), Səbinə Əsədova (Janetta), Cahangir Qurbanov (Belkore) və Sankt-Peterburqun Mixaylovski adına Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yuri Monçak (Dulkamara) iştirak edəcəklər.

Qeyd edək ki, tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyevdir.

Xəbər lenti
0