KVN

"Anar Məmmədxanov həyatda olsaydı, bunlar baş verməzdi..."

2166
(Yenilənib 15:35 12.01.2017)
Aleksandr Maslyakovun beynəlxalq iştirakçıların siyahısına Qarabağın "Duz çörəklə" komandasını daxil etməsi hər kəs üçün gözlənilməz olub

BAKI, 12 yan — Sputnik. Yanvarın 10-da Soçidə "KiVin-2017" 28-ci beynəlxalq ŞHK festivalı start götürüb. Burada müxtəlif ölkələrdən komandalar iştirak edir, Azərbaycan isə "Bakı yığması" komandası ilə təmsil olunacaq.

Nyu-Yorkda İrving Plaza konsert salonunda naməlum şəxs insanlara atəş açıb
© Photo : Louis Lanzano for The New York Times

Bizim komanda artıq uzun illərdir ŞHK-da çıxış edir və bu günlərdə onun Kreml sarayında keçirilən yubiley konsertində uğurlu çıxışı olub. Heyət üzvlərinin gənc olmasına baxmayaraq, yığma hər dəfə Azərbaycanı yüksək səviyyədə təmsil edir və bir çox komandaları üstələyir. Dünən komandamız daha bir ləyaqətli çıxışa imza atmaq üçün Soçiyə yola düşüb.

Amma erməni mediasının verdiyi məlumata görə, ŞHK Beynəlxalq İttifaqının prezidenti Aleksandr Maslyakov festivala daha bir komandanı — Qarabağdan olan "Duz çörəklə" komandasını dəvət edib. Bu, bizim ölkəmiz üçün gözlənilməz dönüş olub.

Sputnik bu məlumatı dəqiqləşdirmək üçün "AMiK" Televiziya Yaradıcılıq Birliyinə müraciət edib. Təəssüf ki, birlikdən kimsə bu məsələni şərh etməyib, sadəcə bildiriblər ki, əgər Qarabağ komandasının adı iştirakçılar siyahısında varsa, deməli o komanda festivalda iştirak edəcək. ŞHK-nın rəsmi portalında yayımlanan siyahıda isə sözügedən komandanın adı qeyd olunub. 

Aydındır ki, ŞHK çərçivəsində keçirilən istənilən tədbir ilk növbədə növbəti mədəniyyət tədbirdir və çox kədərlidir ki, bəzən ona siyasət də qarışdırılır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Azərbaycanın işğal olunmuş əraziləri hesabına qondarma "DQR" yaradılıb ki, onu da heç bir beynəlxalq təşkilat, heç bir ölkə, hətta Ermənistanın özü belə rəsmən tanımayıb. "DQR" komandasının festivala dəvət olunması Azərbaycan cəmiyyətində ciddi əks-reaksiyaya səbəb olub. Qarabağdan olan komandanın bu festivalda iştirakı nə dərəcədə düzgündür, bizim komanda və əlaqədar orqanlar bu fakta necə reaksiya verəcək?

Təəssüf ki, Sputnik-in müraciət etdiyi həm komandamızın özü, həm də Milli Məclisin deputatları bu informasiyanı şərh etməkdən imtina ediblər. AR Mədəniyyət və Turizm Nazirliyinin (MTN) mətbuat xidməti isə bildirib ki, onlara bu barədə heç nə məlum deyil. Nazirlik bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət etməyi məsləhət görüb. XİN-in mətbuat xidmətindən isə bizə bildiriblər ki, onlar bu məsələ ilə məşğul olmurlar və xahiş ediblər ki, biz MTN-ə müraciət edək.

Yalnız əfsanəvi "Bakılı oğlanlar" ŞHK-nın parlaq iştirakçılarından biri, əməkdar artist Tahir İmanov bu məsələ ilə bağlı öz vətəndaş mövqeyini ifadə edib. "Siz necə düşünürsüz, Qarabağdan olan bir adam bu məsələ ilə bağlı nə deyə bilər? Əlbəttə ki mən onların festivalda çıxışının əleyhinəyəm. Mən bizim Prezidentimiz İlham Əliyevin separatçı rejimlə bağlı siyasətini birmənalı şəkildə dəstəkləyirəm. Bu, bütün beynəlxalq konvensiyaların kobudcasına pozulmasıdır" — deyə İmanov bildirib.

İmanov hesab edir ki, "Bakı yığması" komandası Soçi festivalında öz etirazını bildirməlidir. O, belə situasiyalarda "Bakılı oğlanlar" komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun yoxluğunun xüsusilə hiss edildiyini deyir: "Əgər o yaşasaydı, bu, baş verməyəcəkdi. Çünki Anar Məmmədxanov təkcə bizim ölkəmizdə deyil, bütün beynəlxalq ŞHK məkanında böyük avtoritet idi".

İmanov hesab edir ki, bu məsələ ilə bağlı bütün strukturlar öz mövqeyini bildirməlidir: "Onlar danışmağa və etiraz bildirməyə məhkumdurlar və turnirdən sonra verilən bütün bəyanatlar "toydan sonra nağara" effektində olacaq".

"Düşünürəm ki, məsul orqanların nümayəndələri bu sözün mahiyyətini gözəl başa düşürlər. Əgər bu məsələni başlı-başına buraxsalar, gün gələcək, "Duz çörəklə" komandası azərbaycanlı ŞHK-çıları "öz evində" "sahib" rolunda qəbul edəcək" — deyə İmanov bildirib.

2166
Teqlər:
Tahir İmanov, "KiVin-2017", ŞHK, Soçi, Bakı, yığma, komanda
Əlaqədar
Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçirilib
Bakı metrosunda canlı konsert
Bakıda gözlənilən konsert baş tutdu
Xalq artisti: "SSRİ-də doğulmuşlar" adlı konsert proqramına ilk dəfədir qatılıram
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

5
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

5
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı
İbrahim Tatlısəs, arxiv şəkli

Tatlısəsin qızı ona cərimə yazan polisləri təhqir etdi

14
(Yenilənib 22:46 27.11.2020)
Müğənniyə 3 min 150 lirə dəyərində pul cəzası təyin edilib. Bundan sonra Dilan polis əməkdaşlarına qarşı müqavimət göstərib

BAKI, 27 noyabr — Sputnik. İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak Tatlısəs karantin qaydasını pozub.

Sputnik Azərbaycan xəbər verir ki, gənc ifaçı koronavirus səbəbi ilə ölkədə tətbiq edilən qaydalara əməl etməyib.

Bazar günü evdən çıxmağa icazə olmadığı halda, Dilan şəhərdə görüntülənib. Şişli ərazisində olan ifaçı polislər tərəfindən saxlanılıb.

Müğənniyə 3150 lirə dəyərində pul cəzası təyin edilib. Bundan sonra Dilan polis əməkdaşlarına qarşı müqavimət göstərib.

Sənətçi haqqında polisə müqavimət göstərdiyi, təhqir etdiyi və yoluxucu xəstəliklər üçün görülən tədbirlərə qarşı çıxdığı üçün istintaq başladılıb.

Qeyd edək ki, Tatlısəsin qızı aprel ayında koronavirusa yoluxmuşdu. O, bir müddət öncə də karantin qaydalarını pozduğuna görə cəzalandırılmışdı.

14
Teqlər:
İbrahim Tatlısəs, karantin, Türkiyə, Koronavirus, epidemiya, COVID-19
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

0
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

0
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi