Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Onu qatarın altına atdılar

Abunə olmaq
Bu qatar o qədər böyük idi ki, nəhəng sənət ocağı, əzəmətli teatr binası "taxtabiti" yuvası kimi göründü

BAKI, 6 yan — Sputnik. Bir neçə gün əvvəl bir səs yazısı yayımlanmışdı. Bu, Akademik Milli Dram Teatrının rəhbəri Azər Paşa Nemətovun səsi idi və bu xırıltılı səs qırıq-qırıq, kəkələyərək, aydın olmayan bir nitqlə deyirdi: "Məni cənab Prezident bura qoymasaydı, bu taxtabiti yuvasında nə gəzirdim?"

Zeynəb Xanlarova, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Zeynəb Xanlarova haqqında...

Teatra deyir. Aktyor üçün, rejissor üçün məbəd olan, bütün zamanlarda və bütün məkanlarda öz aliliyini, müqəddəsliyini qoruyub saxlayan sənət ocağına deyir. Həm də bunu deyən ixtisasca rejissordur. Üstəlik, universitetdə müəllim işləyir. Ən acınacaqlısı isə odur ki, hal-hazırda teatrın rəhbəri vəzifəsinə təyin olunub.

Maraqlı bir nüans var ki, Azər Paşa Nemətov həmin səsyazmada onu vəzifəyə Prezidentin təyin etdiyini deyir. Amma teatrlara direktorları mədəniyyət və turizm naziri təyin etməlidir. Azər Paşa Nemətovun direktor təyin olunması ilə bağlı xəbərlərdə də onun Əbülfəs Qarayevin əmri ilə Akademik Milli Dram Teatrına direktor təyin olunduğu yazılıb.

Bəzi yazıçılar öz qəhrəmanlarının talelərini yaşayırlar. Öz yaratdığı obrazın taleyini yaşayan aktyorlar, aktrisalar da var. Bu yaxınlarda öyrəndim ki, bəzi teatrlar da öz tamaşalarının taleyini yaşaya bilirmiş. Necə ki, Akademik Milli Dram Teatrı özünün ən mükəmməl sənət nümunəsi olan "Qatarın altına atılan qadın" tamaşasındakı faciəni yaşadı.

Müəllifi Afaq Məsud, rejissoru Mehriban Ələkbərzadə olan, Kəmalə Müzəffər və Cəfər Namiq Kamalın fövqəladə ifası ilə əsl sənət məhsuluna çevrilən bu tamaşada, Gültəkin Sarabskaya adlı aktrisanın və Xasay Niyazoviç adlı yazıçının taleyindən söhbət gedir. Onların taleyinin fonunda Azərbaycanın teatr və ədəbiyyat mühiti, bu iki mühüm yaradıcılıq sahəsinin hansı vəziyyətə salınması ustalıqla göstərilir.

Xalq artisti Nuriyyə Əhmədova, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Onlar niyə xoşbəxt ola bilmədilər?

"Qatarın altına atılan qadın" tamaşası artıq repertuarda yoxdur. Əlbəttə, teatrın faciəsini, teatr hegemonlarının özbaşnalıqlarını, pərdəarxası çirkinlikləri çılpaqlığı ilə göstərdiyinə görə belə bir tamaşanı repertuarda uzun müddət saxlamaq həmin hegemonlara sərf etməzdi. Ona görə də Azər Paşa Nemətov teatra bədii rəhbər və baş rejissor təyin olunduğu zaman ilk işi bu tamaşanı repertuardan çıxarmaq oldu.

Təkcə "Qatarın altına atılan qadın" tamaşasını deyil, Mehriban Ələkbərzadənin quruluşunda kifayət qədər uğur qazanan "Qatil" tamaşasını da repertuardan sildi. Yəqin ki, Mehriban xanıma qarşı qərəzini, kinini bu yolla göstərməyə çalışdı. Çünki Azər Paşa Nemətovun bütün tamaşaları birlikdə Mehriban Ələkbərzadənin bircə tamaşası qədər uğurlu ola bilməyib. Nə "Boy çiçəyi", nə "Ölülər", nə də başqaları…

"Qatarın altına atılan qadın" tamaşasındakı aktrisa intihar etdi. O, sənətsiz, səhnəsiz yaşaya bilmədi və ədalətsizliklərlə bacarmadı. Amma Akademik Milli Dram Teatrını zorla qatarın altına atdılar. Özü də Azər Paşa Nemətov boyda bir qatarın. İki kürəyinin ortasından vurub onu dəmir relslərin üstünə uzatdılar. Azər Paşa Nemətov da bir qatar kimi əzdi, tapdaladı, sındırdı, çilik-çilik etdi gözəlim teatrı.

Bu qatar teatrın ən gözəl məhsullarını məhv etdi, ən yaxşı aktyorlarını, aktrisalarını, rejissorlarını əzdi. Bu qatar Fuad Poladov kimi nəhəngin teatrdan getməsinə səbəb oldu. Bu qatar o qədər böyük idi ki, Akademik Milli Dram Teatrı kimi nəhəng sənət ocağı, əzəmətli teatr binası ona "taxtabiti" yuvası kimi göründü.

Kim bilir?! Bəlkə də Azər Paşa Nemətov sənədlər üzərindəki saxta möhürlü vəzifəsini deyil, ürəklərdə gizlənən həqiqi vəzifəsini icra etməyə çalışır. Bəlkə də onu məhz teatrı əzmək, məhv etmək üçün ora direktor təyin ediblər. Axı hər şey göz önündədir.

Xəbər lenti
0