Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur rejissor "Oğru" ilə birlikdə qayıtdı

© Photo : Sumqayıt Dövlət Dram TeatrıSumqayıt Dövlət Dram Teatrında, fransız yazıçısı Marsel Berkye-Marinyenin "Oğru" əsəri əsasında tamaşa
Sumqayıt Dövlət Dram Teatrında, fransız yazıçısı Marsel Berkye-Marinyenin Oğru əsəri əsasında tamaşa - Sputnik Azərbaycan
Abunə olmaq
Rövşən Almuradlı, beş illik fasilədən sonra, yenidən teatr səhnəsinə qayıtmaqla bir ilkə imza atır

BAKI, 21 dek — Sputnik. Sumqayıt Dövlət Dram Teatrında, fransız yazıçısı Marsel Berkye-Marinyenin "Oğru" əsəri əsasında, rejissor Rövşən Almuradlının eyniadlı tamaşasının premyerası keçirilib. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, əsərdə əməkdar artist İzaməddin Bağırov, aktyorlardan Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Füzuli Qərənizadə, Vəfa Qurbanova, İlahə Səfərova rol alıblar.

Fuad Poladov, Şah Qacar obrazında - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Şah Qacar" nümayiş olundu

Tamaşada kasıb bir fransız ailəsinə xas olan klassik üçlük — ər, arvad və onun sevgilisi arasındakı münasibət öz əksini tapıb. Komediya janrında olan səhnə əsərinin süjetində, bütün tarix boyu mütəfəkkirlər tərəfindən cavabı axtarılan əsl məhəbbətin qiyməti ön plana çəkilir. Gərgin yaşanan dramatik hadisələrin fonunda sevgi və pul dilemması müzakirəyə qoyulur.

Qeyd edək ki, çağdaş Azərbaycan teatrı və kinosunun görkəmli rejissorlarından biri olan Rövşən Almuradlı, beş illik fasilədən sonra, yenidən teatr səhnəsinə qayıtmaqla bir ilkə imza atır. Bundan öncə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ünlü rejissorun quruluşunda alman drammaturqu Fridrix Dürremantın "Yaşlı xanımın gəlişi" tamaşası teatrsevərlərin ciddi marağına səbəb olub.

Xəbər lenti
0