“CinemaPlus” kinoteatrı

Məşhur triller Azərbaycan dilinə dublyaj olundu

94
(Yenilənib 18:08 16.12.2016)
2016-cı ildə "Cinemazadeh" studiyası tərəfindən dublyaj olunan "Qonşu" filmi kriminal triller janrındadır

BAKI, 16 dek — Sputnik. "CinemaPlus" premium kinoteatrlar şəbəkəsi, Azərbaycan dilinə dublyaj olunan beşinci filminin nümayişinə başlayıb. 2016-cı ildə "Cinemazadeh" studiyası tərəfindən dublyaj olunan "Qonşu" filmi kriminal triller janrındadır.

Dublyajın baş redaktoru Xətai Əli, produser Tural Əsədov, səs rejissoru Orxan Həsənli, masterinq Azad Vəliyev, Post-prodakşn supervayzer Vüqar İslamzadədir. Filmin səsləndirilməsində iştirak ediblər: Oleq Əmirbəyov, Rövşən Məmmədli, Nəzakət Məmmədli, Gülnarə Zülalova, Səid Nizami, Kamal Yaşar və Xətai Əli.

Kriminal trillerin rejissoru Markus Danstendir. Baş rollarda Coş Stuart, Melissa Bolona və Aleksandra Essou oynayır.

94
Teqlər:
"Qonşu", "CinemaPlus", dublyaj, kino, film
Əlaqədar
Kinoteatrların dublyaj problemi həllini tapmır
“Fitnə” sənədli filminin təqdimatı keçirildi
Əsrimizin 100 ən möhtəşəm filmi
Bakıda türk filmlər həftəsi başlayır
"Əsl aktrisalar qalır kənarda, müğənniləri filmə çəkirlər"