Xəyali gözəllik filmindən kadr

Qızının ölümü onun həyatını alt-üst etdi

117
Park Cinema-da "Xəyali gözəllik" filminin qapalı nümayişi keçirilib

Təranə Xudabaxşıyeva, Sputnik Azərbaycan

BAKI, 15 dek — Sputnik. Park Cinema həmişə olduğu kimi, kinomanları sevindirməyə davam edir. 2016-cı ilin son ayında kinosevərləri çoxlu sayda parlaq premyeralarla sevindirməkdə davam edir.

Onlardan biri də, premyerası dekabrın 13-də Park Cinema-da baş tutmuş "Xəyali gözəllik" filmidir. Qapalı nümayişdə media nümayəndələri, bloqqerlər və özəl şirkətlərin nümayəndələri iştirak ediblər. Sputnik-in əməkdaşlarının da iştirak etdiyi film, hər kəs tərəfindən maraqla qarşılanıb.

Xəyali gözəllik filminin premyerası
© Photo : Park Cinema-nın mətbuat xidməti
"Xəyali gözəllik" filminin premyerası

Filmin mərkəzindəki fiqur — Nyu-Yorkun ən böyük reklam şirkətlərindən birinin direktoru Hovard İnletdir. Qız övladının qəfil ölümü ilə həyatı dəyişən şirkət müdiri, daha həyatın gözəlliyini yaşamır və depressiyaya düşür. Hovard həyatın ona qarşı niyə görə bu qədər amansız olduğunu anlamır və Məhəbbətə, Zamana və Ölümə suallar ünvanlandığı məktublar yazmağa başlayır.

Hovardın dostları və həmkarları onun çəkdiyi iztirabları görməyə daha dözə bilmir və keçmişi unudub yenidən ayaqları üzərində möhkəm dayanmasına kömək etmək üçün qeyri-adi plan düşünürlər. Bunun sonunda nəyin baş verəcəyini heç kəs ağlına belə, gətirmirdi.

Sputnik Azərbaycanın əməkdaşları filmin təqdimat mərasimində
© Photo : Park Cinema-nın mətbuat xidməti
Sputnik Azərbaycanın əməkdaşları filmin təqdimat mərasimində

Dostları 3 aktyora pul verərək, onun yanına Ölüm, Zaman və Sevgi kimi göndərirlər. Bu da baş qəhrəmana təsir edir və həyatını dəyişir. Məhz Ölüm, Zaman və Sevginin onun məktublarına verdiyi cavablar sayəsində baş qəhrəman öz həyat yolunu seçir.

Xatırladaq ki, film ekranlara dekabrın 15-də çıxacaq.

117
Teqlər:
"Xəyali gözəllik", zaman, Park Cinema, sevgi, ölüm, qız, kino, film, ata
Əlaqədar
“Fitnə” sənədli filminin təqdimatı keçirildi
Əsrimizin 100 ən möhtəşəm filmi
Bakıda türk filmlər həftəsi başlayır
UNEC-də dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” filmi nümayiş olunub
"Əsl aktrisalar qalır kənarda, müğənniləri filmə çəkirlər"
Bu filmi qaçırmayın
Aktyor Taleh Yüzbəyov, arxiv şəkli

"Əri döymüş gəlini, bir yandan da it qapdı" - Yüzbəyovdan yeni film

27
(Yenilənib 20:51 28.11.2020)
Yüzbəyovun çəkdiyi "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Taleh Yüzbəyov yeni filmini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor senaristi və rejissoru olduğu filmi "Youtube" hesabında paylaşıb. Film ailə-məişət mövzusundadır. "Karantin balladası" adlanan film karantin dövründə insanların yaşadığı maddi və mənəvi çətinliklərdən bəhs edir. Yüzbəyov film barədə özünün "Facebook" hesabında bunları deyib:

"Bu videonun senarisini mayda yazıb, karantinə görə ancaq avqustda çəkə bildik. Sentyabrın 28-i paylaşmaq istəyirdik ki, müharibə başladı. İkinci korona dalğasında gecikmiş video olsa da paylaşmaq istədik".

Qeyd edək ki, "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

27
Film çəkilişi, arxiv şəkli

Doqquz il qabaq "Yoluxma" filminin çəkilişləri zamanı pandemiya barədə proqnoz verilib

16
(Yenilənib 20:47 28.11.2020)
"2020-ci ilin əvvəllərində Çində baş verənlər barədə informasiyalar ortaya çıxanda və virus yayılmağa başlayanda bunun nə olduğunu anladım. Təəssüf ki, çox təəccüblənmədim".

BAKI, 28 noyabr — Sputnik. Britaniyalı aktyor Cud Lou "Contagion" ("Yoluxma") filmi üzərində işləyərkən ekspertlərin filmdəkinə bənzər pandemiyanın qaçılmaz olduğu barədə xəbərdarlıq etdiklərini açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi bu barədə THR-ə verdiyi müsahibəsində bildirib: "Bunun belə olacağını hiss edirdik. Senarist Skott Berns və rejissor Stiven Soderberg avtoritar elm adamları ilə işləyirdilər. Onlar bunun tez və ya gec baş verəcəyinə bizi əmin edirdilər. Məsələ bunun sadəcə nə vaxt baş verəcəyində idi".

Onun sözlərinə görə, ekspertlər mümkün pandemiya ilə bağlı vəziyyəti həqiqətə çox yaxın şəkildə izah ediblər.

"Bunu mütəxəssisdən öyrənmək qorxuncdur, ancaq qəbul etməyə hazır olursan".

Lou həmçinin bildirib ki, film onu bərk qorxudub, lakin vaxt keçdikdən sonra (film 2011-ci ildə çəkilib) sakitləşib.

"2020-ci ilin əvvəllərində Çində baş verənlər barədə informasiyalar ortaya çıxanda və virus yayılmağa başlayanda bunun nə olduğunu anladım. Təəssüf ki, çox təəccüblənmədim", - deyə aktyor əlavə edib.

Qeyd edək ki, bəşəriyyətin ölümcül virusla mübarizəsindən bəhs edən filmdə o, baş rollardan birini – bloger Alan Krumvyedanı oynayıb.

Filmdə həmçinin Mett Deymon, Keyt Uinslet, Lourens Fişbern, Marion Kotiyar, Qvinet Peltrou və digər aktyorlar iştirak ediblər.

16

"Qafqazın Xirosiması" - fransız kanalı Ağdamı belə adlandırdı

0
(Yenilənib 21:43 28.11.2020)
“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir" - France-24.

BAKI, 28 noyabr - Sputnik. “France-24” kanalı işğaldan azad edilmiş Ağdam rayonu haqqında reportaj yayımlayıb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd edilir ki, bununla da Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını geri qaytarmış olacaq.

Kanalın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan hazırladıqları reportajda deyilir:

“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Buranın sakinləri köç etmək məcburiyyətində qaldı. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər”.

Reportajda Ağdam sakini Zülfü Qasımovun bu fikirlərinə də yer verilir: “Belə bir şəhəri bu günə salmaq olarmı? Bu evləri belə dağıtmaq olarmı? Siz bu evlərin keçmişini görsəydiniz bilərdiniz ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda olub. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki qalmaqları mümkün deyildi. Ona görə də əllərinə düşən hər şeyi dağıdıblar”.

Reportajda qeyd edilir ki, bərpa işlərindən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən azad edilmiş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları bu istiqamətdə işə başlayıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyir ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib.

Reportajda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 10 milyardlarla dollar həcmində dəyərləndirdiyi və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcəyi diqqətə çatdırılır.

0
Teqlər:
Xirosima faciəsi, Xirosima, Qafqaz, ANAMA, Ağdam şəhəri, Ağdam