Akademik Milli Dram Teatrı, arxiv şəkli

"Azdrama"nın sərəncamçı direktoru işdən çıxarılıb

41
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bununla bağlı müvafiq əmr imzalayıb

BAKI, 12 dek — Sputnik. Akademik Milli Dram Teatrının (AMDR) sərəncamçı direktoru Natiq Gülməmmədov vəzifəsindən azad olunub. Mədəniyyət və Turizm Naziliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bununla bağlı müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə N. Gülməmmədov A. Şaiq adına Dövlət Kukla Teatrına direktor müavini təyin olunub. Şöbədən bildiriblər ki, bu, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələri daxilində aparılan müvafiq kadr dəyişikliklərindən biridir.

41
Teqlər:
direktor, Natiq Gülməmmədov, sərəncamçı direktor, Akademik Milli Dram Teatrı, nazir
Əlaqədar
Milli Dram Teatrda "Xəcalət"
Milli Dram Teatrda “Sənətkarın taleyi” tamaşası nümayiş olunub
Dram Teatrında “Boy çiçəyi” nümayiş olundu
Dram Teatrının qazını kəsdilər
Milli Dram Teatrda “Generalın son əmri” tamaşası nümayiş olundu
Sami Yusuf, arxiv çəkli

Azərbaycan əsilli müğənnidən növbəti dəstək

34
(Yenilənib 22:40 27.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna növbəti dəfə dəstəyini ifadə edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib.

Qeyd edək ki, Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar dəfələrlə Azərbaycan Ordusuna dəstəyini ifadə edib: "Davamlı uğurlarınız, firavanlığınız və torpağınızın və suverenliyinizin qorunması üçün dua edirəm".

34
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Biz Qarabağda oyanmaq istəyirik - VİDEO
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"
Eldar Qasımov, arxiv şəkli

Biz Qarabağda oyanmaq istəyirik - VİDEO

25
(Yenilənib 22:02 27.10.2020)
"Mən Qarabağda oyanmaq istəyirəm" adlı mahnının bəstəkarı Vaqif Yaqubov, söz müəllifi Leyla Nəsibli, aranjmançısı isə Osman Həmidovdur

BAKI, 27 oktyabr — Sputnik. Eldar Qasımov Şuşaya həsr olunmuş mahnısını təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycana Avroviziya qalibiyyəti bəxş edən müğənni Eldar Qasımov Şuşaya həsr olunmuş yeni mahnısını təqdim edib. Rus dilində olan mahnı "Mən Qarabağda oyanmaq istəyirəm" adlanır və vətənpərvərlik mövzusundadır.

Mahnının bəstəkarı Vaqif Yaqubov, söz müəllifi Leyla Nəsibli, aranjmançısı isə Osman Həmidovdur. Mahnı qısa zamanda sosial şəbəkələrdə paylaşılıb.

 

25
Teqlər:
mahnı, Eldar Qasımov, Şuşa şəhəri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Daha bir rəzalət - Sərdar Ortacı şəhid Azərbaycan əsgəri kimi təqdim etdilər
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi

38
(Yenilənib 23:55 27.10.2020)
"Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"

BAKI, 27 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki heabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

38
Teqlər:
Atəşkəsin pozulması, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı