Rəssam İlqar İsmayılov tələbələri ilə

Azərbaycanlı sürrealist: "Salvador Dalinin vurğunuyam"

178
(Yenilənib 16:21 13.12.2016)
XX əsr mədəniyyətinin avanqard cərəyanını — sürrealizmi yaşadan adam

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 8 dek — Sputnik. Təsviri incəsənətin 3 əsas növü qədim daş dövründə meydana çıxıb. İspaniyada məşhur Altamira mağarasındakı öküz və maral təsvirləri qədim rəngkarlığın ilkin nümunələri arasındadır. Ural dağlarında, Kap mağarasında tapılan heyvan təsvirlər isə paleolit dövrünün həm rəngkarlığını, həm də qrafikasını nümayiş etdirir. 

Salvador Dali
© Photo : eskipaper.com

Mərkəzi Avropada tapılan paleolit dövrünün heykəlcikləri, ilk növbədə qadın surətləri ilə diqqəti cəlb edirdi. Bu heykəlcikləri bəzən "Paleolit veneraları" da adlandırırlar.

Təsviri incəsənətin digər növü olan heykəltəraşlıq üç — monumental, dəzgah və kiçik forma heykəltəraşlığına bölünür. Monumental heykəltəraşlıq — əksər hallarda açıq havada nümayiş olunur. Dəzgah heykəltəraşlıq — adından da bəlli olduğu kimi, emalatxanada, dəzgahda hazırlanır.

Təsviri incəsənətin digər növləri isə rəngkarlıq və qrafikadır. Qrafika — monoxrom (təkrəngli) və ya ploxrom (çoxrəngli) ola bilir. Qrafikada əsas olan — bədii-texniki istiqamət və ya qravüra işidir. Rəssam özü və ya onunla çalışan nəqqaş-rəssam ilkin təsviri, nüsxələrinin çoxalması üçün qravüraya çevirir. Yəni təsvirin əksini bərk materialın səthinə köçürür. Bəzi mütəxəssislər isə sürrealizm mövzusunda çəkilən rəsm əsərlərini də qrafika sənətinə aid edirlər.

İlqar İsmayılov Lənkəran Şəhər 4 saylı Humanitar Kollecdə rəssamlıq dərnəyində dərs deyir
© Sputnik / Rahim Murad
İlqar İsmayılov Lənkəran Şəhər 4 saylı Humanitar Kollecdə rəssamlıq dərnəyində dərs deyir

Sürrealizm

Sürrealizm XX əsr mədəniyyətində avanqard cərəyandır. Bu cərəyan 1924-1940-cı illərdə Avropa avanqardının sonuncusudur və simvolizm, ekspressionizm və dadaizmın təsiri altında təşəkkül tapıb. Artıq 1920-ci ildən başlayaraq sürrealistlərlə əlaqə yaradan ispan rəssam Ruan Miro gözlənilməz formalar və rənglərdən istifadə edib. Sürrealizm cərəyanının tanınmış nümayəndələrindən olan Salvador Dalinin şəkillərində isə, əriyib axan saatlar, gövdəsində siyirtmələr daşıyan insanlar, boşluqda uçan əşyalar təsvir olunur.

Azərbaycanlı sürrealist rəssam

Sürrealizm cərəyanının davamçısı və Salvador Dalinin əsərlərinin vurğunu olan insanlar günümüzdə də var. Həm də Azərbaycanda…

Rəssamlıq dərnəyində uşaqlar İlqar İsmayılovdan rəssamlığın sirlərini öyrənirlər
© Sputnik / Rahim Murad
Rəssamlıq dərnəyində uşaqlar İlqar İsmayılovdan rəssamlığın sirlərini öyrənirlər

O, Lənkəran Şəhər 4 saylı Humanitar Kollecdə rəssamlıq dərnəyində dərs deyir. İsmayılov İlqar Sənan oğlu 1960-cı ildə Lənkəranda anadan olub və rəssamlığa uşaq vaxtından meyllənib.

"Artıq 5 yaşım olanda cızma-qaralar etməyə başlamışdım. 12-13 yaşlarında isə rəssamlıq dərnəyinə getməyə başladım və ilk rəssamlıq biliklərinə yiyələndim. Mənim rəssamlıq üzrə ilk müəllimim Nadir müəllim olub. Zaman keçdikcə Nadir müəllim bəzi məktəb işlərini mənə həvalə etməyə başladı", — deyir rəssam.

O, rəssam olmaq həvəsi ilə, Azərbaycan Pedaqoji İnstitutunun Bədii qrafika fakültəsinə daxil olur: "Ali təhsil aldığım müddətdə Bakıda keçirilən gənc rəssamların bir sıra sərgilərində iştirak etdim. Oxuduğum müddətdə memarlıq, heykəltəraşlıq, qrafika və rəngkarlıq sənətinə də yiyələndim. Diplom işimi isə Lənkəran qadınlarına ithaf etdim".

"Dalinin əsərlərinin vurğunuyam"

İ. İsmayılov təhsilini başa vurduqdan sonra Lənkəran şəhər məktəblərinin birində rəsm və rəsmxətt müəllimi işləməyə başlayır: "Sonra isə həm rəssamlıq, həm də memarlıq üzrə tələbələr hazırlamağa başladım. 1996-cı ildə Göyçayda keçirilən arxitektura üzrə Respublika yarışmasında, 300 yarış iştirakçısı arasında 2 tələbəmdən biri 1-ci, digəri isə 2-ci yerə sahib oldu".

Ehtiram Məhərrəmov
© Sputnik / Orxan Bahadırsoy

"Çəkdiyim rəsm əsərləri, təkcə kağız üzərində deyil, eləcə də kətan və boşqablar üzərində də çəkirəm. Boşqablar üzərində şəkilləri sifariş əsasında çəkirəm. Əsas işim isə qrafikadır. Qrafikanın vurğunuyam. Əsərlərimdə ən çox batal, əsatir və tarixi janrlara üstünlük verirəm. Salvador Dalinin əsərlərinin vurğunuyam ona görə də sürrealizm daha çox üstünlük verirəm. Mən rəsm əsərlərimi çəkə-çəkə ilham alıram. Rəsmi çəkməyə başlayanda ideya özü beynimdə canlanır və çəkdikcə mövzular artır", — rəssam danışır.

O, rəsm əsərlərinin neçə günə başa gəldiyini və onların qiymətlərini də bizimlə bölüşdü: "Ay ərzində 1-2 sifarişim olur. Qrafik rəsmlər həcmindən asılı olaraq 7-15 günə, yağlı boya ilə çəkdiyim əsərlərdə də həcminə görə 10-25 günə başa gəlir. Qrafik əsərlərin qiyməti, böyük və kiçikliyindən asılı olaraq 50-150, rəngkarlıq əsərlərinin qiymətləri isə 100-300 manatdır".

İlqar İsmayılovun əsərləri
© Sputnik / Rahim Murad
İlqar İsmayılov: "Qrafik rəsmlər həcmindən asılı olaraq 7-15 günə, yağlı boya ilə çəkdiyim əsərlərdə də həcminə görə 10-25 günə başa gəlir"

Qeyd edək ki, İlqar İsmayılov Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür və Lənkəran Şəhəri 4 saylı Humanitar Məktəb-liseydə direktor müavini işləyir. Habelə, hazırda 20-ə yaxın tələbəyə rəssamlıqdan dərs keçir.

© Sputnik / Rahim Murad
Azərbaycanlı sürrealist rəssam

178
Teqlər:
İlqar İsmayılov, qrafika, rəngkarlıq, heykəltəraşlıq, sürrealizm, təsviri incəsənət, Salvador Dali, əsər, rəsm, rəssam, Lənkəran
Əlaqədar
Bakı neftçilərini dünyaya tanıdan rəssam
Azərbaycanlı rəssam ipəkdən olan ilk "Qurani-Kərim" hazırlayıb
Azərbaycanlı rəssamın 7 min dollara satdığı əsər Yaponiyada "partlayış" etdi
Boya almağa pul tapmayan rəssam bir ilkə imza atdı
Mənfilik aşıladığı üçün qara rəngdən imtina edən rəssam
Tanınmış rəssamın oğlu azadlığa buraxıldı
Heyrətamiz gənc rəssam: sağlamlığına qovuşmaq istəmir
Məktub, arxiv şəkli

UNESCO-ya müraciət etmiş rusiyalı mədəniyyət xadimlərinə məktub göndərilib

18
(Yenilənib 20:24 02.12.2020)
UNESCO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb

BAKI, 2 dekabr — Sputnik. Məlum olduğu kimi, Rusiya Federasiyasının bir qrup mədəniyyət xadimi Qarabağda yerləşən xristian irsinin qorunmasına və bu irsin UNESCO-nun Dünya irsi siyahısına salınmasına köməklik göstərilməsi ilə bağlı UNESCO-ya müraciət edib.

Dağlıq Qarabağda və ətraf rayonlarda erməni işğalı zamanı çoxsaylı müsəlman irsi abidələrinin dağıdılmasına baxmayaraq, müraciətdə yalnız xristian irsi haqqında bəhs edilməsi, eləcə də Azərbaycan ərazisindəki bütün tarixi, mədəni, dini irsin heç bir ayrı-seçkilik qoyulmadan dövlət tərəfindən qorunması və hökumətin bu məsələyə çox ciddi yanaşması nəzərə alınmayaraq, müraciətin birbaşa UNESCO-ya ünvanlanması onun qərəzli və məqsədli şəkildə hazırlandığını və ölkəmizə qarşı qarayaxma kampaniyasının bir hissəsi olduğunu göstərir.

Sputnik Azərbaycan xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov tərəfindən müraciəti imzalayan mədəniyyət xadimlərinə məktub göndərilib.

Məktubda öncə Ermənistan tərəfindən uzun müddət işğal altında saxlanılmış Azərbaycan ərazilərində mədəni irsimizin dağıdılması, əksər hallarda həm müsəlman, həm də xristian irsinin məhv edilməsi haqqında məlumatlar əks olunub. Eyni zamanda Azərbaycanın müxtəlif şəhərlərində yerləşən həm dini (müsəlman, xristian, yəhudi), həm də mədəni irsin dövlət tərəfindən qorunması ilə bağlı faktlar diqqətə çatdırılıb.

Bundan əlavə, rusiyalı mədəniyyət xadimlərinə qeyd etdikləri narahatçılıqla bağlı Azərbaycan Hökumətinə deyil, birbaşa UNESCO-ya müraciət ünvanlamalarına görə irad bildirilib və onlara erməni təbliğatının qurbanı olmamaq tövsiyə edilib.

Məktubun sonunda müraciəti imzalamış mədəniyyət xadimləri işğaldan azad olunmuş ərazilərdə 30 ilə yaxın davam etmiş dağıdıcılıq və talançılığın nəticələrini, həmçinin ölkəmizdə mədəni irsə necə qayğı göstərildiyini görmək üçün Azərbaycana dəvət olunublar.

Qeyd etmək lazımdır ki, UNESCO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb.

18
Teqlər:
irs, mədəniyyət xadimləri, Rusiya, Dağlıq Qarabağ, UNESCO
Qərənfil

İranın məşhur aktyoru vəfat edib

15
(Yenilənib 12:54 02.12.2020)
İranlı aktyor 98 yaşında dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, Əli Əsgər ürək tutmasından həyatını itirib.

BAKI, 2 dekabr — Sputnik. İranlı aktyor Əli Əsgər Şahbazi vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, Əli Şahbazi İranın "Oskar" qazanan "Ayrılıq" filmindəki Nadir obrazı ilə tamaşaçıların böyük rəğbətini qazanmışdı.

Ə.Əsgər Şahbazi 1922-ci ildə Tehranda anadan olub. Karyerası boyunca bir çox ekran işində rol alıb. Məşhurlaşdığı "Ayrılıq" filmi orta sinif cütlüyünün ayrılmasından bəhs edir, 2011-ci ildə lentə alınıb. Əsgər Ferhadinin rejissorluğu ilə çəkilən film bütün dünyada səs-küy yaratdı və film festivallarında onlarla mükafat qazandı. Şahbazi 61-ci Berlin Beynəlxalq Film Festivalında "ən yaxşı aktyor" nominantlarına verilən "Gümüş Ayı" mükafatını qazanıb.

15
Teqlər:
Oskar, İran, vəfat, aktyor
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan gələn həftə Bakıya gəlir Hərbi paradda iştirak edəcək

25
(Yenilənib 12:35 03.12.2020)
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb.

BAKI, 3 dekabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Azərbaycana səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə mənbə bildirib.

Türkiyə Prezidentinin dekabrın 10-u Bakıda baş tutacaq hərbi paradda iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılır və tam atəşkəs elan olunur.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

25