Baku Fashion Weekin 5-ci sezonu keçiriləcək

"Baku Fashion Week"in 5-ci sezonu keçiriləcək

26
(Yenilənib 13:25 18.11.2016)
24-27 noyabr tarixlərində "Jumeirah" otelində ən unudulmaz dəbli şousu - Bakı Moda Həftəsinin beşinci mövsümü baş tutacaq

BAKI, 18 noy — Sputnik. Bu şou ildə 2 dəfə keçirilir və öz meydanına dəb dünyasının ən parlaq ulduzlarını toplayır. Bu sezonun açılışını brend uşaq dizayneri Bechique-in mono-göstərisi edəcək. Şou xüsusi nağıl aləmli atmosferi və əlbəttə, gözəl uşaq obrazları ilə yadda qalacaq.

Daha sonra, noyabrın 25-dən başlayaraq, bağlanış gününə — ayın 27-nə qədər, bir çox ölkələrin aparıcı dizaynerlərinin (məsələn, Gürcüstan, Türkiyə, Kanada, Ukrayna, Özbəkistan və digərlər ölkələrdən olanların) göstəriş marafonları başlayacaq. Göstəriş marafonunun ilk günü ən məşhur gürcü dizayneri Avtandil ilə başlayıb, daha sonra Azərbaycan brendi Naditin zərif və parlaq kolleksiyası ilə davam edəcək.

Daha sonra, unikal konsepti ilə "Project by Natavan Gallery" — yeni azərbaycanlı moda evi (hansı ki gənc istedadlara dəstək verir və onlara öz işlərini professional meydana çıxarmağa imkan yaradır) göstərişə qoşulacaq. Ardınca isə, şou gürcü mənşəli azərbaycanlı dizayner — Amina Jəfər ilə davam edəcək və məhdud libasların kolleksiyasının göstərişi baş tutacaq. İlk günün bağlanışını türkiyəli dizayner Lulu by Rananın göstərişi edəcək.

  • Baku Fashion Weekin 5-ci sezonu keçiriləcək
    "Baku Fashion Week"in 5-ci sezonu keçiriləcək
    © Photo : BFW
  • Baku Fashion Weekin 5-ci sezonu keçiriləcək
    "Baku Fashion Week"in 5-ci sezonu keçiriləcək
    © Photo : BFW
  • Baku Fashion Weekin 5-ci sezonu keçiriləcək
    "Baku Fashion Week"in 5-ci sezonu keçiriləcək
    © Photo : BFW
  • Baku Fashion Weekin 5-ci sezonu keçiriləcək
    "Baku Fashion Week"in 5-ci sezonu keçiriləcək
    © Photo : BFW
1 / 4
© Photo : BFW
"Baku Fashion Week"in 5-ci sezonu keçiriləcək

İkinci göstəriş günü azərbaycanlı dizayner Xokumı Hacıyevin oyuncaq kolleksiyası və Levata Group-un zərgərlik evi ilə başlayacaq. Daha sonra Zinet-i-Zishan-ın unikal bəzək kolleksiyası nümayiş olunacaq.

Daha sonra göstəriş aparıcı türkiyəli dizayner Selma Çilek-in kolleksiyası ilə davam edəcək. Gecənin apofiozu Family Look-dan bütün ailə üzvləri üçün rahat kolleksiya olacaq. Göstəriş gecəsini Ukrayna dizaynerləri Kriza və Couture de Fleur bağlayacaq.

Üçüncü, göstərişin yekun günü Özbəkistanın aparıcı dizaynerlərinin "Sharq Libosları" etiketləri altında yığma göstərişi ilə başlayacaq. Daha sonra türkiyəli moda evinin — "The Black Dress"in kolleksıyasının nümayişi olacaq.

Azərbaycanın dəb göstərişləri çərçivəsində ilk olaraq, podiumda yüksək səviyyəli hicab kolleksiyası "Jannat" markası tərəfindən nümayiş olunacaq. Marafonun üçüncü gününü Moskvanın brendi "Sol Atelier" davam etdirəcək. Dəb Həftəsinin təmtəraqlı bağlanışını azərbaycanlı brend "De Camie" edəcək.

Qeyd edək ki, Sputnik Azərbaycan informasiya agentliyi "Baku Fashion Week"in informasiya partnyorudur.

26
Teqlər:
şou, dəb, moda, brend, Bakı
Əlaqədar
Bakı moda həftəsi mövsümün trendlərini təqdim edir
Dəb həvəskarları, üzərində əl yazıları olan idman ayaqqabıları Bakıdadır
Dünyanın ən gözəl və dəblə geyinən birinci xanımlarından biri

Əfsanə, rahat yat: Ennio Marikonenin xatirəsinə həsr olunur

20
(Yenilənib 12:59 06.07.2020)
  •  Ennio Morrikone, arxiv şəkli
  • Ennio Morrikone, arxiv şəkli
Ecazkar, insanın qəlbini ilk notlarından valeh edən musiqilərin müəllifi Ennio Marikoneni dünya heç zaman unutmayacaq. Rahat uyu, əfsanə. Sənin musiqin daim yaşayacaq...

İtaliyalı bəstəkar və dirijor, dünyaca məşhur Ennio Marikone bu gün, 91 yaşında dünyasını dəyişib. Bəstəkar bir neçə gün öncə yıxılıb və bud sümüyünü sındırıb. Romada klinikaya yerləşdirilən bəstəkarın vəziyyəti sonradan pisləşib.

Qeyd edək ki, Ennio Morrikone 10 noyabr 1928-ci ildə Romada, peşəkar caz trubaçalan Mario Morrikone və evdar xanim Libera Ridolfinin ailəsində anadan olmuşdur.

Ailədə 5 uşaqdan böyüyü o idi. Morrikone 9 yaşı olanda Romada Müqəddəs Çeçiliya konservatoriyasına daxil olmuşdu. Bu konservatoriyada o, ümumilikdə 11 il təhsil almış və 3 diploma yiyələnmişdi - 1946-cı ildə truba sinfi üzrə,1952-ci ildə orkestr (fanfar) sinfi üzrə və 1953-cü ildə isə bəstəkarlıq sinfi üzrə.

Morrikonenin 16 yaşı olduqda, o, əvvəl atasının ifa etdiyi, Alberto Flamininin ansamblında ikinci truba yerini aldı. Ennio ansamblla birlikdə pul qazanmaq üçün Romanın gecə klublarında və otellərində ifa edirdi. Bir il sonra Morrikone teatra düzəldi.

Burada o, bir il musiqiçi kimi, daha sonra üç il bəstəkar kimi fəaliyyət göstərdi. 1950-ci ildə o, radio üçün tanınmış bəstəkarların mahnılarını aranjman etməyə başladı. Radio və konsertlər üçün musiqi düzəlişləri ilə Morrikone 1960-cı ilə qədər məşğul oldu, bundan sonra teleşoular üçün musiqi aranjman etməyə başladı.

O, altı dəfə "Oskar" mükafatına namizəd olub, 2007-ci ildə isə kinematoqrafa verdiyi töhfələrə görə bu mükafata yiyələnib.

Sputnik Azərbaycan dahi Ennio Marikoneni müxtəlif illərdə çəkilmiş şəkilləri ilə yad edir.

20
  • © Sputnik / Ekaterina Chesnokova

    İtaliyalı bəstəkar və dirijor, dünyaca məşhur Ennio Marikone

  • © AFP 2020 / Tiziana Fabi

    İtaliyalı bəstəkar və dirijor, dünyaca məşhur Ennio Marikone

  • © AFP 2020 / Gabriel Bouys

    İtaliyalı bəstəkar və dirijor, dünyaca məşhur Ennio Marikone

  • İtaliyalı bəstəkar və dirijor, dünyaca məşhur Ennio Marikone

  • © AFP 2020 / Patrick Kovarik

    İtaliyalı bəstəkar və dirijor, dünyaca məşhur Ennio Marikone

  • © AFP 2020 / Ralph Gatti

    İtaliyalı bəstəkar və dirijor, dünyaca məşhur Ennio Marikone

  • © AP Photo / Remy de la Mauviniere

    İtaliyalı bəstəkar və dirijor, dünyaca məşhur Ennio Marikone

  • © AFP 2020 / Giulio Napolitano

    İtaliyalı bəstəkar və dirijor, dünyaca məşhur Ennio Marikone

  • © AFP 2020 / Alberto E. Rodriguez/Getty Images

    İtaliyalı bəstəkar və dirijor, dünyaca məşhur Ennio Marikone

  • © AP Photo / Gregorio Borgia

    İtaliyalı bəstəkar və dirijor, dünyaca məşhur Ennio Marikone

  •  Ennio Morrikone, arxiv şəkli
    © AP Photo / Michael Sohn

    İtaliyalı bəstəkar və dirijor, dünyaca məşhur Ennio Marikone

  • Ennio Morrikone, arxiv şəkli
    © AFP 2020 / HEIKKI SAUKKOMAA

    İtaliyalı bəstəkar və dirijor, dünyaca məşhur Ennio Marikone

KT analizi, arxiv şəkli

Bəhram Bağırzadədən xəbər var - bugünkü rentgen müayinəsi ümidvericidir

12
(Yenilənib 12:48 06.07.2020)
"Hazırda ilk plana ikincili bakterial infeksiya qoşulması ilə mübarizə çıxır" - həkim Bəxtiyar Musayev

BAKI, 6 iyul — Sputnik. “Bəhram Bağırzadənin vəziiyyəti ağır olaraq qalır”.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib. O qeyd edib ki, xəstənin tənəffüsü süni ventilyasiya aparatı vasitəsilədir:

“Huşu aydın, bədən hərarəti isə normadadır. Bu gün aparılan rentgen müayinəsi zamanı ağciyərlərin vəziyyətində əhəmiyyətli dərəcədə yaxşılaşma qeyd edilib.

Hazırda ilk plana ikincili bakterial infeksiya qoşulması ilə mübarizə çıxır. Bununla bağlı müvafiq təyinatla dəyişikliklər aparılıb”, - deyə B.Musayev bildirib.

12
Teqlər:
Bəhram Bağırzadə, Koronavirus, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Bəhram Bağırzadə komadan ayıldı
Bəhram Bağırzadə əslində haradadır? - Səs yazısını şərh etdilər
Bəhram Bağırzadənin ciyərləri dəyişdiriləcək?
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

0
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

0