Səməd Vurğun

Xalq şairinin 110 illik yubileyi İstanbul Ankarada qeyd olunacaq

27
(Yenilənib 14:48 11.11.2016)
Yubiley tədbirləri çərçivəsində kitab və foto sərgi, beynəlxalq elmi konfrans və şairin şeirlərindən ibarət bədii hissə keçiriləcək

BAKI, 11 noy — Sputnik. Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə, xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə, Türkiyənin İstanbul və Ankara şəhərlərində yubiley tədbirləri keçiriləcək. Nazirliyin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yubiley tədbirləri çərçivəsində kitab və foto sərgi, Beynəlxalq elmi konfrans və şairin şeirlərindən ibarət bədii hissə keçiriləcək.

Noyabr ayının 14-də saat 12.00-da İstanbulda 36-cı İstanbul Beynəlxalq Kitab sərgi yarmarkasında Azərbaycan ekspozisiyasının önündə Xalq şairi, görkəmli ictimai xadim Səməd Vurğunun 110 illik yubileyi ilə bağlı tədbir, (ünvan: TÜYAP Fuar ve Kongre Merkezi Cumhuriyet Mahallesi Eski Hadımköy Yolu Cad. No:9/1 34500 Büyükçekmece / İstanbul, Türkiye), noyabr ayının 15-də saat 15.00-da Ankarada TÜRKSOY-un iqamətgahında Beynəlxalq elmi konfrans, kitab sərgisi və Milli Kitabxnanın nəşri olan "S.Vurğun. Biblioqrafiya" kitabının təqdimatı (ünvan: Ferit Recai Ertuğrul Caddesi No: 8 Or-An ANKARA/TÜRKİYE), noyabr ayının 17-də saat 11.00-da Türkiyə Milli Kitabxanasında kitab və foto sərgi və biblioqrafiyanın təqdimat mərasimi keçiriləcəkdir (ünvan: Bahçelievler Son Durak 06490 Çankaya/Ankara).

27
Teqlər:
Ankara, İstanbul, tədbir, yubiley, Səməd Vurğun, xalq şairi
Əlaqədar
Xalq yazıçısının həyat yoldaşı vəfat etdi
Xalq artisti: "SSRİ-də doğulmuşlar" adlı konsert proqramına ilk dəfədir qatılıram
"Səməd Vurğun ədəbiyyat-xalq birliyinin bayraqdarına çevrilib"
"Türkiyə xalqı Ərdoğanın ətrafında sıx birləşərək böyük qəhrəmanlıq göstərdi"
"Xalq Prezidentə dəstəyini nümayiş etdirdi"
Xalq şairinin 90 illik yubileyi qeyd ediləcək
Azərbaycan və Türkiyə bayraqları olan tablo, arxiv şəkli

Ankara Opera Balet Teatrında ölkəmizə dəstək məqsədilə bədii proqram təqdim ediləcək

6
(Yenilənib 23:33 23.11.2020)
Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

BAKI, 23 noyabr — Sputnik. Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədilə zəngin bədii proqram təqdim ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Anadolu Mədəniyyətlərin araşdırılması və inkişafı dərnəyi tərəfindən birgə təşkil olunacaq.

Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

6
Teqlər:
dəstək, proqram, teatr
Dilarə Kazımova, arxiv şəkli

"Avroviziya" mahnı müsabiqəsinin iştirakçısından "Azərbaycanım" - VİDEO

15
Bir neçə həftə öncə ermənilərin şikayəti nəticəsində "Youtube" kanalı bağlanan ifaçı buna məhəl qoymayaraq sosial mediada yeni işini paylaşıb.

BAKI, 23 noyabr — Sputnik. Müğənni Dilarə Kazımova vətənimizin qələbə qazanması münasibətilə yeni mahnısı "Azərbaycanım"ı təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, bir neçə həftə öncə ermənilərin şikayəti nəticəsində "Youtube" kanalı bağlanan ifaçı buna məhəl qoymayaraq yeni işini özünün "Instagram" səhifəsində paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от D I L A R A (@dilarakazimova)

Musiqisi Faiq Sücəddinov, sözləri Baba Vəziroğluya aid olan iş barədə Dilarə fikirlərini belə ifadə edib: "İnformasiya cəbhəsində vuruşanda eyni zamanda mahnı ilə dəstək olmaq istəyirdim. Öz töhfəmi musiqi ilə, səsimlə vermək niyyətində idim. Faiq Sücəddinov zəng etdi ki, sənin səsinə uyğun mahnı var. Mən çox bəyəndim. Bu mahnının sözləri çox gözəldir, inam və ümid verəndir. İşğaldan azad olunmuş torpaqlara həyatın, baharın gəlməsini tərənnüm edir. Stimul verir. Həmin torpaqların əvvəlki halından daha gözəl olacağından bəhs edir".

D.Kazımova mahnı üçün kamera qarşısına da keçib. O, Gülnarə Xəlilovanın "Xalçaların dili" kolleksiyasından libas geyinib.

Qeyd edək ki, mahnının aranjmanı Camal Qurbanov, miks və soundu isə Samir Əsədova məxsusdur.

15
Teqlər:
müsabiqə, Dilarə Kazımova, qələbə, mahnı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Kafe restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

0
(Yenilənib 23:47 23.11.2020)
İctimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

BAKI, 24 noyabr - Sputnik. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

Məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməlidir. Eyni zamanda məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.

0