Kukla Teatrı

Kukla Teatrından balaca tamaşaçılara müjdə

59
"Cadugər və gözəl" adlı tamaşa nümayiş olunacaq

BAKI, 7 noy — Sputnik. Azərbaycan Dövlət Kukla Teatrı (ADKT) balaca tamaşaçılarını sevindirməkdə davam edir. Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova Sputnik-ə bildirib ki, 8 noyabr saat 18:00-da ADKT-də növbəti premyera baş tutacaq.

"Oyuq" teatr studiyasının təqdim edəcəyi "Cadugər və gözəl" adlı tamaşa 9 noyabr — Dövlət Bayrağı günü münasibət ilə nümayiş olunacaq. Həmidə Rüstəmova onu da qeyd edib ki, premyera zamanı açıq qapı olacaq və hər kəs bilet almadan tamaşanı izləyə bilər.

59
Teqlər:
"Cadugər və gözəl", teatr, tamaşaçı, tamaşa, ADKT, Azərbaycan Dövlət Kukla Teatrı
Əlaqədar
“Generalın son əmri” tamaşası oynanılıb
"Aktyor seriala çəkilsin deyə, biz tamaşanı təxirə sala bilmərik"
"Bu tamaşanı Şuşada oynayacağıq"
Yeni tamaşa gəlir
Milli Dram Teatrda “Sənətkarın taleyi” tamaşası nümayiş olunub
Xaç, arxiv şəkli

"Xristian irsimizi tanıyaq" - Müqəddəs Məryəm ana katolik kilsəsi - VİDEO

15
(Yenilənib 11:43 22.01.2021)
Bolşeviklər tərəfindən uçurulan Müqəddəs Məryəm ana kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb.

BAKI, 22 yanvar — Sputnik. Müqəddəs Məryəm ana katolik kilsəsi Bakıda 1912-ci ildə neft maqnatları – Rılskilər ailəsi tərəfindən ("Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi" kostyolu - polyak katolik kilsəsi, memarı İ.K.Ploşko) inşa edilib. Bolşeviklər tərəfindən uçurulan Müqəddəs Məryəm ana kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb. 7 mart 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Vatikanın dövlət katibi kardinal Tarçizio Bertone kilsənin rəsmi açılış mərasimində iştirak ediblər.

Sputnik Azərbaycan Mədəniyyət Nazirliyinə istinadən "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Müqəddəs Məryəm ana katolik kilsəsi haqqında qısa videoçarxı təqdim edir.

15
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müharibədə şəhid olmuş yaralanmış mədəniyyət işçilərinin ailələrinə yardım göstərilib

7
(Yenilənib 11:25 22.01.2021)
Müharibədə 10 nəfər mədəniyyət işçisi yaralanıb, ümumilikdə 162 nəfər mədəniyyət işçisinin yaxın qohumu şəhid olub.

BAKI, 22 yanvar — Sputnik. Vətən müharibəsi zamanı mədəniyyət müəssisələrində çalışan insanlar da könüllü ordu sıralarına yazılıb və onlardan 65 nəfəri səfərbərliyə cəlb olunub.

Sputnik Azərbaycan xəbər verir ki, tarixi zəfərlə başa çatan müharibədə 8 nəfər mədəniyyət işçisi şəhidlik zirvəsinə ucalıb. Müharibədə 10 nəfər mədəniyyət işçisi yaralanıb, ümumilikdə 162 nəfər mədəniyyət işçisinin yaxın qohumu şəhid olub. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış mədəniyyət işçilərinin ailələrinə Mədəniyyət Nazirliyi və nazirliyin Həmkarlar İttifaqı tərəfindən maddi yardım göstərilib.

Şəhid ailələri və qazilərə qayğı bundan sonra da diqqətdə saxlanılacaq, bu istiqamətdə nazirlik tərəfindən layihə və tədbirlər həyata keçiriləcək.

7
Teqlər:
mədəniyyət xadimləri, müharibə, Qarabağ
Qaz sayğacı, arxiv şəkli

Qaz sayğacları niyə çox yazır? Konkret cavab üçün yeni qərar verdilər

0
(Yenilənib 15:40 22.01.2021)
Şikayət olunan Almaniya istehsalı 200 ədəd sayğac Bakı şəhərində quraşdırılıb. İlkin partiya olaraq 30 min ədəd belə sayğac da "Azəriqaz"a təhvil verilib

BAKI, 22 yanvar — Sputnik. "Smart tipli qaz sayğaclarının mexaniki sayğaclara dəyişdirilməsi zamanı qaz sərfiyyatının çox olması ilə bağlı ictimaiyyətdə, mətbuatda məlumatlar yayılıb. Biz belə qərara gəldik ki, bütün müraciət edən abonentlərin qaz sayğacları araşdırılsın. Bütün yazılı şəkildə müraciət edən abonentlərin sayğacları araşdırılacaq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayım zamanı bildirib. R.Əliyev həmçinin bildirib ki, əvvəldən ödənişli smart sayğaclar ləğv olunmayıb: "Daha müasir smart sayğacların alışını hazırda da həyata keçiririk. Hazırda Almaniya istehsalı 200 ədəd sayğac Bakı şəhərində quraşdırılıb. İlkin partiya olaraq 30 min ədəd belə sayğac bizə təhvil verilib. Abonentlər müraciət edərsə, 10 iş günü müddətinə əvvəldən ödənişli sayğacla əvəzləyərik".

0