Bəhram Osmanov

Azərbaycanlı rejissor beynəlxalq festivalın münsifi olacaq

13
Bəhram Osmanov "Avrasiyanın ürəyi - Qazaxıstan" Mərkəzi Asiya ölkələrinin VI Beynəlxalq Teatr Festivalına dəvət alıb

BAKI, 20 okt — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (GTT) baş rejissoru beynəlxalq festivalda münsif olacaq. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, baş rejissor, Azərbaycan və Kalmıkiya respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov "Avrasiyanın ürəyi — Qazaxıstan" Mərkəzi Asiya ölkələrinin VI Beynəlxalq Teatr Festivalına dəvət alıb. Baş rejissor sözügedən festivalda münsiflər heyətinin üzvü kürsüsündə əyləşəcək.

Qeyd edək ki, oktyabr ayının 23-dən 28-dək davam edəcək festivala dəvət Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi tərəfindən gəlib. Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə həyata keçiriləcək festival Taldıkorqan şəhərində baş tutacaq.

Xatırladaq ki, festival Azərbaycan və Qazaxıstan mədəni və teatr əlaqələrinin genişləndirilməsi istiqamətində də mühüm əhəmiyyət kəsb edir.

13
Teqlər:
Bəhram Osmanov, münsif, rejissor, festival, GTT, Gənc Tamaşaçılar Teatrı
Əlaqədar
Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək
Azərbaycan Kazanda keçirilən müsəlman kino festivalında təmsil olunur
Motoşou və ya Xəzər sahilində bayker festivalı
Tayvandakı festivalda Azərbaycan günü keçirilib
Qəbələdə VIII Beynəlxaq Musiqi Festivalının açılışı oldu