Rəşad Əhmədzadə

Aprel döyüşlərinə həsr olunmuş klip təqdim olundu

48
(Yenilənib 13:35 20.10.2016)
Klip özündə 2016-cı ilin aprel döyüşlərini, Lələtəpə zəfərini əks etdirir

BAKI, 20 okt — Sputnik. Rəngarəng repertuar və fərqli layihələrlə tamaşaçıların diqqət mərkəzində olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir tədbirini reallaşdırıb. Sputnik xəbər verir ki, oktyabrın 19-da teatrın nəzdindəki "Oyuq" teatr-studiyasının fəallarının ifasında, hərbi vətənpərvərlik mövzusunda "Ordumuzun igidləri" adlı mahnıya çəkilmiş klipin təqdimatı olub. Studiyanın fəallarının ifa etdiyi mahnının sözləri Cəmilə Allahverdiyevaya, musiqisi Gövhər Həsənzadəyə aiddir.

Teatrın 85 illik yubileyi çərçivəsində reallaşan bu layihə ilk təşəbbüs olmasından əlavə, həm də vacib məqamı — uşaqların hərbi vətənpərvərlik ruhunda yetişdirilməsini önə çəkir. Təqdimat mərasimində çıxış edən teatrın direktoru Rəşad Əhmədzadə, klipin ideyasının da məhz bu amala xidmət etdiyini vurğulayıb.

O, mütəmadi tamaşalar hazırlayan, tədbirlər təşkil edən teatrın bu layihəsinin respublika teatrları arasında ilk təşəbbüs olmasından məmnunluğunu diqə gətirib. Çıxışında bu maraqlı və məsuliyyətli işin öhdəsinə götürən hər kəsə minnətdarlığını bildirib.

Mərasimdə çıxış edən "Oyuq" teatr-studiyasının uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva və mahnının söz müəllifi Cəmilə Allahverdiyeva belə bir mövzuda ilk təşəbbüsü onların teatr studiyasının həyata keçirməsindən qürur duyduqlarını deyiblər.

Daha sonra, özündə 2016-cı ilin aprel döyüşlərini, Lələtəpə zəfərini əks etdirən yüksək vətənpərvərlik ruhlu klip təqdim edilib. Klipin nümayişindən sonra "Oyuq" teatr-studiyasının fəalları Nuray Rəhman, Vüsalə Bəkirzadə, Selcan Müseyibova, Aylin Nəcəfli, Aysu Cəbrayılova, Miryaqub Seyidov və Razim Məmmədlinin ifalarında rəngarəng konsert proqramı təqdim olunub. Təqdimat mərasimində Qarabağ əlliləri, şəhid ailələri və hərbçilər də iştirak ediblər.

48
Teqlər:
"Ordumuzun igidləri", "Oyuq" teatr-studiyası, Rəşad Əhmədzadə, təqdimat, Kukla Teatrı, 2-5 aprel döyüşləri, klip
Əlaqədar
Azərbaycanlı skripkaçıya Beynəlxalq Müsabiqənin Qran-Pri mükafatı təqdim olunub
Mehriban Əliyevanın təqdim etdiyi amnistiya layihəsinin detalları açıqlandı
Milli qəhrəmanların əmanətləri ailələrinə təqdim olundu
Bakı moda həftəsi mövsümün trendlərini təqdim edir
“Xarı bülbül”ün təqdimatı keçirildi
"Min bir gecə" müzikl-tamaşasının təqdimatı olacaq