Azərbaycanın Əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə teatr mükafatının qalibi olub

Azərbaycanlı aktyor Türkiyədə mükafata layiq görülüb

39
Adanada keçirilən təqdimat mərasimində həmyerlimizə "Tiyatro için Emek Ödülü" mükafatı təqdim olunub

BAKI, 18 okt — Sputnik. Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə "XVI Direklerarası Seyirci Ödülləri" teatr mükafatının qalibi olub. Sputnik xəbər verir ki, Adanada keçirilən təqdimat mərasimində həmyerlimizə "Tiyatro için Emek Ödülü" mükafatı təqdim olunub.

Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Canangir Novruzov bu mükafata Adana Teatrının inkişafındakı xidmətlərinə görə layiq görülüb. Mükafatın "Halk Jürisi"nin üzvləri 2015-2016-cı ilin teatr mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər. Münsiflər heyətinin üzvləri Adana, Ankara, Antalya, Balıkəsir, Bartin, Bitlis, Bolu, Burdur, Bursa, Diyarbəkir, Əskişəhər, Qaziantep, Giresun, Hatay, İzmir, Kocaeli, Manisa, Mersin, Muğla, Ordu, Samsun, Trabzon və Van şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər.

Qeyd edək ki, 1995-ci ildən Türkiyədə yaşayan Cahangir Novruzov 20 ildir Adana şəhərində, Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.

Cahangir Novruzova verilmiş XVI Direklerarası Seyirci Ödülləri teatr mükafatı
© Sputnik /
Cahangir Novruzova verilmiş "XVI Direklerarası Seyirci Ödülləri" teatr mükafatı

39
Teqlər:
mükafat, əməkdar incəsənət xadimi, teatr, Cahangir Novruzov, rejissor, kino, aktyor
Əlaqədar
"Aktyor seriala çəkilsin deyə, biz tamaşanı təxirə sala bilmərik"
Heydər Əliyev Fondu aktyorun əməliyyat xərclərini öz üzərinə götürdü
Azərbaycanlı aktyor türk filmində
Böyrək çatışmazlığından əziyyət çəkən aktyor: "40 min dollara ehtiyacım var"
Aktyorlar “Qarışqa yuvasında”
3 aya aktyor, 6 aya "ulduz" olanlar...
Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb

20
Koronavirusa yoluxan və xüsusi rejimli xəstəxanaya yerləşdirilən Bəhram Bağırzadənin vəziyyəti bir müddət ağırlaşmışdı

BAKI, 12 iyul — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva COVID-19 xəstəliyindən müalicəsi davam edən Əməkdar artist Bəhram Bağırzadə ilə telefonla danışıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Əməkdar artistə tezliklə sağalmağı arzulayan Mehriban Əliyeva ölkəmizdə COVID-19-la mübarizədə, xəstələrin müalicəsində Azərbaycan həkimlərinin, tibb işçilərinin fədakar əməyini xüsusilə qeyd edib.

Bəhram Bağırzadə onun müalicəsi üçün göstərilən dəstək və səylərə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Tezliklə sağalacağına inandığını deyən Bəhram Bağırzadə hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini hiss etdiyini qeyd edib.

Xatırladaq ki, koronavirusa yoluxan və xüsusi rejimli xəstəxanaya yerləşdirilən Bəhram Bağırzadənin vəziyyəti bir müddət ağırlaşmışdı. Aparılan intensiv müalicə nəticəsində Əməkdar artistin səhhətində artıq müsbət dinamika və stabilləşmə qeydə alınıb.

20
Əlaqədar
Bəhram Bağırzadə komadan ayıldı
Bəhram Bağırzadədən xəbər var - bugünkü rentgen müayinəsi ümidvericidir
Bəhram Bağırzadə barədə xoş xəbər: Artıq aktiv hərəkətlər edir
Rusiyalı baş infeksionist: "Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - MÜSAHİBƏ
Xalq artisti Nəzakət Teymurova, arxiv şəkli

Səhnəmizin Leylisi koronavirusa yoluxub, vəziyyəti ağırdır

328
(Yenilənib 14:59 12.07.2020)
"Nəzakət Teymurovanın vəziyyəti çox ağırdır. Hazırda xəstəxanaya yerləşdirilib. Amma necə olursa-olsun, onun virusa qalib gələcəyinə əminəm"

BAKI, 12 iyul — Sputnik. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı Nəzakət Teymurova koronavirusa yoluxub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Hacı Nuran sosial şəbəkədə yazıb.

"Onun koronavirusa yoluxduğunu eşidəndə qulaqlarıma inanmadım. Axı Nəzakət Teymurova çox ehtiyatlı idi. Amma nə edəsən ki, reallıq öz sözünü deyir və bizim medianın da gözündən heç nə yayınmır. Nəzakət Teymurovanın vəziyyəti çox ağırdır. Hazırda xəstəxanaya yerləşdirilib. Amma necə olursa-olsun, onun virusa qalib gələcəyinə əminəm. Çünki bir qarabağlı qızı koronaya elə-belə təslim ola bilməz. Azərbaycan muğam sənətinin bənzərsiz səsi olan, səhnəmizin Leylisinin bu gün tamaşaçılarının, doğmalarının, dostlarının dualarına ehtiyacı var. Allah səni sevdiklərin üçün qorusun, gözəl insan", - deyə Hacı Nuran qeyd edib.

328

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

0
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

0