Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Generalın son əmri” tamaşası oynanılıb

© Photo : Azərbaycan Dövlət Akademik Milli Dram TeatrıVaqif Səmədoğlunun “Generalın son əmri” tamaşası
Vaqif Səmədoğlunun “Generalın son əmri” tamaşası - Sputnik Azərbaycan
Abunə olmaq
Tamaşanın quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyev, işıq üzrə rəssamı Rafael Həsənovdur.

BAKI, 16 okt — Sputnik. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” tamaşası oynanılıb. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyev, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərində rolları xalq artisti Cəfər Namiq Kamal, əməkdar artistlər Sabir Məmmədov, Füzuli Hüseynov, Mehriban Xanlarova, Dilarə Əliyeva, Almaz Amanova, Sənubər İsgəndərli, Ayşad Məmmədov, İlham Hüseynov, Əjdər Həmidov, Hicran Nəsirova, aktyorlar Ramin Şixəliyev, Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov, Cümşüd Zeynalov ifa edir.

Qeyd edək ki, iki hissəli tragikomik misteriyanın premyerası 2014-cü il sentyabrın 19-da keçirilib. 

Xəbər lenti
0