Səməd Vurğun

"Səməd Vurğun ədəbiyyat-xalq birliyinin bayraqdarına çevrilib"

166
Xalq Şairi Səməd Vurğunun 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib

BAKI, 14 okt — Sputnik. Oktyabrın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Sputnik xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə respublikanın bir sıra elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Azərbaycanın Şöhrət ordenli xalq şairi Söhrab Tahir. Arxiv şəkli
© Photo : kulis.az

Əvvəlcə qonaqlar unudulmaz şairin həyat və yaradıcılığını əks etdirən 250-dək kitabın yer aldığı sərgi ilə tanış olublar. Daha sonra şairin ömür yoluna işıq salan videoçarx nümayiş olunub.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək böyük şairin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən danışıb.

"Xalq şairi Səməd Vurğunun adı, şəxsiyyəti və yaradıcılığı Azərbaycan xalqının tarixi, mədəniyyəti bugünkü müstəqilliyimizin ideoloji əsasında dayanan azərbaycançılıq məfkurəsi ilə birbaşa bağlıdır. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev böyük şairin yaradıcılığına həmişə önəm verərək onun "Azərbaycan" şeirinin misralarını yüksək kürsüdən xüsusi hissiyyatla söyləyib", — deyə nazir bildirib.

Xalq yaradıcılığı və şifahi söz sənətinin Səməd Vurğun poeziyasının mayasını, qayəsini təşkil etdiyini deyən Ə. Qarayev şairin xalqımızın zəngin söz xəzinəsindən məharətlə bəhrələnərək yüksək poetik potensialı və dərin idrakı ilə XX əsr Azərbaycan şeirinə xüsusi çalarlar gətirdiyini söyləyib.

Səməd Vurğunun müasir və tarixi-əfsanəvi mövzularda da bir çox əsərlər müəllifi kimi tanındığını söyləyən nazir qeyd edib ki, şairin "Ölüm kürsüsü", "Qız qayası", "Dar ağacı", "Ölən məhəbbət", "Aslan qayası", "Üsyan", "Bəsti", "Ayın əfsanəsi" və "Bulaq əfsanəsi" əsərləri bu qəbildəndir: "Ana dilimizin şeriyyət və ahəngini dərindən duyan şair ədəbiyyatla xalq arasında möhkəm bağlılıq yaradaraq özü də bu birliyin bayraqdarına çevrilib. Şairin poeziyası multikulturalizmə, tolerantlığa və birliyə çağırış himni kimi səslənir. Bu mütərəqqi tendensiyaları bədii irsində mükəmməl şəkildə birləşdirməyi bacaran Səməd Vurğun ürəklərdə özünə əbədi heykəl ucaldıb".

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar şairin zəngin yaradıcılığından söz açıb. Ötən əsrin 1930-1940-cı illərinin şairin istedadının çiçəklənməsi və yüksəlişi dövrü olduğunu söyləyən yazıçı deyib ki, 1934-cü ildə şairin "Könül dəftəri", bir il sonra isə "Şeirlər" adlı kitabları nəşr olunub. Bu dövrdə şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, ədəbiyyatımızı və dramaturgiyamızı yeni əsərlər hesabına zənginləşdirib.

Tədbir konsert proqramı ilə davam edib. Gecədə S.Vurğunun şeirlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirləri səsləndirilib.

166
Teqlər:
xalq şairi, Akademik Milli Dram Teatrı, Səməd Vurğun, Əbülfəs Qarayev, yubiley
Əlaqədar
Xalq şairinin 90 illik yubileyi qeyd ediləcək
Xalq şairinin 110 illik yubileyi qeyd olunacaq
Xalq şairi Zəlimxan Yaqub dünyasını dəyişib
Xalq yazıçısının xatirəsi anıldı
Xalq yazıçısına "Şərəf" ordeni təqdim edildi
Sami Yusuf, arxiv çəkli

Azərbaycan əsilli müğənnidən növbəti dəstək

40
(Yenilənib 22:40 27.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna növbəti dəfə dəstəyini ifadə edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib.

Qeyd edək ki, Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar dəfələrlə Azərbaycan Ordusuna dəstəyini ifadə edib: "Davamlı uğurlarınız, firavanlığınız və torpağınızın və suverenliyinizin qorunması üçün dua edirəm".

40
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Biz Qarabağda oyanmaq istəyirik - VİDEO
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"
Eldar Qasımov, arxiv şəkli

Biz Qarabağda oyanmaq istəyirik - VİDEO

27
(Yenilənib 22:02 27.10.2020)
"Mən Qarabağda oyanmaq istəyirəm" adlı mahnının bəstəkarı Vaqif Yaqubov, söz müəllifi Leyla Nəsibli, aranjmançısı isə Osman Həmidovdur

BAKI, 27 oktyabr — Sputnik. Eldar Qasımov Şuşaya həsr olunmuş mahnısını təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycana Avroviziya qalibiyyəti bəxş edən müğənni Eldar Qasımov Şuşaya həsr olunmuş yeni mahnısını təqdim edib. Rus dilində olan mahnı "Mən Qarabağda oyanmaq istəyirəm" adlanır və vətənpərvərlik mövzusundadır.

Mahnının bəstəkarı Vaqif Yaqubov, söz müəllifi Leyla Nəsibli, aranjmançısı isə Osman Həmidovdur. Mahnı qısa zamanda sosial şəbəkələrdə paylaşılıb.

 

27
Teqlər:
mahnı, Eldar Qasımov, Şuşa şəhəri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Daha bir rəzalət - Sərdar Ortacı şəhid Azərbaycan əsgəri kimi təqdim etdilər
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi

48
(Yenilənib 23:55 27.10.2020)
"Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"

BAKI, 27 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki heabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

48
Teqlər:
Atəşkəsin pozulması, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı