B.Basanqov adına Kalmık Milli Dram Teatrının kollektivi qastrol səfəri ilə Dövlət Gənc Tamaşaçılar Teatrının qonağıdır

Təəccüb doğuran hadisə

17
Kalmık teatrının qastroluna start verilir

BAKI, 12 okt — Sputnik. B.Basanqov adına Kalmık Milli Dram Teatrının kollektivi qastrol səfəri ilə Dövlət Gənc Tamaşaçılar Teatrının qonağıdır. Oktyabr ayının 13-dən start götürəcək qastrol səfəri 3 gün davam edəcək.

Şah Qacar tamaşası
© Photo : Akademik Milli Dram Teatrı

Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, 3 gün ərzində kollektiv Y.Şyutskiyin "Tri porosyonka" ("Üç donuz balası") və B.Basanqovun "Təəccüb doğuran hadisə" əsəri əsasında V.Şuqrayeva və Ə.Əmirlinin səhnə üçün işlədikləri "Rodnıe naşi" ("Qohumlar") tamaşaları ilə çıxış edəcək.

Bu qastrol səfərində teatr maraqlı eksperiment aparacaq. Belə ki, ötən 88-ci mövsümdə teatrda kalmık teatrının bədii rəhbəri, RF-in və Kalmıkiyanın Əməkdar İncəsənət Xadimi Boris Manciyevin teatrımızda hazırladığı "Qohumlar" tamaşası Dövlət Gənc Tamaşaçılar Teatrı və Kalmık Milli Dram Teatrının aktyorlarının ifasında göstəriləcək.

Xatırladaq ki, tamaşalar oktyabr ayının 13-də saat 10.00, 12.00, 14.00-da (Y.Şyutskiy "Tri porosyonka"), saat 19.00-da (V.Şuqrayeva, Ə.Əmirli "Rodnıe naşi"), ayın 14-də saat 10.00, 12.00, 14.00, 16.00-da (Y.Şyutskiy "Tri porosyonka"), ayın 15-də saat 10.00, 12.00, 14.00-da (Y.Şyutskiy "Tri porosyonka"), saat 19.00-da (V.Şuqrayeva, Ə.Əmirli "Rodnıe naşi") nümayiş etdiriləcək.

  • B.Basanqov adına Kalmık Milli Dram Teatrının kollektivi qastrol səfəri ilə Dövlət Gənc Tamaşaçılar Teatrının qonağıdır
    B.Basanqov adına Kalmık Milli Dram Teatrının kollektivi qastrol səfəri ilə Dövlət Gənc Tamaşaçılar Teatrının qonağıdır
    © Photo : GTT
  • B.Basanqov adına Kalmık Milli Dram Teatrının kollektivi qastrol səfəri ilə Dövlət Gənc Tamaşaçılar Teatrının qonağıdır
    B.Basanqov adına Kalmık Milli Dram Teatrının kollektivi qastrol səfəri ilə Dövlət Gənc Tamaşaçılar Teatrının qonağıdır
    © Photo : GTT
  • B.Basanqov adına Kalmık Milli Dram Teatrının kollektivi qastrol səfəri ilə Dövlət Gənc Tamaşaçılar Teatrının qonağıdır
    B.Basanqov adına Kalmık Milli Dram Teatrının kollektivi qastrol səfəri ilə Dövlət Gənc Tamaşaçılar Teatrının qonağıdır
    © Photo : GTT
  • B.Basanqov adına Kalmık Milli Dram Teatrının kollektivi qastrol səfəri ilə Dövlət Gənc Tamaşaçılar Teatrının qonağıdır
    B.Basanqov adına Kalmık Milli Dram Teatrının kollektivi qastrol səfəri ilə Dövlət Gənc Tamaşaçılar Teatrının qonağıdır
    © Photo : GTT
1 / 4
© Photo : GTT
B.Basanqov adına Kalmık Milli Dram Teatrının kollektivi qastrol səfəri ilə Dövlət Gənc Tamaşaçılar Teatrının qonağıdır

Qeyd edək ki, qastrol səfərinin təntənəli bağlanış mərasimi oktyabr ayının 15-də saat 19.00-da baş tutacaq. Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və B.Basanqov adına Kalmık Milli Dram Teatrı arasında artıq 5 ilə yaxındır ki, qarşılıqlı yaradıcılıq əlaqələri davam edir. Bu illər ərzində iki teatr arasında qastrol səfərləri ilə yanaşı, rejissor mübadilələri də öz uğurlu nəticəsini göstərib.

17
Teqlər:
Kalmık Milli Dram Teatrı, qastrol, Gənc Tamaşaçılar Teatrı, teatr, tamaşa
Əlaqədar
Azərbaycanlı teatrşünaslar Belqrada gediblər
Bu teatrı internetdə də izləmək mümkün olacaq
Teatr mövsümü qapanır
"İnsanları məcburi şəkildə teatra aparmaq savabdır"
Teatrdan çaxır qoxusu gələrsə...
"Bu günün teatrı zamanın insanından çox geridə qalıb"
Miri Yusif

Miri Yusif qazilər üçün pul toplayacaq

10
(Yenilənib 19:13 26.01.2021)
İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaq

BAKI, 26 yanvar — Sputnik. Yanvarın 31-də Xalq artisti Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, konsert Vətən müharibəsində canından keçən müqəddəs şəhidlərimizin ailələrinə və qəhrəman qazilərimizə dəstək məqsədi daşıyır. Konsert zamanı hər bir izləyici ianə edə biləcək və bu ianələr "YAŞAT" Fonduna köçürülərək birbaşa şəhid və qazi ailələrinə yönləndiriləcək.

Konsert "SS Production" şirkətinin və İctimai Televiziyanın birgə təşkilatçılığı ilə reallaşacaq.

İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaq. Konsertin informasiya dəstəkçisi "Nargis" jurnalıdır.

Təşkilatçılar hər kəsi yanvarın 31-də saat 18:15-də yayımlanacaq konserti izləməyə və qələbəni bizə yaşadanlara dəstək olmağa çağırır!

10
Teqlər:
ianə, YAŞAT Fondu, mahnı, konsert, Miri Yusif
Aygün Kazımova, arxiv şəkli

Rusiyanın məşhur müğənnisi Aygün Kazımovanı təbrik edib

22
(Yenilənib 20:30 26.01.2021)
Rusiya pop musiqisinin ulduzu özünün "Instagram" hesabında Kazımova ilə çəkdirdiyi fotoları paylaşaraq "Doğum günün mübarək!" yazıb

BAKI, 26 yanvar — Sputnik. Rusiya şou-biznesinin kralı, Rusiyanın Xalq artisti Filipp Kirkorov Azərbaycanın Xalq artisi Aygün Kazımovanı ad günü münasibətilə təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya pop musiqisinin ulduzu özünün "Instagram" hesabında Kazımova ilə çəkdirdiyi fotoları paylaşaraq "Doğum günün mübarək!" yazıb.

Qeyd edək ki, Xalq artisti Aygün Kazımova və Rusiya pop musiqisinin ulduzu Filipp Kirkorov birlikdə dəfələrlə konsert və layihələrlə çıxış ediblər.

22
Teqlər:
təbrik, ad günü, Filipp Kirkorov, Aygün Kazımova
Yaponiyada qoruyucu maskada olan insanlar

Avropanın "ağ siyahısı": yaponları oradan silirlər

0
(Yenilənib 00:58 27.01.2021)
Avropa Birliyi sərhədlərini Yaponiya vətəndaşlarının üzünə bağlamağa hazırlaşır. Bu ölkənin "ağ siyahı"dan çıxma ehtimalı yüksəkdir

BAKI, 27 yanvar - Sputnik. Avropa Birliyi ölkələrinə gəlməyə icazəsi olan insanların siyahısından Yaponiya vətəndaşları çıxarıla bilər.

Sputnik Azərbaycan bildirir ki, Avropa Birliyinin bu niyyəti barədə Bloomberg öz mənbələrinə istinadən yazır. 

Agentliyin məlumatına görə, bu qərar Yaponiyada koronavirusa yoluxmanın artması ilə bağlıdır.  

Mənbə bildirib ki, Avropa Birliyinin yenilənmiş "ağ siyahısı"nda cəmi yeddi ölkə olacaq və yalnız bu ölkələrin vətəndaşları AB-yə üzv ölkələrə səyahət edə biləcəklər. 

Siyahıdakı "xoşbəxtlər" isə Avstraliya, Çin, Yeni Zelandiya, Ruanda, Sinqapur, Cənubi Koreya və Tailanddır. COVID-19-a yoluxma sayının kəskin artması səbəbindən Böyük Britaniya bu siyahını yanvarın 1-dən tərk edib. 

0
Teqlər:
Koronavirus, qadağa, Avropa Birliyi, vətəndaşlar, Yaponiya
Mövzu:
Yeni tip koronavirus pandemiyası