Müasir Azərbaycanın müstəqilliyində Ulu öndər Heydər Əliyevin rolu mövzusunda keçirilən esse müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Müstəqilliyimizin 25 illiyi ilə bağlı esse müsabiqəsinə yekun vuruldu

12
(Yenilənib 12:47 10.10.2016)
Birinci yerin sahibinə ailəsi ilə birlikdə Azərbaycana səyahət kuponu verilib

BAKI, 10 okt — Sputnik. Moskvada Azərbaycanın Dövlət Müstəqilliyimizin 25 illiyinə həsr olunan "Müasir Azərbaycanın müstəqilliyində Ulu öndər Heydər Əliyevin rolu" mövzusunda keçirilən esse müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Sputnik xəbər verir ki, tədbirdə Rusiyada təhsil alan tələbələr, zialılar, diaspor fəalları və Rusiya ictimaiyətinin nümayəndələri iştirak ediblər.

Türkiyənin məşhur yazıçısı Əhməd Hamdi Tanpınar
© Foto : PUBLİC DOMAİN

Azərbaycan Slavyan Gənclər Assosiyasiyasının (ASGA) Rusiya nümayəndəliyinin təşkilatçılığı, Diasporla İş Üzrə Dövlət Komitəsi, Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah Fondunun və Ümumrusiya Azərbaycanlıları Konqresinin dəstəyi ilə təşkil olunan tədbirdə, öncə qaliblər müəyyənləşib. Sonra ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili tədbirin əhəmiyyətindən danışıb.

"Tədbirin təşkilində məqsəd Heydər Əliyev irsini və Ulu Öndərin Rusiya ilə Azərbaycan arasında olan xidmətlərini rusiyalı gənclərə və burada təhsil alan azərbaycanlılara aşılamaq və iki xalq arasındakı dostluğa öz töhfəmizi verməkdir. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası ölkəmizdə artıq 3 aydır ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Azərbaycan 25" layihəsini həyata keçirir. Layihə çərçivəsində hazırlanan www.Azerbaijan25.az saytı isə bugünkü tədbirimizin qaliblərinin təqdim etdikləri yazıları dərc edəcəkdir. Dünyanın hansı hissəsində yaşamağımızdan asılı olmayaraq hər zaman dövlətimizi, xalqımızı düşünməli və milli maraqlara adekvat tədbirlər həyata keçirməliyik", — o bildirib

Daha sonra Rusiya Azərbaycan dostluq mərkəzinin rəhbəri Natalya Krasovskaya, Rusiya dövlət dumasının deputatı Rusiya Azərbaycan parlamentlər arası dostluq qrupunun rəhbəri Dimitri Savilyevin tədbirin təşkilatçılarına ünvanladığı rəsmi məktub oxunub. Onlar qonaqları salamlayaraq Ulu Öndərin Azərbaycan xalqı, Azərbaycan dövləti üçün etdiklərinin əvəzsizliklərini diqqətə çatdırıblar.

Sonra Azərbaycan mədəniyyətinin inkişafı və intibah fondunun sədri Şamil Tağıyev, Ümumrusiya Azərbaycanlıları konqresinin icraçı direktorunun müavini Rövşən Rəhimov, Müsabiqənin münsifləri Moskva Beynəlxalq Əlaqələr inistutunun müəllimi Professor Abuzər Bağırov, Azərbaycan və Rusiya yazıcılar birliyinin üzvləri Afaq Şıxlı və Maya Bədəlbəyli çıxış edərək tədbirin əhəmiyyətini və Azərbaycan və Rusiya gəncliyinin Heydər Əliyev şəxsiyyəti ilə yaxından tanış olmalarının önəmini vurğulayıblar.

Daha sonra qaliblərin mükafatlandırılması mərasimi başlanılıb. Birinci yerə Rusiyada təhsil alan, əslən Azərbaycanlı Abdullayeva Aidə qalib gəlib. Qalib ASGA tərəfindən Ailəsi ilə birlikdə Azərbaycanı səyahət etmək üçün kupon verilib.

Məlumat üçün qeyd edək ki, ASGA artıq 3 aydır ki, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Azərbaycan 25" layihəsini həyata keçirir.

12
Teqlər:
esse, ASGA, müstəqillik, müsabiqə, Moskva
Əlaqədar
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlandı
“Molla Nəsrəddin-2016” beynəlxalq karikatura müsabiqəsi keçirilir
Beynəlxalq müsabiqələr laureatı olan ilk qadın müğənnimiz
Bakıda keçiriləcək mahnı müsabiqəsinə 150 min manat xərclənəcək
Azərbaycanlı skripkaçıya Beynəlxalq Müsabiqənin Qran-Pri mükafatı təqdim olunub